Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

“Üzvlərini Lökbatana apara bilmirsə, o partiyanın ciddiliyi haqda düşünmək lazımdır” - deputat
Tarix: 9-10-2019, 10:27 | Çap et
“Üzvlərini Lökbatana apara bilmirsə, o partiyanın ciddiliyi haqda düşünmək lazımdır”
Müxalif fikirlilər Azərbaycanda sərbəst toplaşma azadlığının qadağan olunduğunu hesab edirlər.

Bəzi beynəlxalq təşkilatların bəyanatlarında da Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı tənqidlər səslənir.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətimizdə ölkədə sərbəst toplaşma azadlığı ilə bağlı məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Fəzail bəy, Azərbaycan hakimiyyəti müxalifətə sərbəst toplaşmaq üçün hara qədər imkan verib?

- Ümumiyyətlə, Azərbaycan dövləti demokratik dəyərlərə, konstitusiyaya söykənərək bütün vətəndaşlara sərbəst toplaşma, özünüifadə imkanları verib.

Bu gün istənilən vətəndaş fikrini ifadə etmək imkanına malikdir, azaddır, mövqeyinə görə kiməsə təzyiq göstərilmir. İnsanlar üçün sosial şəbəkələr çox böyük bir tribunadır.

Vətəndaşlar ölkədə gedən siyasi proseslərə orada rəylərini bildirirlər, ayrı-ayrı vətəndaşlar status yazaraq təkliflər irəli sürürlər, dövlətin atdığı addımlara müsbət və ya mənfi reaksiyalar verirlər, tənqidlər səsləndirirlər və bu azadlıqlar mitinqlərin, piketlərin keçirilməsinə, sərbəst toplaşma azadlığının təmin olunmasına qədər əhatə edir.

Elə bu gün (dünən - E.S.) Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirəcək. Əvvəlcə Milli Şura mitinq üçün müraciət etmişdi, meriya tərəfindən onlara Lökbatanda yer ayrıldı.

Hesab edirəm ki, mitinq üçün kifayət qədər imkanları yüksək səviyyədə olan bir stadionu tövsiyə etdilər. Amma Milli Şura həmin yerdən imtina elədi.

Onların metro önündə aksiya keçirməsi isə digər vətəndaşların istirahət hüquqlarının pozulması, nəqliyyatın hərəkətinin iflic edilməsidir.

Aydın olur ki, Milli Şuranın niyyəti mitinq keçirmək deyildi, sadəcə, radikal addımlar atmaq, xaricdəki himayədarlarından dəstək almaq, anarxiya yaratmaq üçün çalışmaqdır. Bununla belə, BŞİH qanuna söykənərək onlara şəhərin mərkəzində piket keçirmək imkanı yaratdı.

- Amma müxalifətçilərin fikrincə, sərbəst toplaşmaq tamamilə qadağan edilib...

- Yalan fikirlərdir. Onlar bunu söz olaraq deyə bilərlər. Biz Pənah Hüseynlə musavat.com-un canlı yayımında idik.

Pənah bəy bir siyahı göstərdi, Lökbatandakı yerlərin adlarını saydı. O yerlərin şəraiti, imkanları qat-qat üstündür.

Sadəcə, Milli Şuranın niyyəti mitinq deyil, sərbəst toplaşmaq hüququndan istifadə etmək deyil, bəhanə ilə yayınmaq, bununla da iqtidarı mənasız arqumentlərlə ittiham etmək istəyidir.

Anarxiya isə demokratiyanın əksidir, faciələrə yol açan baxışdır. Ona görə bəzilərinin sərbəst toplaşma azadlığının olmaması ilə bağlı söylədiklərinin heç bir real əsası yoxdur.

- Sizcə, Lökbatan uzaq deyildimi, insanların ora gedə bilməyəcəyi əsas gətirilirdi. Bu səbəbi bölüşürsünüzmü?

- Məndə inam var ki, başqa yerlər göstərsəydilər, ora da getməzdilər. Digər yerlər də ola bilərdi. Siyasi partiya rəhbərliyi qərar qəbul edir, üzvləri əməl etmirsə, onda partiya deyil, dərnəkdir. Yəni belə çıxır ki, kim istəyir gəlsin, kim istəyir gəlməsin. Sən şəhərdən uzaq olmayan Lökbatana üzvlərini apara bilmirsə, o partiyanın ciddiliyi haqda düşünmək lazımdır.

Biz 90-cı illərdə dəfələrlə şahid olmuşuq ki, ən müxtəlif yerlərdə nümayişlər olub. Xalqın düşüncəsi ölkənin problemlərinə, milli azadlığına yönəlmişdi. Bir partiya gücsüzlüyünü bununla ört-basdır etmək istəyirsə, onda partiya deyil. Ona görə də Milli Şuranın rəhbərləri nəticə çıxarmalıdır. Milli Şuranı AXCP çətiri altında saxlayan Əli Kərimli düşünməsin ki, anarxist addımlar atmaqla xalqın iradəsini özünə tabe etdirə biləcək. Çünki Əli Kərimli iflasa doğru getməkdədir.

Onun tənqid hədəfində yalnız prezident dayanır və bir məmur adı çəkmir. Guya günahlar ancaq prezidentdədir. Amma özü dövlət katibi işləyib, məmurlarla problemi olmuş bir adam idi. Ona görə indi yalnız prezidentin addımları təftiş edilir. Çox təəssüf ki, Qarabağ məsələsini müzakirə etmirlər, dövlətçiliyə qarşı çıxan məmurların ünvanına bir söz demirlər, hədəf məhz prezident və ailəsidir. Əli Kərimlinin niyyəti xalqla prezident arasında etimadı zəiflətmək, qan tökülməsinə, ölkənin Suriyaya çevrilməsinə nail olmaqdır. Amma unutmasın ki, Azərbaycanın sağlam siyasi qüvvələri və cəmiyyət buna imkan verməyəcək.

Əminəm ki, Azərbaycan vətəndaşları dövlətçiliyi təhlükə qarşısında qoyacaq təhdidlərə qarşı xalq olaraq bütövlükdə müsbət münasibət ifadə edəcək.

- Sərbəst toplaşma ilə bağlı tənqidlərdən biri də budur ki, Müsavatın başqanlığa namizədləri yerlərdə partiya üzvləri ilə görüşə bilmir, imkan verilmir. Siz bu halları müşahidə edirsinizmi?

- Hesab edirəm ki, istənilən partiya, müxalifət olsun ya olmasın, şəhər təşkilatlarında qanunu pozmamaqla görüş keçirirsə, ona şərait yaratmalısan, əngəl olmamalısan. Bir şərtlə ki, partiya qanunlara riayət etməlidir, konstitusiya ilə qadağan edilmiş çağırışlar olmamalıdır, partiyadaxili məsələlər ifadə edilməlidir. Hə, bu halda partiya üzvləri ilə görüşlərə imkan yaradılmalıdır.

Bildiyim qədər, Müsavatın qurultayı gəlir, əgər tərəfdarlarla görüşlər dinc keçirsə, buna şərait yaratmaq lazımdır. Əgər hansısa əngəl yaradılırsa, müsbət qarşılamıram.

- BŞİH qurultay üçün Müsavata yer ayırıb, amma yerin sahibi imtina edib. Bunu da həmin iş adamına siyasi təlimat kimi qiymətləndirirlər. Siz necə düşünürsünüz?

- Yer məsələsinə gəlincə, BŞİH partiyanın qurultay keçirməsi üçün yer ayırmağa borclu deyil. Partiyalar öz vəsaiti hesabına yer danışa bilərlər.

Biz də Ana Vətən Partiyasının qurultayını keçirmişik. Qurultay üçün bu və ya digər yerlərlə, otellərlə razılaşmışıq. Qurultaydan sonra onlara təşəkkürümüzü bildirmişik. Əgər Müsavat Partiyası BŞİH-ə müraciət edirsə və onlara yer ayrılırsa, bu, meriyanın humanistliyi, partiyaya hörmətinin ifadəsi kimi qiymətləndirilməlidir. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da meriya borclu deyil ki, partiyaya hökmən yer ayırsın. Çünki onun balansında klublar, müəssisələr yoxdur.

Amma Müsavat Partiyası mədəniyyət saraylarının, teatrların rəhbərlərinə, eyni zamanda Mədəniyyət Nazirliyinə müraciət edə bilər. Bu məsələdə BŞİH-i ittiham etmək ən azı ədalətsizlikdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru