Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi - GƏLİŞMƏ
Tarix: 17-10-2019, 08:55 | Çap et
MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə 28 sentyabr mitinqi kimi, bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək. O, qeyd edib ki, oktyabrın 19-da saat 15:00-da metronun “28 May” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəklər.

AXCP sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Əli Kərimli də feysbuq səhifəsində paylaşdığı statusda “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini qəti şəkildə bəyan edib.

Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, oktyabrın 17-də saat 11:00-a idarəyə dəvət ediliblər.

Milli Şuranın ardıcıl iki dəfə Lökbatanda icazəli mitinq keçirməkdən imtina etməsi, qarşıdurmaya cəhd göstərməsi müzakirələrə səbəb olub. Belə fikirlər var ki, ölkə daxilində müəyyən gərginlik yaratmaq üçün bu cür yollara əl atılır. 8 oktyabrdakı piket edə buna bariz sübut kimi önə çəkilir.

Daha öncədən xaricdəki bir sıra mühacirlərin payızda “inqilab” olacağına dair çağırışlar etməsi fonunda vətəndaşları narahat edən odur ki, Kərimlinin qarşıdurma planı ölkə daxilində çaxnaşmalar yarada bilər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Milli Şuranın məqsədinin tam aydın şəkildə göründüyünü qeyd etdi: “Milli Şuranın aksiya kontekstində tək məqsədi təxribatdır. Başqa təsbit, görüntü yoxdur. Dediyimi sosial şəbəkələrdəki çağırışlardan da, rabitəsiz çıxışlardan da, bir az el dilində desək radikal müxalifətin qırımından da görmək olar. Bakı Şəhər İcra Hakimiyyətinin ”Lökbatan razılığı"ndan sonra radikalçıların, konkret olaraq Əli Kərimlinin feysbuq üzərindən verdiyi bəyanat da o məntiqin ifadəsidir ki, icazəli və ya icazəsiz, fərq eləmir, mahiyyət dəyişmir. Bunlar əgər piketlə yürüşün, yürüşlə mitinqin fərqini, təyinatını, təsnifatını ayırd edə bilmirlərsə, nə planlasalar, hansı icraatı reallaşdırsalar və ya reallaşdırmaq istəsələr, yenə eyni marağa xidmət edəcəklər. Necə ki, edirlər. Maraq və istəksə təxribatdır. Biz bu ssenarinin ilkin rüşeymlərini 8 oktyabr piketindən sonra növbəti dəfə sezdik. Həm də bütün çılpaq ayrıntılarla bərabər sezdik. Məram və konstitusion qayda qaldı bir kənarda, ancaq xaos yaratmaq, video çəkib imitasiya eləmək, özlərinin yazıq obrazını cəmiyyətə sırımaq xətti ön plana keçdi. Buna səbəb odur ki, Əli Kərimli bitmiş adamdır, itirəcəyi heç nə yoxdur, nə özü, nə də siyasət adına. Ona görə xalqı qarşıdurmaya çağırır, tarana gedir. Amma hər zaman olduğu kimi yenə keyfiyyətsizcə, ucuzca, bərbadca, lüzumsuzca gedir. Onunku xalq dərdi deyil, şəxsi qisasdır. O, heç zaman nə milləti düşünüb, nə Qarabağı, nə də siyasi düşərgəni. Tək amalı pislik eləmək, ürək bulandırmaq və qarışıqlıq yaratmaqdır. Mitinqə rəsmi icazənin verilib-verilməyəcəyinin heç nəyi dəyişməyəcəyini öncədən söyləmişdik, proqnozlaşdırmışdıq. Dediyimiz də oldu.

Yəni əvvəldən bilirdik, təxmin edirdik ki, güzəşt olsa da, icazə verilsə də, proses təxribat tərəfə sürüklənəcək, güzəşt olmasa da. Çünki 3 fərqli məkan olaraq elə yerlər istənilmişdi ki, orada mitinq keçirmək faktiki olaraq şəhərin mərkəzini, paytaxtın həyatını iflic vəziyyətinə sala bilərdi. Elə Milli Şuranın məqsədi də o idi ki, qarışıqlıq yaransın, siravi vətəndaşlarla mitinq iştirakçılarını ayırd etmək mümkün olmasın, axırda da Əli Kərimli ətrafda görünən hamını öz adına çıxıb desin ki, sayımız minlərlədir. Adi bir misal çəkim. Matəm günlərində bilirsiniz ki, Şəhidlər Xiyabanını nə qədər insan ziyarət edir. Əli Kərimli belə məqamlarda hər zaman hansısa dəstənin önündə durur və dərhal şəkil çəkdirir. Guya arxadakılar hamısı cəbhəçidir. Amma onlar siravi, siyasətə aidiyyəti olmayan adamlardır, xalqdır, hər zaman ziyarətə gələnlərdir. Ayrıca, bu taktika hər yerdə, hər imkanda yeridilir. Əsas da mitinqlərdə və digər aksiyalarda. Görün məkan olaraq haralar seçilib, “28 May” metro stansiyası tərəf, Nəriman Nərimanov və Tofiq Bəhramov adına stadionun qarşısı. Hər üç məkana heç normalda güclə gedib çatırıq. Çünki oralarda daim tıxac olur. O zaman sual edirəm: Belə bir məkanda mitinq keçirilsə, nə baş verər? Bu məqamda siravi aksiya iştirakçısı ilə yoldan keçən birini ayırd eləmək mümkündürmü? Ümumən orada ağız deyəni qulaq eşidərmi? Orada effektli mitinq keçirmək realdırmı? Yox, təbii. Ona görə deyirəm ki, məqsəd tamam başqadır, ölkəni qarışdırmaqdır, çox kütlə olan yerdə say qabartmaqdır, xaricdəki hamilərə daha “məzmunlu” hesabat verməkdir".

Deputat gələn ayla bağlı yayılan şayiələrə də münasibət sərgilədi: ““Noyabr təlatümü” haqda mifi, əsatiri də Əli Kərimli özü yaradıb. Bu, təxminən bir zamanlar dünyanın filan gün sonu gələcək söhbətinə bənzər bir şeydir. Təbii, inqilab, xaos radikal müxalifətin arzusu, xəyalıdır. Fəqət, bu arzu Azərbaycanda gerçəkləşməyəcək. Bir o məqamla razıyam ki, radikal müxalifətçilər planlı gedirlər, öhdəlik götürdükləri hansısa qüvvənin maraqlarını açıqca ifadə edirlər, antimilli hərəkətlərini sistemli şəkildə həyata keçirirlər. Amma Azərbaycan yiyəsiz deyil, bu ölkənin prezidenti də yerindədir, polisi də, siyasi rəhbərliyi də, dövlətçilik üçün sinəsini önə verən, ən kəskin situasiyalarda həmin dövləti qorumağa hazır və qadır olan vətəndaşı da. Əli Kərimlinin fikri, deyəsən, 30 il öncəyə gedib. O dövrlərə ki, 5 dəqiqəlik çıxışla ictimai rəyi dəyişmək mümkün idi. İndi isə elə deyil, xalq siyasi cəhətdən yetərincə maariflənib, hər şeyi ayırd edə, yaxşını pisdən seçə bilir. Artıq Azərbaycanın siyasi elitasında naşılara, gədə-güdələrə yer yoxdur və olmayacaq! İlham Əliyevi, son dövrlərdə adını ən yüksək mərtəbələrə, siyahılara yazdırmış Azərbaycanı qorumaq lazımdır. Allah eləməsin, Əli Kərimli kimi adam dövlət başçısı olsa, yarım saatlıq belə müddətdə nə vətəndaş qürurunu daşıya bilərik, nə dövlətin qoruyucu funksiyasını görərik, nə də rahat və xoşbəxt olarıq".
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru