Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

26 noyabrdan 19 oktyabra gələn yol: - Əli Kərimli 14 il əvvəlki qəsdini təkrarlayır
Tarix: 19-10-2019, 09:28 | Çap et
26 noyabrdan 19 oktyabra gələn yol:
Əli Kərimlinin iddiasının çoxuna görünməyən tərəfi onun təşvişidir.

Siyasətçiyə qəti lazım olmayan bu cəhətin sonunda, yəni təşvişdə olan siyasətçidə hiddət əmələ gəlir və nəticədə dağıtmaq, qisasa susamaq kimi sindromlar meydana çıxır. Bu gün Əli Kərimli məhz bu iki sindromdan əziyyət çəkir. İstəklərinə çatmaq üçün xalqı da özünün alətinə çevirmək istəyir. Əslində, onun mövqeyinin görünən və görünməyən tərəfləri var. Görünən tərəf onun dilindən eşidildiyindən qulaqları yağır edən haqq-hüquq, söz azadlığı, hərəkət sərbəstliyidir ki, ilk baxışda hamıya xoş gəlir. Altyapısında isə xalqın hərəkətliliyini önləmək cəhdi yox, məhz qəsdi dayanır.

Hər kəs bilir ki, bu gün toplumda bir hərəkətlilik var və bu hərəkətlənmənin siyasi gedişatı bütünlükdə cəmiyyətin inkişafına təkan verəcək. Əli Kərimli isə bu dinamikanı DİNAMİTə çevirmək istəyir. O DİNAMİTƏ ki, bu hərəkətlənməni qəti durduracaq. Yenidən dirçəlmə və hərəkətlənmə üçün daha bir 10 il lazımdır.

Tarix belə təkrar olunur

Əli Kərimlinin istər ixtiyari dünənə, bu günə və ya hər hansı sabaha planlaşdırdığı bütün razılaşdırılmamış aksiyaların arxasından dediyimiz dinamikliyin DİNAMİTlə əvəz olunması, yəni 26 noyabr 2005-ci il boylanır...

Xatırlayanlar bilir ki, 6 noyabr 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət toparlanmağı bacarmışdı. Hətta o qədər yüksək səviyyədə və əhval-ruhiyyədə ki, hakimiyyətdaxili çəkişmələr belə müxalifətin etirazını kölgədə qoya bilmirdi. Müxalifətin sistemli etiraz aksiyaları davam edir, hakimiyyət üçün başağrısına çevrilirdi. Lakin birdən nə baş verdi? O baş verdi ki, müxalifət növbəti yürüş-mitinqi bitirənə yaxın Əli Kərimlinin israrlı təkidləri ilə oturaq aksiya planlaşdırıldı.

İsa Qəmbər başda olmaqla bəzi müxalifət liderləri buna qəti şəkildə etiraz etsələr də, kütlənin emosional durumundan istifadə edən Əli Kərimli özü də oturacaqmış kimi prosesin nəticəyə istiqamətlənməsini önləmək yolunu seçdi və istəyinə də nail oldu. Emosional mitinq iştirakçıları hadisələrin inkişafını nəzərə almadan, Əli Kərimlinin fitvasına uydu. Beləliklə, Kərimlinin “oturaq aksiyası” cəmi 15 dəqiqə çəkdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları 15 dəqiqə ərzində meydanı boşaltdı. Əli Kərimlinin avantürasının qurbanları, yəni oturanlar həbsxanalara, saxlanma təcridxanalarına, məhkəmələrə göndərildi, özü isə evinə getdi.

Kərimli kimin əlinə oyanyırdı?

Təbii ki, o zaman baş verənlərin əsas oyunçusu məlum idi – Əli Kərimli. Ssenarist isə başqası idi. Kərimli məharətlə oyununu oynadı və müxalifəti düz 10 il geriyə göndərdi. Bəli, düz 10 il! O 10 il ki, məhz 2015-ci ilə kimi süstləşmiş müxalifət bir toplum olaraq pensiya yaşına çatmış pensioner kimi yaşadı.

Təcrübə də göstərir ki, sistemsiz və avantürist siyasətlə məşğul müxalifət hesablaşılan gücə çevrilmir, əksinə siyasi proseslərə təsir imkanlarını tamamilə itirir. Hakimiyyətlə yanaşı bütünlükdə cəmiyyət də radikal və dağıdıcı mövqeni iqnor edir. Çünki dağıdıcılıq təkcə siyasi sistemə deyil, eyni zamanda iqtisadi və sosial sferanın da təməl prinsiplərini dağıdır, aclıq, yoxsulluq, səfalətlə cəmiyyəti təhdid edir. Cəmiyyət isə qəti şəkildə bunu rədd edir. O cümlədən, beynəlxalq təşkilatlar da eyni prinsipdən çıxış edir və dağıdıcı qüvvəni dəstəkləmir. Elə də oldu. Əli Kərimlinin avatürasının bədəlini bütün müxalifət ödədi. Nəticədə müxalifət bütün təsir imkanlarını itirdi, birliklər dağıldı, qarşılıqlı ittihamlar başladı. Daxildə sosial bazasını, xaricdə beynəlxalq dəstəyini itirən müxalifət yesir gününə düşdü. Bunun ssenarisini yazan başqası olsa da, Əli Kərimli hiddət və qəsdlə oynadığı rolla cəmiyyətin dinamikliyini DİNAMİTLƏ partlatmış oldu.

Bu, Kərimliyə niyə lazım idi?

1995-ci ildən Xalq Cəbhəsi və müxalifət daxilində separatçılıqla məşğul olan “Yurd” 2000-ci ildə müxalifətdən dışlanmışdı. Əli Kərimli bütün gücü ilə çalışırdı ki, “Yurd” müxalifətdə söz sahibinə çevrilsin. Bunun da yolu müxalifətin mövcud birliyini pozmaqdan keçirdi.

Ona görə də ona verilən istənilən tapşırığı can-başla icra edirdi. Nəticədə o hadisədən sonra güclü hakimiyyət zəif müxalifətin aksiyalarına icazə vermədi. Müxalifət isə o qədər zəif idi ki, haqlı olduğunu sübut, hüquqlarından istifadə edə bilmirdi. Əli Kərimli bunun fonunda reabilitsiya olunur və gələcəkdə qurulan tamaşaların baş rolunun ifaçısı olmaq üçün müxalifətin əsas simasına çevrilirdi.

Bəs bu gün nə olur?

Bu gün də Əli Kərimli eyni ssenaridə öz rolunun icraçısıdır. Ardıcıllığa nəzər yetirəndə hər kəs bunun şahidi olur. Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edir. İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə müsbət cavab verir. Ərizədə göstərilən məkanları deyil, başqa bir ünvan təklif edir. Yəni, mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, “28 may” küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilir. Meriyadan mitinq təşkilatçılarına bildirilir ki, onların təklif etdiyi yerlərdə aksiya keçirmək məqbul sayılmır. Qeyd olunur ki, metronun “28 may” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı parkda aksiya keçirilməsi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır. Bildirilir ki, aksiyanın nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacaq, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcək, bu yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq.

İlk baxışda, yəni qanunvericiliklə bağlı mübahisə etmək istəsək, İcra Hakimiyyəti haqsızdır. Yəni mitinq təşkilatçıları yer seçməkdə sərbəstdir. Amma... Amması odur ki, o ərazilər ki, mitinq üçün seçilir, həmin ərazidə bəlkə mitinqdə iştirak etmək istəməyən, ümumiyyətlə, aksiyanın o ərazidə keçirilməsini istəməyən minlərlə insan ola bilər. Çünki həmin ərazilər istirahət, insanların gediş-gəliş yeri kimi başqa bir funksiyanı da yerinə yetirir. Deməli, mitinq üçün başqalarını narahat etməyən məkanlar da məqbuldur. Çünki əsas nəticədirsə, yerin əhəmiyyəti önəmli deyil və bu baxımdan, indiki halda hökumətin arqumentləri əsaslı görünür. Digər tərəfdən isə demokratiya yarımçıq olmur, ya olur, ya da olmur! İndiki halda demokratiyanı əlində dəstəvuz edən Əli Kərimli özünün sərbəst toplaşmaq hüququndan danışarkən başqalarının istirahət, sərbəst gediş-gəliş kimi hüquqlarını da unutmamalıdır. Çünki onun mitinq keçirmək istədiyi məkanda başqalarının hüquqlarının pozulması baş verə bilər. Lakin Milli Şura və “Yurd” bunu əhəmiyyətsiz sayır. Demokratiyadan danışmalarına baxmayaraq, onlar üçün öz istəkləri başqalarının hüquqlarından daha vacibdir.

Və son...

Mitinqin deyil, taktikanın əleyhinə olanların mövqeyi daha düzgündür. Kərimli və onun Milli Şurasının mitinqinin harada keçirilməsi o zaman əhəmiyyətli olardı ki, hər hansı həyati əhəmiyyətli məsələlər əksini tapardı, yaxud ümummilli bir problemə həsr olunardı. İndiki halda isə Milli Şuranın və Əli Kərilinin bu mitinqi onun özünə, hər kəsdən öndə olmaq görüntüsünə hesablanmış addımdır. Nəticəsi isə bütün cəmiyyətin əleyhinə olacaq. Saatların geri çəkilməsi kimi. Bütün cəmiyyəti və toplumun hərəkətlənməsini geriyə dartacaq. Amma saatdakı kimi bir saat deyil, 10 il...

Cebhe.info Analitik Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru