Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Tarix: 22-10-2019, 08:31 | Çap et
Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Qərb barədə deyilənlərlə razılaşmır: “Düşünmürəm ki, bu, Qərbin əli ilə həyata keçirilən bir hadisədir. Burada mənə elə gəlir ki, daha çox ölkədəki dəyişikliklərdən qorxan qüvvələrin rolu var. Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur. Keçmiş və indiki bəzi məmurların bu proseslərdə rollarının olduğu daha real görünür. Qərbin bu proseslərə insan hüquqları kontekstindən yanaşdığını istisna etmirəm. Hazırda bu tipli hadisələr Avropada acınacaqlı formada baş verdiyi üçün Azərbaycana qarşı çətin ki, istifadə edə bilərlər. Orada hüquq-mühafizə orqanları çox kobud formada insan hüquqlarını pozurlar. Düşünürəm ki, Qərbin başı özünə qarışdığına görə Azərbaycanla bağlı onların planlarını görmürəm”.
Deputat bu olaylarda Rusiya izinin olduğunu istisna etmir: “Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin burada rolu ola bilər. Müstəqil Azərbaycan və onun həyata keçirdiyi strategiya bir sıra qüvvələrin, eləcə də keçmiş SSRİ-nin bərpasını, yaxud da islam inqilabının ixracını istəyənlərin təsirləri mümkündür”.
Araz Əlizadə: “Milli Şura çox səviyyəsiz bir fəaliyyət göstərir”
ASDP rəhbəri, deputat Araz Əlizadə isə Rusiya barədə deyilənləri qəbul etmir: “Düşünmürəm ki, Rusiya Azərbaycanda çaxnaşma yaratmaq istəyir. Çünki Rusiyanın ölkəmizdə maraqları onsuz da təmin olunur. Milli Şuranın fəaliyyəti çox səviyyəsiz bir fəaliyyətdir. Bu fəaliyyət insanları zərbə altına qoymaqdan başqa bir şey deyil. Zorakılıqla bağlı iddialara gəlincə, səhərdən axşama telekanallar göstərir, Paris və Barselonada baş verənlərə diqqət edin. Amerika və Almaniyanın özündə də belədir. Orada insanlarla dəhşətli dərəcədə qəddar davranırlar. Düşünürəm ki, bu proseslərin arxasında daha çox pul hərisliyi dayanır”.
Əli Orucov: “Sanki hansısa qüvvələr qarşıdurmanın dərinləşməsinə çalışır”
AMİP katibi Əli Orucov hər cür qarşıdurmanın əleyhinədir: “Aksiyanın təşkilatçısı rəsmən elan edildiyi kimi, Milli Şuranın özü idi. Aksiyanın hansısa dairələr tərəfindən təşkil edilməsi barədə məndə məlumat yoxdur. Bunu müvafiq dövlət qurumları məşğul olub araşdıraraq üzə çıxarmalıdır. Ölkədə vəziyyətin kritik həddə gəlməsinə imkan verilməməlidir. Bu baxımdan iqtidarın üzərinə daha böyük məsuliyyət düşür. Vətəndaşların fundamental hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma hüququna sayğı göstərilməlidir. Açığı deyim mən bir vətəndaş olaraq gedən proseslərdən narahatam. Hiss etdiyim həm də ondan ibarətdir ki, sanki hansısa qüvvələr qarşıdurmanın daha da dərinləşməsinə, geniş çevrəni əhatə eləməsinə çalışır. AMİP aksiyada iştirak etmədiyi halda rayon təşkilat sədrimizi həbs etdilər, digər üzvlərimizə təzyiq göstərdilər. Şiddət və qızışdırıcılıq siyasi mübarizədə əks effektlə nəticələnir. Aksiyanın bu cür dağıdılması qəbul edilməzdir. Həm beynəlxalq ictimaiyyət, həm də cəmiyyətimiz belə mənzərəni yaxşı qarşılamadı. Mən ölkədə sabitliyin belə qəbuledilməz üsul və metodlarla qorunmasını uğur hesab edənlərlə razılaşmıram. Çünki bu, silahlı çatışmaya, xaosa, şiddətə aparır. Mən çıxış yolunu danışıqlar masasında, dialoqda görürəm. İqtidar ölkədə dialoq mühiti yaratmasa, elan etdiyi və siqnalını verdiyi köklü dəyişikliklərə də, islahatlara da, xarici basqıları dəf etməyə, həlli vacib problemləri də çözməyə nail ola bilməz”.
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Şuranın icazəsiz aksiyası ilə bağlı tədbir keçirilib.
Tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qanunsuz aksiyanın keçirilməsini pisləyib: “Azərbaycanda qanunsuz aksiyanın keçirilməsi prezident İlham Əliyevin ”Valday" konfransında bəyanatından, Aşqabadda Azərbaycan xalqının mövqeyini düzgün əks etdirən fikirlər səsləndirməsindən və 9 ayın yekunlarına həsr olunan müşavirədən bir neçə gün sonraya təsadüf edir. Görünür ki, ölkə daxilindəki destruktiv qüvvələr, ən başlıcası xaricdən müxtəlif üsullarla ölkəmizə təsir göstərmək istəyən maraqlı dairələr Azərbaycanın daxilindəki bəzi qruplardan Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək niyyətinə düşüblər. Mitinqin keçirilməsi üçün yer ayrılmasına rəğmən onlar mitinqi razılaşdırılmamış yerdə icazəsiz keçirməyə çalışdılar. Bu qüvvələr hökumətin və dövlətin təhlükəsizliyini təmin edən, öz vəzifəsinin yerinə yetirən hüquq-mühafizə orqanları ilə toqquşma yaratmaqla qarşıdurma abı-havası formalaşdırmağa cəhd ediblər".
Ə. Əhmədov vurğulayıb ki, onların kimlərsə tərəfindən idarə olunduğu aydın hiss edilir: “Onlara təlimatları verənlər də, bunun yerinə yetirilməsi barədə hesabatları tələb edənlər də tamamilə məlumdur. Mətbuatdan bu barədə geniş informasiya çatdırılıb. Bu bir daha təsdiq edir ki, məqsədli şəkildə Azərbaycan kənardan idarə olunan destruktiv qruplar ölkədə sabitliyi və əmin-amanlığı pozmağa cəhd edirlər. Beləliklə, mitinqin təşkil olunması cəhdi bir daha göstərir ki, Azərbaycanda daxili sabitliyi pozmağa cəhd edən qüvvələr, partiyalar var. Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura deyilən təşkilatdır”.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışıb. O bildirib ki, “28 May” meydanı ətrafında nəqliyyat vasitələrindən-avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir: “Həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Təsəvvür edin ki, Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında Bakıda 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis orqanları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyəti olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərbaycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan vətəndaşları ilə təmasa girir. Onun hakimiyyət mandatına sahib olur. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular göstərir. Yəni bir ölkənin hakimiyyətini, liderini hakimiyyətdən salmağın, devirməyin yolu Azərbaycan vətəndaşlarının iradəsindən, istəyindən keçir. Bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur. Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır.
Müxalifət partiyalarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlarımıza çağırış edirəm. Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizi narahat edən problemləri dinləməyə hazırıq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|