“Fərq etmir hardasan, hansı nazirliyin başındasan...” - deputat
Tarix: 25-10-2019, 08:27 | Çap et
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də çox önəmli fərmanlar imzaladı. Bu fərmanlardan biri Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi oldu.
Vergilər naziri Mikayıl Cabbarov supernazirliyin - İqtisadiyyat Nazirliyinin rəhbəri təyin olundu. Bu təyinatın ardından M.Cabbarov bir anda sosial şəbəkələrdə ən çox müzakirə edilən isimlərdən birinə çevrildi. Səbəb də onun indiyə qədər bir neçə qurumun rəhbəri olması və son illərdə ard-arda üç nazirliyə nazir təyin olunmasıdır. Ardıcıllıqla M.Cabbarovun indiyə qədərki vəzifələrini sadalayırıq.
O, iqtisadi inkişaf nazirinin müavini, “İçərişəhər” Dövlət Qoruğu İdarəsinin rəisi, təhsil naziri, Badminton, eləcə də, Qılıncoynatma federasiyalarının prezidenti, vergilər naziri və son olaraq da, iqtisadiyyat naziri olub. Bu məmurun tez-tez vəzifə dəyişikliyinə məruz qalması ilə bağlı sosial şəbəkələrdə tənqidlərə də rast gəlinir. Doğrudur, dünyanın bəzi ölkələrindən nümunələr gətirilir, bəzi şəxslərin adları çəkilir ki, onlar M.Cabbarovdan daha çox müxtəlif vəzifələrdə təmsil olunublar.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev öncəliklə bu təyinata toxundu: “Sosial şəbəkələrdə, cəmiyyətdə son yerdəyişmələr, təyinatlar çox ciddi müzakirələrə səbəb olub. Üstəlik, məlum kontekstdə olduqca fərqli təhlillər verilir və əsas subyektaj kimi də Mikayıl Cabbarovun personası, adı ön plandadır. O anlamda ki, Mikayıl müəllim, yəni cavan bir kadr artıq bu yaşına qədər böyük bir yol qət edib, müxtəlif qurumların rəhbəri, iki müxtəlif nazirliyin birinci adamı olub. İndi də eyni timsalda 3-cü nümunədə və daha böyük səlahiyyətlərlə əhatə olunmuş formada. Ondan başlayım ki, mən Mikayıl Cabbarovu tələbəlik illərindən tanıyıram. Biz eyni fakültəni 1 il fərqlə bitirmişik və onun aydın təfəkkürü, iti zəkası, tərbiyəsi hələ o vaxtlardan şəxsinə nüfuz qazandırıb. Bilmirəm, xatırlayırsınız ya yox, amma Mikayıl müəllim təhsil naziri vəzifəsinə təyin olunanda çoxları düşünürdü ki, bu cavan oğlan həmin qurumda kök salmış qeyri-işlək komanda ilə - təbii, fikrim hamıya aid deyil - bacara bilməz, bunun üçün böyük illərin təcrübəsi lazımdır. Amma gənc nazir sübut elədi ki, ağıl, istək, bacarıq varsa, hər şey mümkündür! O, Təhsil Nazirliyində böyük bir islahat apardı, həmin sektoru yeniləmək, modernləşdirmək, müasir innovativ qaydalara uyğunlaşdırmaq üçün əlindən gələni əsirgəmədi. Ciddi kadr dəyişiklikləri etdi. Nəticə də oldu.
Və məhz həmin nəticədən doğan etimad idi ki, başqa nazirliyə transfer edildi. İndi soruşa bilərsiniz, niyə? Şəxsi fikrimi deyəcəm: Etimad qazananlar növbəti etapda daha çox boşluq olan sahələrə yönləndirilir. Yəqin yaxşı xatırlayırsız, vergi sahəsi bizim yaralı yerimiz idi. Üstəlik, yüz tənqid, min tənqid, fərq eləmirdi. Ayrıca, bu sahədə köklü, hətta lap dərin köklü islahatlara ehtiyac duyulurdu. Bəziləri hətta inanmırdı ki, belə bir məkanda tam modern idarəçilik üslubu yeritmək mümkündür. Amma mümkün oldu - yenə Mikayıl müəllimin sayəsində. Oradakı durumu da Mikayıl Cabbarov normal-sabit vəziyyətə gətirdi. Həm də qısa müddət ərzində!
Bax indi 4 qurum birləşdirildikdən sonra böyük səlahiyyətlərin Cabbaraova verilməsinin səbəbi məhz budur! Onu şəxsən tanıyıram, maddiyyat bu adamın həyatında ən son düşünülən məfhumdur, daim öz üzərində çalışır, tər-təmiz reputasiyaya sahibdir, korrupsiyanın “k” hərfinə belə aidiyyəti yoxdur, ancaq cavan, savadlı, novator gənclərlə işləməyə meyllidir. Beləsi ilə işləmək, beləsini önə çəkmək lazımdır və işlənilir də, önə çəkilir də! Məmur dövlət büdcəsini talayanda, etinasızlaşanda, vətəndaşa laqeyd yanaşanda iqtidar nəsə udur və rəğbət qazanır? Yox, təbii. Məmur əndazəni aşanda, özünü toxunulmaz biləndə siyasi elitaya dividentmi gətirir? Yenə xeyr! Ona görə ilk öncə rəhbərin, dövlət başçısının marağındadır ki, üzərində, tərcümeyi-halında azacıq da olsa qara ləkə, tünd ton olmayan insanlar önə çəkilsin, belələri ən yaxınında olsun. Həmin şəffaf şəxsiyyət tablosunun ən gözəl nümunələrindən biri məhz Mikayıl Cabbarovdur.
Sizə öz müşahidələrimdən çıxış edərək adi bir fakt deyim. Milli Məclisdə büdcə müzakirələri zamanı Mikayıl müəllim daim bizimlə bərabər olur. Kənardan diqqət etmişəm. Kim ona yaxınlaşırsa - fərq etməz deputat, işçi, qapıçı, xadimə, - mütləq ayağa qalxır, qarşısındakını sona qədər səbirlə, ayaq üstdə dinləyir, öz qeydlərini aparır, ən böyük problemi belə uzağı 3 günə həll edir. Təsəvvür edin, təhsil və vergi naziri olduğu dönəmlərdə onun ünvanına təxminən 50-60 məktub göndərmişəm, seçici problemi ilə bağlı müraciətlər ünvanlamışam. Rəsmi cavab öz yerində. Amma hər məktub və hər problemlə bağlı özü şəxsən zəng edib, telefonda daha detallı maraqlanıb, problemin həll olub-olmadığını növbəti dəfə canlı təmasla soraqlayıb, dəqiqləşdirib. Ona görə ürəklə, sevinclə deyirəm: belə operativ, ləyaqətli insanın rütbə və səlahiyyətinin artması hamı üçün xeyirlidir, önəmlidir, vacibdir".
Deputat gedən müzakirələrə bu cür reaksiya sərgilədi: “Müxtəlif və fərqli sahələrdə xidmətə gəlincə, deyim ki, adətən bənzər situasiyalarda xaricdən misallar çəkilir, amma həmin nümunə bizim elə özümüzdə var. Uzağa getməyək - İnam Kərimov. ASAN Xidmətin ölkəyə, dövlətə, vətəndaşa verdiyi töhfə, xeyir, rahatlıq göz önündədir. Onun rəhbəri isə İnam Kərimov olub. Bəs Kərimov kimdir? Eyni Mikayıl Cabbarov xarakterində, zehniyyətində biri. Sonra adam Kənd Təsərrüfati Nazirliyinə transfer ediləndə hamı deyirdi, fərqli sahədir, çətin olar və s. Amma nəticə? Nəticə budur ki, məlum sahədə qısa bir müddət ərzində artım birə-beşdir. Bu fikri cənab prezident də son müşavirədə xüsusən qeyd elədi. Demək, fərq etmir haradasan, hansı nazirliyin başındasan, əsas odur için, könlün, beynin təmiz olsun. Əsas odur ağlın və bacarığın olsun. Xidmət, vicdan məsələsidir. Prezidentin otağına girəndə, ona hansısa məsələni məruzə edəndə bir tək yazan əlin, qələmin, dilindən süzülən sözlərin deyil, içində ruhun, vicdanın da təmiz olmalıdır. İlk öncə özün-özünlə fəxr etməyi bacarmalısan ki, əlimdən gələni edirəm, işləyirəm, səy göstərirəm. Ən əsası, yalan danışmıram! Mikayıl Cabbarov kimi insanların sırası genişlənsin. Parlaq, işıqlı gənclərın önəmli postlarda sayları artsın. Bunun dövlət üçün də, millət üçün də yalnız və yalnız faydası ola bilər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|