“Bunu nə üçün etmirlər, bilmirəm...”
Tarix: 2-11-2019, 09:19 | Çap et
Qarabağ məsələsində təbliğat işinin önəmi böyükdür. Məlumdur ki, xaricə mühacirətə yollanan çoxsaylı müxalifətçilər bütün Avropa ölkələrinə yayılıblar. Eyni zamanda ölkə müxalifətinin liderlərindən sayılan bəzi siyasətçilər xaricdə yaşayırlar. Misal olaraq, hazırda ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevi və bir müddət öncə bu ölkəyə yollanan Milli Şura sədri Cəmil Həsənlini göstərə bilərik. Bu tipli nümunələr çoxdur.
O zaman sual ortaya çıxır ki, Azərbaycan müxalifəti xaricdə Qarabağla bağlı niyə dinləmələr keçirmir?
Eyni iradı xaricdə yaşayan digər azərbaycanlılara da aid edə bilərik. Amerika başda olmaqla, Avropa ölkələrində çoxlu sayda soydaşımız var. Lakin onların işğal altında olan ərazilərimizlə bağlı nəinki dinləmələr keçirdiklərini görmüşük, hətta bir səfirliyin, yaxud nüfuzlu beynəlxalq qurumun binasının qarşısında etiraz aksiyası təşkil etdiklərinin belə şahidi olmamışıq. Demokratiya, insan haqları məsələlərindən dəm vurub xarici ölkələrdəki səfirliklərimizin, nüfuzlu beynəlxalq qurumların qarşısına toplaşanlar nədənsə Qarabağ məsələsində susurlar. Doğrudur, Azərbaycan hökuməti xaricdə Dağlıq Qarabağla bağlı çoxsaylı tədbirlər keçirir, beynəlxalq aləmi bu münaqişə ilə tanış edir. Eyni zamanda ölkə daxilində fəaliyyət göstərən bir sıra təşkilatlar tez-tez xarici ölkələrə səfərlər təşkil edir, Qarabağ məsələsini beynəlxalq miqyasda daha yaxşı tanıtmaq üçün işlər görürlər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı çox vacib mövzunu gündəmə gətirdiyimizi qeyd etdi: “Bu, çatışmayan cəhətlərimizdən biridir və bizi həmişə narahat edib. Xaricdə düzgün ictimai rəyin formalaşdırılmasının həlledici əhəmiyyəti var. Ermənilər bu gün dünyada belə bir rəy yarada biliblər ki, Qarabağ deyəndə ancaq erməniləri düşünürlər. Özü də Dağlıq Qarabağ yox, bütövlükdə Qarabağ adı ilə ermənini eyniləşdiriblər, beynəlxalq ictimai rəy Qarabağı ermənilərlə assosiasiya edir. Bu, ermənilərin apardıqları yalan və saxta təbliğatın nəticəsi olaraq ortaya gəlib. Xarici ölkə vətəndaşları fərqinə varmır və ya bilmirlər ki, Qarabağın 2 milyon əhalisi var. Bunun çox cüzi bir hissəsi, hətta statistikaya gəlməyəcək dərəcədə az bir hissəsi erməni, qalanları azərbaycanlıdır. Dağlıq Qarabağın özündə 1989-cu ilin rəsmi statiskasına görə, 189 min əhali yaşayırdı, onun 140 mini erməni, 40 mini azərbaycanlı idi. Burada da ermənilər o vaxt saxtakarlığa yol vermişdi. Əslində ermənilərin sayı ilə bağlı rəqəm şişirdilmişdi, çoxdan orada yaşamayan ermənilər qeydiyyatda saxlanılmışdı, oraya iş üçün göndərilən və ya yeni doğulan azərbaycanlıların isə xeyli hissəsi qeydiyyata alınmırdı. Bunlar bir yana, hətta bu rəqəmlərlə də deməliyik ki, Qağlıq Qarabağ təkcə erməni demək deyil. Orada o vaxt 40 mindən artıq azərbaycanlı yaşayırdı və bu gün onların sayı 80 min nəfərdən çoxdur. Deməli, Dağlıq Qarabağ deyəndə birinci növbədə oradan zorla çıxarılmış azərbaycanlıların haqqı tanınmalıdır. Ermənilərin orada indiki sayı ilə bağlı demək istəyirəm ki, ermənilər yenə də saxtalaşdırmaya əl atırlar. Onların verdikləri rəsmi statistikaya görə, guya 140 min nəfərdirlər. Amma oraya səfər edən beynəlxalq missiyaların rəyinə görə, 50 mindən artıq erməni yaşamır. Bugünlərdə BBC-yə verdiyi müsahibəsində Ermənistanın xarici işlər naziri Z. Mnatsakanyan hətta özlərinin dedikləri rəqəmi də saxtalaşdırıb. Bildirib ki, orada guya 150 min erməni yaşayır. Bunun üzərində ona görə bir qədər geniş dayandım ki, ermənilərin yaratdıqları yalan mənzərəyə dair təsəvvür olsun”.
QAT sədri hər kəsi iş görməyə çağırdı: “Bu mənzərəni dəyişmək, obyektiv təsəvvürü bərpa etmək üçün hər kəs, hər qurum çalışmalıdır. Müxalifət partiyaları da bu sahədə üzərlərinə düşən işi görməli, həm məlumatların yayılması, həm də aksiyaların keçirilməsində fəal olmalıdırlar. Bunu nə üçün etmirlər, bilmirəm. Ya hesab edirlər ki, bunun onlara aidiyyəti yoxdur, ya da özlərinə əziyyət vermək istəmirlər. Hər iki halda haqlı deyillər. Biz QAT olaraq bu yöndə fəaliyyətə xüsusi önəm veririk. Bu məqsədlə 2015-ci ildə bizim təşəbbüsümüzlə Beynəlxalq Qarabağ Forumu yaradıldı. Forumun məqsədi Qarabağ həqiqətlərinin təbliği, o cümlədən aksiyaların keçirilməsi üçün beynəlxalq QHT şəbəkəsinin yaradılmasıdır. Hazırda foruma Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Avropadan nüfuzlu təşkilatlar daxildir. Mütəmadi olaraq bu işlərin görülməsi üçün Türkiyə, İran, Gürcüstan, Rusiya və Avropaya səfərlər edirik. Ötən ay son səfərimizi sizin də həmkarınız Elşad Paşasoyun iştirakı ilə Rusiyaya etdik. Yeri gəlmişkən, ”Yeni Müsavat “ qəzetinə, musavat.com saytının rəhbərliyinə, dəyərli Rauf bəyə, bütün əməkdaşlarınıza, məxsusi olaraq Elşad bəyə bu işdə bizə hərtərəfli informasiya dəstəyi verdiklərinə görə təşəkkür edirik. Rusiya səfərində bir daha əmin olduq ki, bu işlərin aparılması çox vacibdir. Orada dəfələrlə bildirdik ki, Qarabağın azadlığı bütün dünyada yaşayan soydaşlarımızın vahid iradəsindən keçir. Qarabağın azadlığı ideyası bütün dünyadakı soydaşlarımızı birləşdirən vahid milli ideyadır. Bu ideya ətrafında işlərimizi davam etdirməliyik. Şükürlər olsun ki, Azərbaycanda, Avropada, Rusiyada, digər ölkələrdə, yerlərdə bu ideyanın vacibliyini dərk edən kifayət qədər dostlarımız var və onlarla birlikdə hökmən nəticəyə, Qarabağın işğaldan azad olunmasına nail olacağıq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|