Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

"Şəmsəddin Xanbabayev dediklərinə əməl etsəydi, daha hörmətli olardı" - BAXCP Xaçmaz rayon şöbəsini sədri
Tarix: 4-11-2019, 09:12 | Çap et
"Şəmsəddin Xanbabayev dediklərinə əməl etsəydi, daha hörmətli olardı"
Xaçmaz rayon icra hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad edildikdən iki gün sonra YAP-ın yerli təşkilatının sədri seçilməsi birmənalı qarşılanmayıb. Əhali Elnur Rzayevin Xaçmaza icra başçısı təyin edilməsini müsbət qarşılasa da, son proseslərdən narahatdır. “Şimal xəbərləri”nin əməkdaşı baş verənlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xaçmaz rayon şöbəsinin sədri Zöhrab Məmmədovdan müsahibə götürüb.
Müsahibəni təqdim edirik.

- Zöhrab bəy uzun illərdir ki, BAXCP-nin Xaçmaz rayon təşkilatının sədrisiniz, rayonda gedən ictimai-siyasi proseslərdə fəal iştirak edirsiniz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son vaxtlar apardığı islahatlar ictimaiyyət qızğın müzakirə edilir. Xaçmazda da kadr dəyişikliyi baş verib, Elnur Rzayev rayona yeni icra başçısı təyin olunub. Prezident onu qəbul edərkən konkret tapşırıqlar və tövsiyyələrini verib. Baş verənlərə münasibətiniz necədir?

- Bizim partiya həmiş islahatların tərəfdarı olub. Sədrimiz, millət vəkili Qüdrət Həsənquliyev prezidentliyə namizəd olanda da ölkədə islahatların aparılmasını zəruri hesab edib. Ona görə də indi həyata keçirilən islahatları birmənalı şəkildə müdafiə edirik. İslahat geniş məhfumdur, söhbət təkcə kadrların dəyişilməsindən getmir. İctimai-siyasi, məhkəmə-hüquq və digər sahələrdə də sürətli dəyişikliklər aparılmalıdır. Burada vaxt itkisinə yol vermək olmaz. Rayonumuzda da icra başçısı dəyişib. Bunu çox müsbət addım kimi qiymətləndiririk və hesab edirik ki, dəyişiklik bir az da tez olmalı idi. Həmişə deyirdim ki, rayonda həllini tapmamış xeyli problemlər var, birləşib onları aradan qaldırmalıyıq. Amma son günlər gedən proseslər bir qədər ümidsizlik yaradıb. Səksən bir yaşlı keçmiş icra başçısının tələm-tələsik YAP sədri seçilməsi heyrət doğurdu. Bizim üçün bu quruma kimin rəhbərlik etməsinin fərqi yoxdur. Lakin YAP hakim partiyadır, ona görə də keçmiş icra başçısının mövcud vəziyyətə təsir etmək imkanları çox olacaq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, Şəmsəddin Xanbabayevin fəaliyyətində ciddi nöqsanlar var. Bəziləri bildirir ki, o, yeni icra başçısına kömək edəcəyini açıqlayıb. Biz buna inanmırıq. Əksinə, onun sədr seçilməsi Elnur Rzayevin fəaliyyətinə mənfi təsir göstərəcək. Əvvəla, Şəmsəddin Xanbabayevin yaşı aktiv işləməyinə imkan vermir. Keçmiş icra başçısı köhnə fikirli adamdır, yeni dönəmdə baş verən siyasi proseslərdən baş aça bilmir. Respublikadakı kadr siyasətində isə gəncləşmə prosesi gedir, müasir təfəkkürlü insanlar hakimiyyətə gətirilir. YAP-ın Xaçmaz rayon təşkilatına da gənc siyasətçinin seçilməsi daha effektli olardı. Bütün bunları nəzərə alaraq deyirəm ki, belə şəraitdə yeni icra başçısına prezidentin tapşrıqlarına uyğun olaraq islahatlar aparmaq çətin olacaq.

- Şəmsəddin Xanbabayev vəzifədən azad edildikdən sonra belə bir açıqlama verdi ki, memuarlar yazacaq və nəvələri ilə məşğul olacaq. Amma gözlənilmədən YAP-ın yerli təşkilatının sədri seçildi. Sizcə onun qayıdışının əsl səbəbi nədir?

- Şəmsəddin Xanbabayev dediklərinə əməl etsəydi, daha hörmətli olardı. Rayon ictimaiyyəti bunu yaxşı qəbul etmir. O sadəcə rayonda qalıb yaşasaydı, heç bir problem yaranmazdı. Hamımız kimi adi qaydada həyatını davam etdirəcəkdi. Onun niyə belə etməməsinin səbəbini bilirəm. Şəmsəddin Xanbabayev işlədiyi 15 il ərzində rayonda çox ciddi problemlər yaradıb, qanunsuzluqlara yol verib. Ona görə də partiya sədri seçilməklə istəyir ki, törətdiklərinin üstü açılmasın.

- Zöhrab bəy, siz partiya sədri kimi daim konstruktiv mövqe tutursunuz. Konkret olaraq yeni icra başçısından gözləntiləriniz nədir?

- Şəmsəddin Xanbabayev vətəndaşları həftədə bir dəfə qəbul edirdi. Qəbulu çox vaxt özü yox, müavinləri həyata keçirirdi. Elnur Rzayevin isə ilk sərəncamı bu oldu ki, vətəndaşlar istənilən ona müraciət edə bilərlər. Başçının qərarını bütün rayon əhalisi dəstəkləyir. Yenə də qayıdıram YAP məsələsinə. Ədalət naminə deyim ki, rayon şöbəsinin keçmiş sədri heç də pis işləmirdi. Lakin yeni situasiya YAP-a ziyan gətirəcək və təşkilatın nüfuzunun enməsinə səbəb olacaq. İkincisi, rayonda hakimiyyət daxili bir rəqabət yaranacaq. Bu da siyasi durumu gərginləşdirəcək.

- Konkret olaraq hansı sahələrdə islahatların aparılmasını istəyirsiniz?

- Vətəndaşların qəbulu ilə bağlı atılan addım icra başçısı ilə ictimaiyyət arasında güclü əlaqə yaradacaq. Bu da işlərin gedişinə müsbət təsir göstərəcək, problemlər tez üzə çıxacaq. Köhnə kadrlar haqqında da rayonda müsbət fikir yoxdur. Onlarla islahatlar aparmaq mümkün olmayacaq. Birinci növbədə icra aparatı buraxmalıdır. İslahatlar bütün sahələri əhatə etməlidir. Dəyişikliklərin getməsi zəruridir.

- Xaçmaz rayon polis şöbəsinin rəisi də dəyişdirildi...

- Daxili işlər nazirliyində gedən kadr islahatları əhali tərəfindən müsbət qarşılanıb. Xaçmaza yeni rəis təyin edilib. O da kadr dəyişikliklərinə başlayıb. Şöbənin yüksək rütbəli bəzi əməkdaşları, eləcə də, Xudat və Yalama polis bölmələrinin rəhbərləri vəzifələrindən kənarlaşdırılıblar. Bu güc strukturunda dəyişikliklər davam edir. Polis şöbəsində də vətəndaşların qəbulu sadələşdirilib. Şikayət edən şəhid ailələrinin, Qarabağ müharibəsinin əlilləri və veteranlarının, aztəminatlı ailələrin müraciətlərinə operativ şəkildə və həssaslıqla yanaşılır. Rayonun digər hüquq-mühafizə orqanlarında da kadr islahatları aparılmalıdır. Yeniləşmə bu sahədə də getməlidir. Onlar da gənc icra başçısı ilə ayaqlaşmalıdırlar.

- Son sual. BAXCP Xaçmaz rayon şöbəsi yeni icra başçısı ilə əməkdaşlıq edəcəkmi? İslahatlara dəstək istiqamətində fəaliyyət nəzərdə tutulubmu?

- BAXCP islahatların tərəfdarıdır. Bu istiqamətdə mərkəzdən bizə müyyən tapşırıqlar da verilib. Siyasi və iqtisadi inkişaf yolunu yalnız islahatlarda görürük. Bəziləri siyasi qüvvələr radikal yol tutublar. Bu heç bir müsbət nəticə verməyəcək. İnanıram ki, yeni icra başçısı da islahat tərəfdarı kimi partiyamızla əməkdaşlıq edəcək. Biz buna hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru