Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

“Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir - "...mən seçkiləri təyin eləyən adam deyiləm"
Tarix: 22-11-2019, 09:01 | Çap et
“Siyasətdən gedəcəm” vədinə əməl etməyən kimdir
2019-cu ildə növbədənkənar parlament seçkiləri keçiriləcəyi proqnozunun reallaşmaması bu proqnozu ilk dəfə irəli sürən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə yönəlik atmacalı fikirlərin səslənməsinə yol açıb.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, biriləri 2019-cu ilin axırlarınadək seçkilərin keçirilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edərək hətta mərc gəlməyə də qalxmışdı, ancaq həmin siyasətçi mərci uduzsa da siyasətdən getmək vədini yerinə yetirmədi: “Mərci uduzanın siyasət meydanını tərk edib-etməyəcəyini özü və izləyiciləri bilsin, amma hesab edirəm ki, hər kəs dediyi sözün fərqində olmalıdır, ələlxüsus da siyasi fəaliyyətlə məşğul olan şəxslər bu və ya digər məsələ ilə əlaqədar proqnoz verməyə qalxırlarsa ən azından hüquqa və fakta əsaslansalar daha doğru olar”.

Məsələ ilə bağlı Əli Əliyevlə də danışdıq. O bildirdi ki, növbədənkənar seçkilərin keçiriləcəyi iddiasının üzərində bu gün də qalır: “Mən bu iddianı irəli sürəndə musavat.com-un canlı efirində YAP-çı deputatlardan biri ilə debatda ”mərc də gəlməyə hazıram, sözümün də altından imza atıram" kimi ifadəni işlətmişəm, amma siyasətdən gedəcəyəm deməmişəm. Fikirlərimi əsaslandırmaq üçün analogiya da gətirmişəm. 2017-ci ilin yayında mən prezident seçkilərinin növbədənkənar keçiriləcəyi ilə bağlı bəyanat vermişdim. O vaxt da demişdim ki, əgər şərait uyğun olsa, 2017-ci ilin sonunda, olmasa 2018-ci ildə vaxtından əvvəl prezident seçkisi keçiriləcək. Sonra da demişdim ki, uyğun şərait olacaqsa, 2019-cu ildə növbədənkənar parlament seçkiləri də olacaq. Növbədənkənar prezident seçkiləri bilirsiniz ki, keçirildi.

Birincisi, mən seçkiləri təyin eləyən adam deyiləm, seçkilərin təyin olunması səlahiyyəti ölkə prezidentindədir. Mən bu gün də deyirəm və mövqeyimin üstündə dururam ki, Azərbaycanda parlament seçkiləri növbədənkənar keçiriləcək. Real siyasətlə məşğul olmayan adamlar, təsadüfi adamlar, boş yeri doldurmaq funksiyası daşıyan adamlar ağzına gələni danışa bilər. Bu, əsas deyil. Əsas siyasi məntiqi, hadisələrin inkişafını analiz etməkdir, onlara qiymət verməkdir. Mənim hesablamalarıma görə, növbədənkənar parlament seçkiləri iyul ayında olmalı idi. Onun da öz məntiqi var idi. Görürsünüz ki, ölkədə hansı proseslər getdi və gedir".

Əli Əliyev vurğuladı ki, onun 2019-cu ildə növbədənkənar seçkilər olacağı barədə proqnoz verməyinə səbəb hakimiyyətin bu ilin əvvəlindən davranış məntiqi idi: “Davranış məntiqi onu deyirdi ki, hakimiyyət dəyişikliklərə getmək zorundadır. Bu dəyişikliklər komanda dəyişikliyi, struktur dəyişikliyi, hakimiyyət idarəçiliyinin fəlsəfəsinə yönələn dəyişikliklər olacaq. Məgər biz bu il bu dəyişiklikləri müşahidə etmirik? Biz o dəyişikliklərin içindəyik. Azərbaycanın iqtidarı 2019-cu ildəki qədər ardıcıl olaraq müəyyən mənada xalqın xeyrinə addımlar atmamışdı. 2019-cu il başlayandan Azərbaycanda minimum əmək haqqı 2 dəfə artıb, ilk dəfə respublikanın prezidenti 2 fevralda gənclərlə görüşü zamanı dövlət himnini şəxsən ifa edib, Şamaxıda, Ağsuda baş verən zəlzələ zamanı camaatdan məktubları şəxsən yığdı, prezident camaatla selfi çəkdirir, cəmiyyətə yönəlik mesajlar verilir. Biz 16 il ərzində prezidentin təyin olunan nazirləri, icra başçılarını publika önündə qəbul edib təlimatlandırdığını görməmişdik. Bu da bu il baş verdi. Bizim ağlımıza gəlməzdi ki, hakimiyyətin əsas sütunlarından biri Ramiz Mehdiyev siyasi idarəçilikdən uzaqlaşdırılacaq. Bu da məhz 2019-cu ildə baş verdi. Mənim proqnozumda icra strukturlarında dəyişikliyin vacibliyi də var idi. 2019-cu ildə məhz bu istiqamət daha önə çıxmalı oldu. Ona görə də parlament seçkilərinin keçirilməsi bu il reallaşmadı. Əvvəl mən düşünürdüm ki, parlament seçkiləri olacaq, sonra icra strukturlarında dəyişikliklərə, struktur islahatlarına başlanacaq. Belə məlum oldu ki, parlament seçkilərini qeyd olunan məsələlərdən sonraya keçirdilər. 2019-cu ildə elə addımlar atıldı, elə dəyişikliklərə başlandı ki, bunlar heç də növbədənkənar parlament seçkiləri qərarının verəcəyi effektdən az olmadı, hətta deyərdim daha üstün oldu. Hesab edirəm ki, dəyişikliklərin önə çıxarılma ardıcıllığı prioriteti daha düzgün seçilib. Əvvəl qeyd olunan dəyişikliklər və struktur islahatları, sonra seçkilər keçirmək yolu seçildi. Doğru seçimdir. Elə addımlar atılıb ki, ölkənin fundamental həyatına daha ciddi təsir göstərəcək addımlardır. Biz yaxın zamanlarda növbədənkənar parlament seçkilərində bunun şahidi olacağıq. Bu dəyişikliklərin olacağının anonsunu siyasi partiya rəhbərləri sırasında ilk dəfə mən vermişəm. Həyat göstərir ki, mənim proqnozlarım gəlib yerini alır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru