Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                 

“O xarabalıqda konsert dünyanın ən möhtəşəm səhnəsi idi” - deputat
Tarix: 1-12-2020, 10:01 | Çap et
“O xarabalıqda konsert dünyanın ən möhtəşəm səhnəsi idi”
Ağdam öz sahibinə qayıtdı. Nəhayət, 27 illik həsrətə son qoyuldu və bu gün şəhər doğma insanlarını qarşılayır - qonaq yox, ev yiyəsi kimi...

Elə ötən həftə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və bir qrup tanınmış insan, “Qarabağ” klubunun futbolçuları, xarici nümayəndələr Ağdama səfər edib, işğaldan sonra şəhərlə görüşüb, ermənilərin xarabalığa çevirdikləri əraziləri gəziblər.

“Yeni Müsavat” xatırladır ki, Ağdamda olarkən xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Elçin Qasımov və Elnur Əhmədovun müşayəti ilə “Qarabağ şikəstəsi” ifa edib.

Bu zaman ağdamlı deputat Aqil Abbas mahnının sədaları altında rəqs edib, duyğulu anlar yaşanıb. Sosial mediada videosu yayılan görüntülər maraqla qarşılanıb.

Hikmət Hacıyev deyib ki, Ağdamda ilk dəfə 1988-ci ildə valideynləri ilə birlikdə toyda olub. O bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:

“Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.

Ağdama səfərinin təəssüratlarını bizimlə bölüşən xalq artisti Mənsum İbrahimov isə “Yeni Müsavat”a bildirdi ki, hisslərini sözlə ifadə etmək çox çətindir.

Mənsum İbrahimov: ““Qarabağ şikəstəsi”ni oxuyanda həmişə içim qan ağlayırdı, öz torpağımızda oxuyanda üzüm gülürdü”

M.İbrahimov qeyd etdi ki, 27 il qoyub getdiyi möhtəşəm şəhərə girmək inanılmaz hadisə idi. Xalq artistinin sözlərinə görə, onlar Ağdamda xarabalıq, “ruhlar şəhəri” görüblər.

“Amma erməni vəhşiliklərini görməyimizlə yanaşı doğma torpağımızın işğaldan azad edilməsi sevincini hiss etdik. Mən söz vermişdim ki, Azan verəcəm.

Düzdür, din xadimi deyiləm, amma ilk dəfə Ağdam məscidində azan verdim, ilk “Qarabağ şikəstəsi” mənim ifamda səsləndi. Əlbəttə ki, çox xoşbəxt oldum, sevinc hissləri keçirdim.

Mən xarabalıq qarşısında ilk konsertimi verirdim. Sizə deyim ki, dünyanı gəzmişəm, amma o xarabalıq önündə konsert vermək dünyanın ən möhtəşəm səhnəsi idi. Çünki doğma torpağımda idim".

M.İbrahimov həmişə çal-çağırlı olan Ağdam kimi bir şəhərdə “Qarabağ şikəstəsi” səsləndirmək böyük xoşbəxtlikdir: “Erməni vandalları şəhəri dağıdıblar. Amma biz Ali Baş Komandanın rəhbərliyi altında, igid əsgərlərimizin əşəhidlərimizin sayəsində düşməndən torpağımızı azad edə bildik.

Ağdam torpağı öz sahibinə qayıtdı. Torpağın sahibi gəldi. Axır ki, haqq öz yerini tapdı. Mən inanıram ki, oranı yenə gözəlləşdirəcəyik, şöhrətini qaytaracağıq, muğam mərkəzləri, dram teatrlar, mədəniyyət evləri tikəcəyik. Buna gücümüz, məhəbbətimiz var.

Biz Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək xalq olaraq həmrəyliyimizi dünyaya göstərdik. Qarabağ torpağı qibləgaha çevrildi.

Çünki bütün bölgələrdən olan igidlərin qanı Qarabağda töküldü. Qarabağ Azərbaycanın Məkkəsinə çevrildi. İnanıram ki, bu birlik sayəsində Ağdam şəhərini də, digər azad edilən ərazilərimizi də bərpa edəcəyik".

M.İbrahimov söylədi ki, Ağdamda olarkən “İmarət”ə gediblər, Pənahəli xanın məqbərəsinə baş çəkiblər, Natəvanın dağıdılmış abidəsinin yerində olublar, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər:

“Mənə İsveçin nümayəndəsi dedi ki, həm oxuyurdun, həm üzün gülürdü. Dedim ki, ”Qarabağ şikəstəsi"ni oxuyanda həmişə içim qan ağlayırdı. İndi sahib olduğumuz torpaqda idim, ona görə oxuyanda həm də üzüm gülürdü".

Deputat Aqil Abbas “Yeni Müsavat”a Ağdama səfər təəssüratlarını bölüşərkən bildirdi ki, evlərin dağıdılması bizi üzməməlidir:

“Mən orada xarici nümayəndələrə də söylədim ki, əsas torpaqdır, torpağı aparmayıblar. Sonra evimizə, məktəbimizə getdim.

Hansı hisslər keçirdiyimi ifadə edə bilmərəm. Ağdama girəndə oğluma zəng elədim, ağladım. Həyətimizdə də yoldaşımı yığdım, onda ağladım. O torpaqda olmaq dəhşətli bir şey idi.

Amma hər şeyi dağıdıblar. Bu vəhşilər daş daşı üstə qoymayıblar. Bu nə milləti imiş?! Nəyin qisasını alırdılar?!"

A.Abbasın sözlərinə görə, Ağdamda üç şəhid məzarlığı var: “Onlardan birində oluq. Şəhid qəbirlərini qazıb çıxarıblar, sümükləri də yoxdur. Bu binamuslar nəyin intiqam alıblar, bilmirəm.

Sonra Pənahəli xanın qəbrini ziyarət etdim, məqbərəsində oldum. Amma Natəvanın qəbrini dağıdıblar. Ondan əlavə, “İmarət”ə getdik, simvolik olaraq 15 dəqiqə futbol oynadılar.

Sonra Mənsum İbrahimov oxudu, mən də rəqs elədim. “Qarabağ” komandasının oyunçuları da mənə qoşuldular, oynadıq.

O hissi təsəvvür etmək, bir sözlə demək mümkün deyil. Mən yazıçıyam, amma o mənzərəni təsvir etməyə hələ gücüm çatmaz. Bir onu deyə bilərəm ki, Allah Ali Baş Komandanı və Ordumuzu qorusun!

Çünki orada qurulan istehkamları keçib getmək üçün böyük itki verəcəkdik, sonra Ağdama girəcəkdik. Şükür ki, bir güllə atılmadan geri alındı".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru