BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                 

“Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar” - deputat
Tarix: 8-12-2020, 08:22 | Çap et
“Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar”
Noyabrın 10-da Vətən müharibəsi başa çatandan sonra Ermənistanın son 30 ildə Azərbaycana vurduğu zərərin müqabilində on milyardlarla dəyərində ölçülən təzminatı necə ödəyəcəyi ilə bağlı müzakirələr də gündəmdədir.

Bütün sahələr üzrə ciddi böhran keçirən təcavüzkar ölkənin bu təzminatı heç bir halda ödəmək imkanlarının olmadığı hər kəsə güzgü kimi aydındır. Belə olduğu üçün təzminat əvəzi olaraq bir sıra təkliflər səslənməkdədir.

O təkliflərin önündə isə Azərbaycanın tarixi ərazisi sayılan Zəngəzurun ölkəmizə qaytarılması gəlir. Son olaraq, belə bir fikirlərlə rusiyalı politoloq çıxış edib. O deyib ki, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatdan qurtulmaq üçün Zəngəzuru və Azərbaycan üçün strateji başqa yerləri güzəştə getsin.

Ermənilər belə bir təklif etməyə məcbur qalsalar, Azərbaycan tərəfin necə davranacağı barədə yaranan çoxlu sayda suallar ətrafında geniş müzakirələr gedir. Onu da qeyd etməyi vacib bilirik ki, bu plan hər zaman masa üzərində olub və pul müqabilində Azərbaycan ərazilərinin geri qaytarılması barədə çox yazılar gedib. Amma nəzərə alaq ki, indi vəziyyət tamamilə dəyişib. Müzəffər ordumuz Qarabağı azad edərək, erməniləri prezident İlham Əliyevin dediyi kimi, oradan it kimi qovub. İndi bizim qarşımızda duran əsas məsələ Ermənistana təzminat davası açmaqdır ki, bu yöndə də artıq işlər gedir. Ermənistanı Zəngəzur və digər tarixi ərazilərimizi boşaltmağa məcbur qoymağın yeganə yolu kimi təzminat məsələsi önə çəkilir.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bunu mümkün hesab edir: “Artıq bir aydan çoxdur ki, mən də Zəngəzur məsələsini qaldırıram. Ermənistanın işğalçı rejimi Azərbaycan ərazilərində olmazın müsibətlərini törədiblər. Hələ torpaqlarımızı azad etməmişdən öncə təxmini olaraq hesablayırdıq ki, onlar 50-100 milyard arasında bizim torpaqlara zərər vurublar. Amma işğaldan sonra aydın oldu ki, bu 50-100 milyard məsələsi deyil, məbləğ daha böyükdür. Bəziləri hətta 300-800 milyard arası məbləğ səsləndirirlər. Ermənistanın Avropa İnsan Haqları Məhkəməsində bir nümayəndəsi var idi. İndi orada işləmir. O qeyd etmişdi ki, Azərbaycan iki il bundan əvvəl 50 milyardlıq təzminat davası açıb, o məsələ gündəmdədir. Azərbaycan buna əlavələr edəcək. Hazırda hesablamalar aparılır. Məbləğ müxtəlif beynəlxalq qurumlara təqdim olunacaq. Artıq bilirəm ki, Ermənistanın xeyrinə olmayan böyük təzminat məbləğləri hüquqi cəhətdən təmin ediləcək və təcavüzkar ölkəyə təqdim olunacaq. Bundan sonra Ermənistanın müxtəlif ölkələrdə olan əmlaklarının, banklardakı pul vəsaitlərinin dondurulması, Azərbaycana verilməsi üçün məhkəmələrdə iş qaldırılacaq. Ermənistanın bu qədər məbləği yoxdursa, bunun ən leqal yolu tarixi torpağımız olan Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar. Tarixdə də belə hallar olub. Düşünürəm ki, sonunda buna getməliyik. Elə bu gündən bu işlə məşğul olmalıyıq. Bizə vurduqları zərərin əvəzi Zəngəzuru Azərbaycana qaytarmalıdırlar. Hüquqi müstəvidə işi məhz bu sahədə aparmalıyıq. Düşünürəm k, jurnalistlər, politoloqlar, xaricdə olan səfirliklərimiz, müxtəlif ölkələrdəki nümayəndələrimiz bu məsələ ilə bağlı indidən ictimai rəyi tək Azərbaycanda deyil, regionda, dünyada bu rəyi formalaşdırmaq üçün çalışmalıdırlar”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə indidən bu barədə danışmağı tez hesab edir: “Məhkəmələrin qərarı olmayana qədər təzminatla bağlı danışmaq hələ tezdir. Düşünürəm ki, ilk növbədə, müvafiq araşdırmalar yekunlaşmalı, müraciətlər olmalıdır. Bütün bunlardan sonra düşünmək olar ki, Ermənistan hansı formada bu təzminatı ödəyə bilər. Hələ araşdırmalar yekunlaşmayıb, məhkəmələr olmayıb, bir sözlə proses sona çatmayıb. Onun üçün bu barədə danışmağın tez olduğunu düşünürəm. Rus politoloqu nəsə deyə bilər. Bu onun şəxsi mövqeyidir. Onun mövqeyini şərh etmək istəmirəm. Fikrimcə, ilk növbədə, araşdırmalar olmalıdır. Bunun nəticəsində məhkəmələrə müraciət olunmalıdır. Məhkəmələrin isə qərarı olmalıdır. Bu qərardan sonra müzakirələr açıla bilər ki, Ermənistan nə zaman və necə təzminatı ödəyəcək. Araşdırmalar hələ təzə başlayıb. İş yekunlaşmayıb, məhkəmələrə də müraciətlər olmayıb. Aşadırmalardan sonra mütləq beynəlxalq məhkəmələrə müraciətlər olmalıdır. Ermənistanın bu təzminatı necə ödəməsi mərhələsinə hələ var”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də bu cür düşünür: “Azərbaycan Ordusunun zəfərindən sonra istənilən fikri ehtimal olaraq səsləndirmək və sonsuza qədər inkişaf etdirmək mümkündür. Amma düşünürəm ki, indiki şəraitdə cəmiyyətimizə daha realist, daha praqmatik mesajların verilməsinə ehtiyac var. Biz maksimum gözləntilərimiz olduğu halda belə, minimum nəticə barədə danışsaq, daha yaxşı olar. Ermənistandan təzminatın tələb edilməsinin hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi, prosedurun həyata keçirilməsi uzunmüddətli və olduqca mürəkkəb bir prosesdir. Nəzərə almaq lazımdır ki, təzminatla bağlı prosesin özü belə mərhələli və fərqli yuridiksiyalar altında, fərqli instansiyalarda və fərqli prosedurlarla həyata keçirilə bilər. İnsan hüquq və azadlıqlarının pozulması, vətəndaşlara dəyən maddi və mənəvi ziyan, dövlətə dəyən ziyan, işğal altında olan ərazilərdəki təbii ehtiyatların qanunsuz mənimsənilməsi, ekologiyaya vurulan ziyan, tarixi və mədəni abidələrin dağılması, beynəlxalq humanitar hüququn pozulması və digər müharibə cinayətləri həm kompleks, həm də ayrı-ayrılıqda hüquqi yanaşma tələb edir. Nəzəri baxımdan, bu gün istənilən mülahizə irəli sürülə və hətta ağlasığmaz, fantastik ssenarilər haqqında da danışıla bilər. Mən belə açıqlamaları və müzakirələri faydalı hesab etmirəm. Bütün bunlar haqqında yalnız müvafiq beynəlxalq məhkəmələrin qərarları olduqdan və onların yerinə yetirilməsi mexanizmləri hazırlandıqdan sonra danışmaq olar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru