AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                 

"Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub" - onlara kömək ediblər
Tarix: 9-12-2020, 08:24 | Çap et
"Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub"
Bir neçə gün öncə, Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı geniş məqaləsi mediada dərc olundu ki, burada iki məqam cəmiyyətdə haqlı suallar yaratdı və bu, sosial şəbəkələrdə də müzakirə predmetinə çevrildi.
Məqalədə diqqəti çəkən birinci məqam Ədalət Vəliyevin “ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirləridir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır, hətta insanlar “bu məmləkətin halına yazıqlar olsun” deyə açıyırlar. Çünki onlar siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin, ailə üzvlərinin tibbi və ya digər şəxsi probelmləri həll olunan ölkədə demokratik seçkilərin keçirilməsini, ədalətli, korrupsiyasız cəmiyyətin qurulmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmasını, qanunun aliliyininin təmin olunmasını mümkünsüz hesab edirlər. Bu, əslində, belədir. Ona görə ki, hər hansı bir adam özünün şəxsi problemlərini həll edibsə, digər sosial təbəqənin problemi artıq onu maraqlandırmır, heç maraqlandırmayacaq da...

Məqalədə diqqəti çəkən ikinci məqam isə şöbə müdirinin “siyasi partiyaları respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “525-ci” və “Ədalət” qəzetlərində, İctimai Televiziya, “Xəzər”, “Space”, ARB və “REAL TV” televiziya kanallarında müvafiq mövzular üzrə çıxışları şöbə tərəfindən təmin edilir” fikrinin yer almasıdır ki, bu da siyasi partiyaların (Ə. Vəliyev hansı partiyaları nəzərdə tutursa, söhbət ondan gedir) hakimiyyət tərəfindən idarə olunduğunun aşkar göstəricisidir. Doğrudur, siyasi partiyaların Vətən müharibəsində hakimiyyətlə həmrəy olması alqışlanandır və bu, xalqımızın, dövlətimizin güclü olması üçün lazım idi. Amma nəzərdə tutulan siyasi partiyaların müvafiq mövzular üzrə təmin edilməsi onların müstəqil olmamasını bir daha ortaya qoymuş olur. Maraqlıdır ki, bu siyasi partiya rəhbərlərinin, yaxud nümayəndələrinin müstəqil fikri yoxdur ki, bunlar müvafiq şöbə tərəfindən mövzular üzrə təmin edilir?
Burada diqqəti çəkən digər məqam isə adıçəkilən media orqanlarının müstəqil olmamasının aşkar ifadəsidir. Məlumdur ki, ölkə mediasının “yuxarı”dan tapşırıqla materiallar dərc etməsi, yaxud işıqlandırması artıq ənənə halını alıb. Bu isə ölkədə medianın inkişafını ləngitməkdən başqa heç nəyə xidmət etmir. Çünki azad media olmayan ölkədə heç vaxt azad fikir, demokratik seçkilər, korrupsiyasız cəmiyyət olmayacaq, insan hüquq və azadlıqlarına dəyər verilməyəcək, qanunun aliliyi təmin olunmayacaq.
Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Mediadunya.com-a açıqlamasında bildirib ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra siyasi təşkilatlarla hakimiyyət arasında xeyli dərəcədə “buzlar” əridi, normal münasibət yaranmağa başladı: “Bundan əvvəlki dövrdə siyasi təşkilatlarla hakimiyyyət arasında yalnız düşmən münasibət var idi. İndi Ədalət müəllim məqalədə nə yazıb, bilmirəm. Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub, onlara kömək ediblər. Mən bilirəm ki, bir neçə partiya sədri xəstə olub, onların xəstələyinin müalicəsi üçün hakimiyyət tərəfindən müəyyən köməklik olunub. Ancaq hesab etmirəm ki, o məsələni şişirtməyin hansısa bir əhəmiyyəti var. Bu, müzakirə olunacaq məsələ deyil ki, nəyə görə belə deyib. Biz hesab edirik ki, sosial təbəqənin hamısına yeri gələndə dövlətin qayğısı olmalıdır. O cümlədən də mediaya, siyasi təşkilatlara, qeyri-hökumət təşkilatlarına olmalıdır. Artistlərə iki gündən bir ev verirlər, yaxud eləsi var, 5 ev veriblər, amma onlara heç kəs heç nə demir”.
“Mən bilmirəm, bunu deməkdə Ədalət müəllimin məqsəd nədir, ola bilsin ki, sözgəlişi deyib. Yəni geniş müzakirə üçün əsas görmürəm. Bizim müzakirə etməyə o qədər dərdimiz-azarımız var ki. Məsələn, ərazilərimiz işğaldan azad olunub, orada necə möhkəmlənməliyik? Biz Xankəndinə, Xocalıya və digər ərazilərimizə nə vaxt həqiqi surətdə yiyələnməliyik? Nə vaxt orada da bayrağımız dalğalanmalıdır? Mənə elə gəlir ki, bunlar müzakirə olunmalıdır”,-deyə partiya sədri əlavə etdi.
Siyasi partiya mənsublarının respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə televiziya kanallarında müvafiq mövzular üzrə çıxışlarının şöbə tərəfindən təmin edilməsinə gəlincə, E.Musayev qeyd etdi ki, partiya rəhbəri olaraq bu müddət ərzində Azərbaycan televiziyaları-nə ATV, nə İctimai Televizya, nə “Xəzər”, nə də “Lider” şəxsən onu bir dəfə çağırmayıb, yalnız bir dəfə “Space” çağırıb: “O kanalda ictimai-siyasi vəziyyət haqqında qısa bir veriliş idi. Amma siyasi təşkilat rəhbərlərinin hansı mövzu ilə təmin edilməsi ilə mən bildiyim qədər Ədalət müəllimin rəhbərlik etdiyi şöbə yox, başqa şöbə məşğul olur. Onunla məşğul olanlar da Ramiz Mehdiyevin, Əli Həsənovun adamlarıdır ki, Azərbaycan televiziyasına nəzarət edirlər. Ona görə də bizi efirlərə buraxmırlar. Kimi efirə buraxırlar, ondan mənim xəbərim yoxdur. Hakimiyyətyönlüləri onsuz da əvvəldən efirə buraxırdır, indi də buraxırlar. Bizi onsuz da efirə buraxmırlar. Mən məqaləni oxumamışam. Ona görə, detalları bilmirəm ki, kimi nəzərdə tuturlar. İkincisi də dövlətin nəzarətində olan televiziyalarda sərbəst, müstəqil fikir demək üçün Prezident Administrasiyasından hansısa göstəriş verilibsə, buna normal yanaşmaq lazımdır. Yox, əgər deyilbsə ki, konkret bizim mövqeyimizdən çıxış etməlisiniz, buna qeyri-normal yanaşmaq lazımdır”.
Siyasi partiyalar haqqında yeni qanuna ehtiyac olduğunu vurğulayan E.Musayev bildirdi ki, başqalarından fərqli olaraq bununla bağlı onların mövqeyi olub: “Mən açıq demişdim ki, “Siyasi partiyalar haqqında” qanun çox sadə olmalıdır. İnsanların müxtəlif, o cümlədən siyasi fəaliyyətlə məşğul olmaq hüququ var. Bunu hansısa çərçivəyə salmaq olmaz, yüngülləşdirmək, insanlara o şansı vermək lazımdır. O məsələnin ikinci tərəfidir ki, niyə siyasi təşkilatlar çoxdur? Ona görə, siyasi təşkilatlar çoxdur ki, ölkədə normal demokratik seçkilər keçirilmir, saxta seçkilər keçirilir. Əgər normal demokratik seçki keçirilərsə, siyasi təşkilatlardan kim seçilir, qalacaq, kim də seçilmir, sıradan çıxacaq. Yəni bunlar təbii yolla olmalıdır, süni yolla yox”.
Partiya sədrinin sözlərinə görə, Prezident Administrasiyasında ən yaxşı işləyən şöbə Ədalət Vəliyevin şöbəsidir:“Bilirsiniz ki, ölkəmizdə müharibə getdi, bu dövr ərzində dövlətin, hakimiyyətin, Ali Baş Komandanın, bütövlükdə bizim siyasətin güclü olması üçün siyasi təşkilatların həmrəyliyi lazım idi, 50 siyasi təşkilat dəfərlə bir yerdə bəyanat verdi, vahid mövqe sərgilədi. Bu, birmənalı olaraq Ədalət Vəliyevin rəhbəlik etdiyi şöbənin xidmətidir. Yenə deyirəm, məqalədə nə yazılıb, xəbərim yoxdur, amma mən çəkinmədən açıq deyirəm, Prezident Administrasiyasında, ümumiyyətlə, Azərbaycan hakimiyyətinin içərisində ən yaxşı işləyən varsa, o şöbə olub”.
“Azərbaycanda media azadlığı yoxdur”

ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Ədalət Vəliyev İctimai Televizya və AzTV ilə bağlı belə bir fikir səsləndirsəydi, məntiqli olardı: “Çünki İctimai Televiziyada hamımız iştirak edirik. Bu kanalın büdcəsi hamımızın ödədiyi vergilərdən formalaşır. AzTV də büdcədən maliyyələşir. Burada müxalifətin fikirlərini səsləndirməsi üçün hökumətin hansısa addım atması alqışlanılandır. Ona görə ki, bu kanallar onların nəzarətindədir. Amma özəl kanallarla bağlı belə bir fikir söylənməsi bir daha sübut edir ki, Azərbaycanda media azadlığı yoxdur. Hətta formal olaraq özəl kanallar belə, hakimiyyətin nəzarəti altındadır. Bu isə yaxşı bir şey deyil. Ədalət Vəliyevin bu açıqlaması da hakimiyyətin media siyasətində hansı yol tutduğundan xəbər verir".
Şöbə müdirinin “iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirlərinə gəlincə, Cəfərli qeyd etdi ki, bununla bağlı hökumət ayrıca açıqlama versə, daha doğru olardı: “Çünki hakimiyyətlə dialoq masasında iştirak edən 50 partiya var və bu açıqlamalarda həmin hissənin kimlərə şamil olduğunu özləri desə, yaxşı olar. Doğrudur, REAL Partiyası da bu formatda iştirak edir və biz yalnız siyasi görüşlərimizi, müzakirəmizi ictimaiyyətə açıqlamışıq. Çünki danışığımız bu yöndə olub. Bu günə kimi kimə hökumət tərəfindən sağlamlıqla bağlı yardım olunub, o partiyaların, yaxud təşkilatların adlarını açıqlasalar, daha yaxşı olar. Ölkədə tək sədrdən ibarət partiyalar var. Onlar öz şəxsi problemlərini həll ediblərsə, bu, artıq hökumət tərəfindən həmin partiyalara münasibətdən xəbər verir”.
N.Cəfərli onu da vurğuladı ki, Azərbaycanda siyasi partiyalar haqqında yeni qanuna ehtiyac var: “Amma daha ehtiyac olan məsələ partiyaların normal funksional vəziyyətə gətirilməsi üçün proporsional seçki sisteminin bərpasıdır. Yəni proporsional seçki sistemi ölkədə partiyaların ələnməsinə, ideoloji partiyaların formalaşmasına və ümumilikdə iqtidar-müxalifət münasibətlərinə də çox ciddi müsbət təsir göstərə bilər. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna baxışla yanaşı, proporsional seçkinin bərpası daha doğru olar və bu iki məsələ bir yerdə həll olunmalıdır. Yəni proporsional seçkilər olacaqsa, bu zaman “Siyasi partiyalar haqqında” qanuna da dəyişiklik etmək lazım gələcək”.
Şamo Emin










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru