Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                 

"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam" - Partiya sədri
Tarix: 10-12-2020, 09:47 | Çap et
"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam"
Dünyada və eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son günlərdə Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı 4 min və ondan çox, virusdan ölənlərin sayı isə ortalama 40 nəfər olur. Məlum məsələdir ki, virusa yoluxan xəstələrin demək olar ki, böyük əksəriyyəti evdə müalicə almağa üstünlük verir. Ümumilikdə isə artıq xəstəxanalarda da artıq yer tapmaq, lazımi tibbi yardım almaq müşkül məsələyə çevrilib.

Mövcud vəziyyəti nəzərə alaraq hökumət dekabrın 14-dən etibarən yenidən sərt karantin rejiminin, SMS-lə icazə qaydasının tətbiq edilməsi haqda qərar qəbul edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edərək, hər kəsi özünü qorumağa, yalnız vacib olduğu halda evdən çölə çıxmağa çağırıb.

O da məlumdur ki, bir çox peşə sahibləri, həmçinin KİV-nin nümayəndələri, siyasətçilər, partiya sədrləri risk qrupundadırlar. Çünki daim ictimaiyyət arasında olur, insanlarla ünsiyyət saxlayır və sairə.

Bəs partiya liderləri özlərini koronavirusdan necə qoruyur? Kimlər özünü izolyasiya edib?

AXP sədri Pənah Hüseyn sorğumuza bu cür cavab verdi:

“Hazırda avtobusla iclasa gedirəm. Yəni mütəmadi olaraq ictimaiyyət arasındayam. Çalışıram ki, maksimum dərəcədə tibbi maska taxım, əllərimi yuyum, sosial məsafə saxlayım, karantin qaydalarına əməl edim. Hələlik ictimaiyyətdən təcrid vəziyyətində olmamışam”.

Pənah Hüseyn SMS icazənin yenidən tətbiq olunmasından da danışıb:

“Tətbiq edilən tədbirlərin koronavirus probleminə hansı dərəcədə təsir edib-etməyəcəyi barədə peşəkar mövqeyim yoxdur. Amma bir halda ki, qəbul olunur, deyilir ki, bu tədbirlər pandemiyanın artmasının qarşısını alacaq, düşünürəm ki, qaydalara əməl etmək lazımdı”r.

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, virusdan qorunmaq üçün daim qaydalara əməl etməyə çalışır: “Koronavirusla mübarizə dövlətin təhlükəsizliyi məsələsidir. Ona görə də bu məsələyə müharibəyə, təbii fəlakətlərə necə yanaşırıqsa, o cür yanaşmalı, ciddi baxmalıyıq. Təbii ki, koronavirusla bağlı dövlətin qəbul etdiyi qərarlardan əlavə hər bir vətəndaş bacardığı qədər özünü, başqalarını qorumağa çalışmalıdır.

Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam. Bacardığım qədər ictimai yerlərdən uzaq olmağa çalışıram. Həmçinin partiyanın iclaslarını videogörüntü ilə keçirmək qərarına gəlmişik".

Sərdar Cəlaloğlu da qeyd etdi ki, sərt karantin rejiminin yenidən tətbiq edilməsinin tərəfdarıdır:

“Hökumətin bu məsələdə qəbul etdiyi qərarları doğru hesab edirəm. Çünki bildiyiniz kimi, ölkədə son bir ayda koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır. Vəziyyət bu cür davam edərsə, ölkənin səhiyyə sistemi çökə bilər.

Ətrafımızda da xeyli sayda insan bu virusdan dünyasını dəyişib. Bu səbəbdən koronavirusa inanmayan artıq yoxdur. Necə ki, bir millət olaraq həmrəylik nümayiş etdirib erməniyə qalib gəldik, eləcə də koronavirusa qarşı mübarizədə birləşməliyik. Hamı hamını qorumalıdır. Yəni ya özünün, ya da başqasının naminə maska taxmalı, sosial məsafə saxlamalı, qaydalara əməl etməli, 30 gün evdə oturaraq virusun yayılma sürətinin aşağı düşməsinə kömək etməliyik. Bunun başqa cür həlli yolu yoxdur. Koronavirus probleminə ciddi yanaşmasaq həm özümüzə, həm yaxınlarımıza, həm də dövlətə ziyan vurmuş olacağıq.

Bir xəstənin müalicəsi bir neçə min manata başa gəlir. Bu həm ailə büdcəsi, həm də dövlətin iqtisadiyyatı üçün çox böyük maliyyə itkisidir.

Hazırda qarşımızda Qarabağın bərpası, verdiyimiz itkilərin yerini doldurmaq məsələləri dayanır. Vətəndaşlar bilməlidir ki, belə bir zamanda dövləti əlavə xərcə salmaq doğru deyil".

AĞ Partiya sədri Tural Abbaslı isə bu cür mövqe bildirdi:

“İlk öncə qeyd edim ki, karantin rejiminin sərtləşdirilməsi, SMS icazənin yenidən bərpa olunması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bəyanatları bir çox hallarda öz-özünü təkzib edib. Məsələn, əvvəl karantin rejiminin sərtləşdirilməsini tələb edirdilərsə, sonra qeyd etdilər ki, karantinin heç bir əhəmiyyəti yoxdur, əksinə, iqtisadi və digər problemlər yaradır. Və yaxud bir müddət qeyd etdilər ki, açıq havada maska taxmaq olar, sonra isə bildirdilər ki, olmaz. Yəni bir-birini təkzib edən müxtəlif informasiyalar verilir. Şahidi oluruq ki, hər keçən gün həm dünyada, həm də ölkəmizdə koronavirusa yoluxanların sayı sürətlə artır. Hər hansı önləyici tədbirlər də bunun qarşısını ala bilmir.

Məlum olduğu kimi, yay mövsümündə virusa yoluxmada azalma müşahidə olunurdu. Lakin havaların soyuması ilə tənəffüs yolu xəstəliklərinin artmasının fonunda virusa yoluxanların da sayı artmağa başladı. Ona görə də istər sərt, istərsə də yumşaq karantin rejimi tətbiq edilsə belə yoluxma qaçılmaz olur. Düşünürəm ki, dünya artıq qəbullanıb ki, vaksinasiya başa çata qədər bu virusdan qorunmaq mümkün olmayacaq. Yəni hər şeyi bağladıb, insanları evə təcrid etməklə heç nə əldə etmək mümkün olmayacaq. Bu baxımdan karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsinə o qədər də pozitiv baxmıram. Bununla belə, əgər qərar qəbul olunubsa, ona əməl etmək lazımdır.

Özümə gəldikdə, daima tibbi maskadan istifadə edir, əllərimi yuyur, spirtlə dezinfeksiya edir, mümkün qədər sosial məsafə qorumağa çalışıram. Lakin özümü təcrid etməmişəm, çünki fəaliyyətimizin istiqaməti buna imkan vermir. Partiya sədri olaraq mütəmadi partiya üzvləri ilə ünsiyyətdə olur, müsahibələr verir, efirlərə çıxıram. Bu baxımdan özümü təcrid etmək imkanım yoxdur. Lakin qeyd etdiyim kimi, mümkün qədər özümü qorumağa çalışıram".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru