Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                 

“İsraildə mütləq səfirlik açılmalıdır...” - deputat
Tarix: 25-12-2020, 09:10 | Çap et
“İsraildə mütləq səfirlik açılmalıdır...”
Gələn il Əfqanıstanda Azərbaycanın səfirliyi açılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevə istinadən Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin müşaviri Həmdulla Möhüb Bakı səfəri ilə bağlı öz twitter hesabında paylaşdığı statusda yazıb.

“Yeni Müsavat” xəbər verir ki, dekabrın 21-də baş tutan səfər zamanı Azərbaycan rəhbərliyi ilə iki ölkə arasında birgə müdafiə xarakterli məhsulların istehsalı və ortaq hərbi əməkdaşlıqla məsələləri müzakirə edilib. “Prezident Əliyev dedi ki, Azərbaycan 2021-ci ildə Əfqanıstanda səfirlik açacaq” - müşavir yazıb. Hər halda, buna iki ölkə tərəfindən zərurət yaranıb.

Əfqanıstan bizim Vətən savaşımızda İsrail, Pakistan kimi yanımızda olan və dəstək verən ölkələrdəndir. Qardaş Tükiyənin dəstəyi isə təbii ki, xüsusi statusdadır. İlham Əliyev də deyib ki, Azərbaycan II Qarabağ savaşında bizə dəstək olmuş ölkələri heç vaxt unutmayacaq, bu dəstəyi həmişə nəzərə alacaq. Səfirliyin açılması bu mənada Bakının Kabilə yaxşı bir jesti olacaq.

Ancaq bizim İsraildə də səfirliyimiz olmalıdır. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, dost ölkədə indiyə qədər diplomatik nümayəndəliyimiz açılmayıb. Halbuki qələbəmizdə yəhudi dövləti ilə hərbi əməkdaşlığımız, özəlliklə İsrail PUA-ları çox mühüm rol oynadı, bunun nəticəsi kimi, canlı itkilərimiz minimuma endi.

İsrail hətta müharibə ərəfəsində Təl-Əvivdə səfirlik açmış Ermənistanın Azərbaycanı silahlandırmağı dayandırmaqla bağlı tələbini rədd elədi. Nəticədə İrəvan etiraz olaraq təzəcə göndərdiyi səfiri İsraildən geri çağırdı. Erməni səfir hələ də İsrailə qayıtmayıb.

Bu gəlişmələrdən, üstəgəl, Türkiyə-İsrail diplomatik əlaqələrinin də artıq düzəlməyə getmək üzrə olmasından çıxış edərək, belə bir ehtimal irəli sürmək olar ki, gələn il İsraildə də səfirliyimiz açılacaq.

Yoxsa İran amilini yenə nəzərə almalıyıq? Halbuki Tehranla münasibətləri heç də pis olmayan İrəvan bu faktoru nəzərə almadan İsraildə səfirlik açıb, biz nəyi gözləməliyik? Baxmayaraq ki, hansısa qüvvələr Azərbaycanda İsrail əleyhinə təxribatlarla məşğuldur. Məsələn, sosial şəbəkələrdə İsrail bayrağının Gəncə sakini tərəfindən yandırılması başlığı altında görüntülər paylaşılır. Sözügedən kadrda bir şəxsin qaranlıq küçədə dua oxuyaraq İsrail bayrağını yandırması əks olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, Azərbaycanda belə bir fakt qeydə alınmayıb: “Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyəti yoxdur”.

E.Zahidov onu da qeyd edib ki, həmin videogörüntünü təxribat məqsədilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Göründüyü kimi, kimlərsə Tel-Əvivlə Bakı əlaqələrini korlamaq üçün uğursuz cəhdlər göstərir. Lakin unudurlar ki, artıq Türkiyə də İsraillə əlaqələrini yaxşılaşdırmağa çalışır, BƏƏ, Bəhreyn kimi ərəb ölkələri də yəhudi dövləti ilə barışıb, belə vaxtda Azərbaycanda hansısa antisemitizm meyllərinə qəti şəkildə yol verilə bilməz. Əksinə, Vətən müharibəsi getdiyi günlərdə tez-tez binaların balkonlarında, yollarda İsrail bayraqları görmək olardı, bu, vətəndaşların dost ölkənin dəstəyinə görə təşəkkür jesti idi. O baxımdan İsraildə səfirliyimizin açılması son dərəcə vacib və tezləşdirilməli olan məsələyə çevrilib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə Azərbaycan Əfqanıstana hər zaman dəstək verib. Deputatın sözlərinə görə, burada söhbət humanitar, siyasi dəstəkdən gedir: “Eyni zamanda Azərbaycan Əfqanıstanda sülhməramlı kimi iştirak edir. Bilirsiniz ki, beynəlxalq koalisiyanın tərkibində Azərbaycan sülhməramlıları da fəaliyyət göstərir. Həmçinin Əfqanıstanın dövlət quruculuğuna dəstək veririk. Bir neçə sahələrdə, əsasən polis, hüquq-mühafizə orqanı nümayəndələrinin burada təlim-tədrisi keçirilir. Bundan əlavə, BMT-nin Əfqanıstandakı nümayəndələrindən biri Azərbaycan diplomatıdır. O baxımdan Kabulda səfirliyin açılması əməkdaşlığın güclənməsinə kömək edəcək”.

A.Mollazadə qeyd etdi ki, eyni səfirlik mütləq şəkildə İsraildə açılmalıdır: “Bu barədə parlamentdə də çıxış etmişəm. Hesab edirəm ki, səngərdə müharibə başa çatsa da, siyasi-diplomatik müstəvidə mübarizə davam edir. Belə olan halda isə Azərbaycan öz diplomatik sistemini gücləndirməlidir, o cümlədən İsraildə səfirlik açılmalıdır. Habelə Türkiyə icmaları ilə Azərbaycan icmalarının birgə fəaliyyətinin yaxşılaşdırılmasına ehtiyac var. Bu haqda parlamentdə çıxışımda bildirmişəm ki, büdcədə xüsusi istiqamətlər tapılması vacibdir. Ona görə də silahlı qüvvələrimizin güclənməsi kimi diplomatik və informasiya sahəsində də gücümüzün artması lazımdır. İsraildə səfirliyin açılması bu mənada böyük əhəmiyyət kəsb edə bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, İsraildə səfirlik açılmasına heç bir kənar təsir mane olmur. Onun sözlərinə görə, rəsmi Bakı Tel-Əvivlə danışıqlar apararaq diplomatik korpusumuzu təsis edə bilər: “İran amili də artıq prioritet deyil. Azərbaycan qonşuları ilə tərəfdaşlığı genişləndirir, daxili işlərini başqa ölkələrlə məsləhətləşmir. Müharibə ərəfəsində və sonra da Tehran Bakıya dost münasibətini nümayiş etdirdi. O baxımdan İran faktoru nəzərə alınaraq İsraildə səfirlik açılmır yanaşmasını qəbul etmirəm. İran buna görə Azərbaycana ağır bir söz deməyəcək. Necə ki İrəvan səfirliyini açanda Tehran ermənilərə qıcıqlanmadı”.

Ekspert hesab edir ki, bu məsələnin həllində bilmədiyimiz daha ciddi nüanslar ola bilər, lakin tezliklə səfirliyin açılması lazımdır: “Bizim İsrail ictimai-siyasi həyatında, mətbuatında, diaspora işində fəaliyyətimizi gücləndirmək üçün səfirliyimiz olmalıdır. Bu ölkə bizə hər zaman isti münasibət sərgiləyib, hər hansı anlaşmazlıq yoxdur və elə bilirəm ki, yaxın vaxtlarda səfirlik məsələsi həllini tapacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru