AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                 

"Əldə etdiyimiz tarixi qələbəyə kölgə salacaq fikirlər işlətmət doğru deyil" - Partiya sədri
Tarix: 25-12-2020, 10:14 | Çap et
"Əldə etdiyimiz tarixi qələbəyə kölgə salacaq fikirlər işlətmət doğru deyil"
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Reyting.az-a müsahibə verib. Azərbaycan Milli Azadlıq Hərəkatının əsas simalarından olmuş N. Pənahlının müsahibəsini təqdim edirik:

- Nemət bəy, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu düşməni diz çökdürdü. Sonradan üçtərəfli saziş imzalandı, Rusiya sülhməramlıları Qarabağa daxil oldu və nəticədə Ağdam, Kəlbəcər, Laçın Azərbaycana döyüşsüz qaytarıldı. Siz müharibə və onun nəticələrini necə qiymətləndirirsiniz?

- Azərbaycan tarixi qələbə qazanıb. Ordumuz dünya hərb tarixində misli görünməyən, bəşəriyyətə örnək olacaq bir səlnamə yazdı. Əlbəttə, müəyyən qüvvələr hay-küy salır ki, Azərbaycan işğal edildi, rus ordusu qayıtdı və s. Mən onlara sual verirəm: rus ordusu oradan çıxmışdı ki, qayıda da? Həmin əraziləri rus işğal edib erməniyə vermişdi. Yəni ərazinin 30 il müddətində erməninin işğalı altında olması ilə rusun nəzarəti altında olmasının fərqi yox idi. Faktiki olaraq Ermənistan özü Rusiyanın nəzarəti altındadır. Bu mənada əldə etdiyimiz tarixi qələbəyə kölgə salacaq fikirlər işlətmət doğru deyil. Bu tarixi qələbəni qiymətləndirmək lazımdır.

Zamanında Ələmşahı məhv etdilər ki, gedib Qarabağı alıb, sonra gəlib bizi yıxacaq. Eləcədə Sürəti arxadan vurdular və s. Bunlar bizim gözümüz qarşısında olub. Bu mənada mən tarixi qələbəmizə kölgə salmaq niyyəti ilə deyilən fikirlərə bəraət qazandıra bilmirəm.

Əlbəttə, Azərbaycanda bütün milli qüvvələr və xalqımız istəyər ki, Qarabağda rus ordusu olmasın, gedib Xankəndində bayrağımızı sancaq. Ancaq buna rəğmən biz tarixi uğur qazanmışıq. Bu, Azərbaycan xalqının yüz illərlə gözlədiyi uğurdur.

Azərbaycan Ordusu da özünü sözün əsl mənasında nümayiş etdirə bildi.

Açığı, biz hər zaman türk ordusu ilə fəxr etmişik, ona həsrətlə baxmışıq. İndi bizim ordumuza da hər kəs həsədlə baxır. Odur ki, Qarabağ uğrunda Vətən müharibəsində millətimizin göstərdiyi həmrəylik, mütəşəkkillik, dövlət-xalq-ordu vəhdəti ilə qazanılan zəfəri danmaq olmaz.

- Təmas xəttinə yerləşdirilən rus sülhməramlılarını gələcəkdə nə dərəcədə təhlükə hesab edirsiniz?

- Ən azı rus ordusu Qafqaza gələndə Azərbaycana faciə gətirib. Azərbaycanın bütün faciələri rus imperalizmi ilə bağlıdır. Bunu da unutmamalıyıq. Necə ki 1990-cı illərin əvvəlində Qarabağ Komitəsini yaratdılar, sonra Qarabağın idarəçiliyi Azərbaycandan alınaraq Moskvaya verildi, daha sonra o dövrün Rusiya siyasətinin nəticəsi olaraq rus hərbçiləri Qarabağı işğal edib ermənilərə verdilər. Biz bunu unutmamalıyıq. Amma indiki vəziyyət bəzilərinin dediyi qədər təhlükəli də deyil.

Rus ordusunun o ərazilərdən çıxdığı və indi qayıtdığı haqda fikirlərə də qatılmıram. Amma biz millət və dövlət olaraq ehtiyatlı olmalı, imkan verməməliyik ki, sülhməramlılar ərazimizdə at oynatsın.

Bizim həm də üstün tərəfimiz odur ki, hazırda Azərbaycan Ordusu 1990-cı illərin ordusu deyil. Kifayət qədər yüksək və peşəkar zabit kadrlarımız, yaxşı ordumuz var.

İkincisi, arxamızda dünyada sayılıb-seçilən Türkiyə kimi dövlət və onun ordusu durur. Ona görə də, məsələləri bədbinlik üzərində təqdim etmək düzgün deyil.

Qarabağ savaşı başlayandan gecə-gündüz həssaslıqla bu prosesi izləyirəm. Ananın övladı şəhid olub evinə gətirilir, amma ana deyir ki, Qarabağ alınıb və mənim övladımın qanı yerdə qalmadı. İndi kimlərsə “ay rus gəldi, Qarabağ işğal edildi”,- kimi fikirlər yayanda şəhid analarını nəzərə alırmı? Belə iddialar səsləndirənlər bir sıra məqamları nəzərə almalıdır.

- Türkiyədən 60 nəfərlik hərbi personal gəlib, onlar Ağdamda Monitorinq Mərkəzində prosesləri izləyəcək. Siz bu məsələyə necə yanaşırsınız?

- Bəli, türk ordusu burada olmalıdır. Əslində mən türk ordusu ilə bizim ordumuza heç zaman fərq qoymamışam. Biz millət və dövlət olaraq əsrin əvvəllərində milli dövlət quranda məhz türk ordusunun hesabına bunu etmişik. Ənvər Paşanın göstərişi, Nuru Paşanın rəhbərliyi olmasa və İslam ordusu Azərbaycana gəlməsəydi Bakı erməni daşnakların və rus bolşeviklərin əlində qalacaqdı.

Əsrin əvvəlində qurulan dövlətimizin təməlini də türk ordusu qoyub. Mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü var. Mənsə hesab edirəm ki, biz Türkiyə ilə bir millət, bir dövlət kimi çıxış etməliyik. Onda dünyanın super gücünə çevriləcəyik.

Bu gün bəzi qüvvələr çalışır ki, Türkiyə ilə Rusiyanın arasını vursunlar. Mənim Rusiyaya münasibətimi Azərbaycan xalqı, dünya bilir. Mən heç vaxt ruspərəst olmamışam. Ancaq erməni rusdan istifadə edərək ərazilərimizi işğal edib, bizə faciələr yaşadıb. İndi ən azı Rusiyanın neytrallaşdırılması və Türkiyə ilə əməkdaşlığı bizim xeyrimizədir. Burada ən çox udan bizik.

- Demək istəyirsiniz ki, Azərbaycanda türk ordusu olmalıdır?

- Bəli, olmalıdır. Burada türk ordusunun olması Azərbaycanın dövlətçiliyinə, müstəqilliyimizin əbədiliyinə qarantdır.

- Zəngəzur dəhlizi haqqında müxtəlif fikirlər və yanaşmalar irəli sürülür. Sizcə, bu dəhliz açılacaqmı?

- Qarabağ savaşı başlamazdan əvvəl demişəm ki, yeganə çıxış yolu müharibədir, müharibəyə başlasaq qalib gələcəyik. Əlavə etmişəm ki, Rusiya, Amerika, Fransa boş şeydir, müharibənin başlaması bizim qələbəmizdir. Qarabağın işğaldan azad edilməsinə mənim heç vaxt zərrə qədər də şübhəm olmayıb. Ancaq qeyd etmişəm ki, əsas qələbəmiz Zəngəzur məsələsinin həll edilməsidir. Çünki Zəngəzur məsələsi türk-turan yoludur. Yəni türk dünyasının bütövləşməsidir, Naxçıvanla Azərbaycanın bütövləşməsidir, gələcəkdə vahid Azərbaycan dövlətinin qurulması üçün atılan addımdır. Yəni Zəngəzur yolunun aıçılması, müharibədəki qələbəmizdən az əhəmiyyət kəsb etmir.

- Sizcə, bu dəhliz açılacaq?

- Mütləq açılacaq. İnşallah, Zəngəzur da tam şəkildə Azərbaycana qaytarılacaq. Biz Zəngəzuru da, Göyçəni də geri qaytaracağıq. Mənim buna inamım böyükdür. Fakt budur ki, qərar qəbul edilib və bu yol açılacaq.

- Biz Zəngəzur və Göyçəni necə ala bilərik, yenidən müharibə edəcəyik?

- Birincisi, beynəlxalq hüquq normalarına əsasən referendum keçirmədən bir dövlətin ərazisi başqa dövlətə verilə bilməz. Biz müstəqillik əldə etdikdə özümüzü Demokratik Respublikanın varisi elan etmişik. Bütün dünya dövlətləri, BMT başda olmaqla beynəlxalq qurumlar da Azərbaycanı Milli Demokratik Respublikanın varisi kimi tanıyıb. Milli Demokratik Respublikanın isə 129 min kvadrat kilometr ərazisi olub. Ermənistanla bizim sərhədimiz Göyçə gölünün ortasına düşür. Bu baxımdan beynəlxalq hüquq normlarına görə Zəngəzur, Göyçə Azərbaycanın ərazisidir. Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu zaman da bu ərazilər bizim olub, amma SSRİ dağıldıqda bu ərazilər bizdə olmayıb. Çoxları elə bilir ki, Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu zaman bu ərazilər ermənilərə verilib. Bu, yanlışdır. Bu ərazilər 1929-cu ildə Ermənistana verilib, özü də bir erməninin imzası ilə. Həm də, heç bir hüquqi və qanuni əsası olmadan Zəngəzur Ermənistana verilib.

Hələ müharibə başlamazdan bir müddət əvvəl Putinin məşhur bir çıxışı var idi. Açıq deyirdi ki, hansı respublika SSRİ tərkibinə hansı ərazi ilə daxil olubsa, həmin ərazi ilə də çıxmalı idi. Azərbaycan SSRİ tərkibinə Zəngəzurla daxil olub, amma Zəngəzursuz çıxıb...

- Biz bu əraziləri necə geri ala bilərik?

- Mənim qeyd etdiyim işin hüquqi tərəfidir. Gələk faktiki tərəfinə. Beynəlxalq hüquq normaları əsasında Ermənistana qarşı təzminat qaldıra bilərik. Bizim viran qoyulan kəndlərimiz, şəhərlərimiz, tar-mar edilən milli sərvətlərimiz, on illər boyu bizsiz əkilən 100 min hektarlarla əkin sahələrimiz var. Bunun kompensasiyasını tələb edə bilərik. İlkin hesablamalara görə, ermənilər bizə 10 milyardlarla ziyan vurub. Bəziləri 50, bəziləri 70 milyard dollarlıq zərər vurulduğunu deyir. Mən hesab edirəm ki, ermənilərin bizə vurduğu ziyan 100 milyarddan çoxdur. Bu mənada, Ermənistan 500 ilə də bu kompensasiyanı ödəyə bilməz. Bu halda biz təzminat əvəzinə torpaqlarımızı geri qaytara bilərik. İstənilən variantda - beynəlxalq hüquq norması, ilahi ədalət, tarixi ədalət bizim tərəfimizdədir.

Mənim Qarabağda, Xankəndində dövlət bayrağımızın dalğalanmasına, Dağlıq Qarabağın Azərbaycanın siyasi hakimiyyətinə qayıdacağına zərrə qədər şübhəm yoxdur. Odur ki, cəmiyyət olaraq əsas hədəfimiz Zəngəzurun, Dərələyəzin və Göyçənin qaytarılması olmalıdır. Bunların da geri qaytarılmasının bir yolu Ermənistana qarşı beynəlxalq təzminat davası açmaq, onu qazanmaq və təzminatın əvəzinə bu əraziləri əldə etməkdir. Hesab edirəm ki, Zəngəzurun geri qaytarılması xülya, xəyalpərəstlik deyil, reallıqdır. Biz bunu edə bilərik. Bunun üçün bizim dövlətimizin, xalqımızın güclü olması, millətimizin birliyi lazımdır. Əminəm ki, Türkiyənin də dəstəyi sona qədər olacaq.

- Rusiya-Türkiyə yaxınlaşması müşahidə edilir. Bəs, bu iki ölkə arasında günün birində qarşıdurma ola bilərmi?

- Türkiyə ilə Rusiya əməkdaşlığının güclü olmasından biz qazanacağıq. Bizdə Jrinovskinin dedikləri diqqətlə izlənilir. Jurnalistlər, siyasətçilər, ictimai-siyasi xadimlər təbii olaraq Rusiyada və digər ölkələrdə Azərbaycanla bağlı fikirləri izləyirlər. Bizim bəzi Jrinovski sayağı siyasətçilər də gərək, fitnəkarlıqla məşğul olmasınlar.

Bu saat Rusiya ilə Türkiyənin arasını vurmaq ancaq erməninin marağındadır. Erməni heç vaxt bizə qalib gəlməyib və bu iqtidarda da olmayıb. Erməni rusun əli ilə bizə qalib gəlib. İndi erməninin bütün oyunu odur ki, yenidən rusa yaltaqlanmaqla özünü bərpa etsin. Təəssüflər olsun ki, bizim öz jirinovskilərimiz də bəzən buna xidmət edirlər. Mən bunu deyərkən hay-küy salanları nəzərdə tuturam. Hansılar ki, deyirlər, rusu buradan çıxarmaq lazımdır, bizim düşmənimizdir. Amma elə şeylər var ki, siyasətdə deyilməməlidir. Məncə, bunu bildikləri halda, bilərəkdən deyənlər ermənilərin maraqlarına xidmət edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru