AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                 

Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik? - Deputatdan ETİRAZ
Tarix: 30-12-2020, 09:01 | Çap et
Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik?
Rusiya sülhməramlıları Qarabağda nəzarət altında saxladığı ərazilərimizdə ermənilərin terror əməllərinin qarşısını ala bilmir. Son günlər terrorçuların Hadruta hücumu və nəticədə şəhidlərimizin olması vəziyyətin gərginliyindən xəbər verir. Görünən odur ki, 44 günlük müharibə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşsa da, Qarabağ tam azad olunmayıb. Və diplomatik qələbə isə sülhməramlıların öz missiyasını doğru-düzgün icra etməsinə bağlıdır.

Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən deputat Aqil Abbas maraqlı nüanslara diqqət çəkib.

- Aqil müəllim, son məlumatlara görə Hadrut ərazisindəki meşələrdə erməni diversantlara qarşı antiteror əməliyyatları aparılır. Şəhid və yaralımızın olduğu deyilir. Bu məlumatlara əsaslansaq, Qarabağdakı vəziyyəti necə təhlil edərdiz?

- Qarabağda - Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran bizim nəzarətimizdən kənarda qalıb. Allah qoysa əhalimiz ora köçəndən sonra vəziyyət başqa cür olacaq. Üçtərəfli bəyanata əsasən də, qaçqın-köçkünlərimiz öz yerlərinə qayıtmalıdır. Bir məsələni qeyd etməliyəm. Mən Kolanlılıyam. Təkcə Ağdərədə -Umudlu, Sırxavənd, Narıclı, Ballıpəyədə bizim kolanlı camaatı yaşıyırdı. Kolanlı camaatı ölümünə vuruşan camaatdır. Yəni onların olduğu yeri heç bir düşmən basa bilməz. O vaxt da camaatımız axıra qədər vuruşmuşdu. Sadəcə olaraq, vahid komandanlıq olmadı. İndi vəziyyət başqadır, xalq olaraq Ali Baş Komandanın ətrafında vahid bir güc kimi birləşmişik. Heç bir güc bu xalqın qarşısında dayana bilməz. Bir sözlə, bu gün Xocalıya xocalılar köçməlidir. Eləcə də digər rayonlardan olan vətəndaşlarımız öz yerlərinə - Stepanakertə (Xankəndi), Kərkicahana köçməlidirlər. Mən ona görə “Stepanakert” dedim ki, biz hələ o yeri silahlılardan azad etməmişik. İnşallah bu da olacaq. Azərbaycanımın hər bir yerində qanunlarımız işləyəcək. İndi Hadrutda belə bir hadisə olub, erməni silahlıları ondan əvvəl də belə cinayətlər törətmişdilər. Əsas məsələ odur ki, heç bir ölkə terrorçularla dialoqa getmir. Terrorçular məhv edilməlidir. Vəssalam! Təəssüf ki, bizim əsgərlərimiz humanistlik edib terrorçuları əsir götürüb göndərirlər Bakıya, Bakı da verir sülhməramlılara. Qarabağda olan o “əti ətimizdən, qanı qanımızdan” olan sülhməramlı var ey, Muradov, o da göndərir “Stepanakertə”. Onlar da təzədən əlinə silah verib göndərir üstümüzə. Erməni terrorçuları meşələrdə gizlənib. PKK-nın bir döyüş taktikası var və bunu yaxşı bilirlər. Belə qüvvələr Türkiyədə də var. O qruplar meşələrdə döyüşməyi, tunel qazıb içində gizlənməyi yaxşı bilirlər. İnşallah onları məhv edəcəyik.

- Niyə sülhməramlılar vəziyyətə nəzarət edə bilmir?

- Qarabağda sülh yaratmaq istəyən rus sülhməramlıları öz boyunlarına düşən vəzifəni yerinə yetirmirlər. Üçtərəfli bəyanatda da göstərilir ki, silahlı qüvvələr regiondan təcili olaraq çıxarılmalıdır. Amma əksinə, ruslar terrorçuları silahlandırırlar. Dünən məlum oldu ki, Ermənistandan Qarabağa hətta silah da gətirilir. Bir sözlə, sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər. Heç buna cəhd də göstərmirlər. Çünki onlara lazımdır ki, Qarabağda konflikt olsun və bunu bəhanə edib orada qalsınlar. Amma biz də bir-iki “Bayraqdar” qaldırarıq və onları tam məhv edərik. Məsəl var, deyir “qoy ayağıma yer eləyim, gör sənə neyləyirəm”. Darıxmayaq, qoy o yerlərimizə köçək, orda oturaq, duraq, həmin torpaqlarımızda hər işimizi möhkəmlədək, ondan sonra o sülhməramlılar da birliyimizi, gücümüzü görüb rədd olub gedəcəklər.

- Aqil müəllim, siz də qeyd etdiniz ki, müharibədən sonra da erməni terrorçularının Azərbaycanın işğaldan azad edilən rayonlarına hücumları, şəhidlər verməyimiz birinci dəfə deyil, bundan əvvəl də belə hadisələr olub. Sülhməramlıların nəzarətində olan ərazidə erməni terrorunun bu dərəcədə azğınlaşmasına səbəb və vəsilə olan nədir?

- Müdafiə Nazirliyi öz vəzifələrini yerinə yetirə bilmir. Ona görə ki, Müdafiə Nazirliyinin elə Mətbuat Xidməti var ki, dünən səhər 3:30-da olan hadisə ilə bağlı, bu gün səhər 12-də münasibət bildirir. Ona qədər də ölkə “dağılır”, sosial şəbəkələr “dağılır”...

- Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran kimi yaşayış məntəqələrinə Azərbaycan vətəndaşlarının daxil olması niyə hələ də problemdir. Mövcud maneələrin saxlanılmasında məqsəd nədir?

- Niyə biz Şuşaya Füzulidən 120 kilometr yol çəkməliyik? Bizim Ağdamdan Şuşaya 37 kilometrdir. Və ikinci, bizim Ağdamdan Kəlbəcərə təxminən 82 kilometrdir, amma ora Murovdan yol çəkilir, niyə Ağdərədən getməməliyik? Bu faktı sizə dəqiq deyirəm: Ağdam ərazisində Xoramuz kəndi var, ermənilər yaşayır. Onlar gərək Əsgərandan gəlib, Ağdamdan keçib gedələr. Necə olur ki, ermənilərə orda şərait yaradılır və onlar Ağdamdan Xoramuza gedə bilirlər, amma mənə şərait yaratmırlar ki, Ağdamdan qısa yolla Şuşaya gedim? Ya da Ağdərədən keçib Murova gedim. Mən Murovun yollarını görmüşəm. O yollarda hər an qəza hadisəsi olur. Balaca bir asfalt yoldur, maşın hər an aşa bilər. Niyə mən ora Ağdərədən getməyim? O cümlədən mən niyə Əsgərəna keçib Xocalıma, Laçınıma getməyim? Dövlət birinci növbədə bunu həll etməlidir.

İkinci, guya Xocalıda ev tikirsən, guya infrastruktur yaradırsan, niyə xocalılar Xocalıya köçürülməməlidir. Qardaş 30 min 40 min ermənini qaytarırsız bizim o yerlərə, qaytarın, amma bizi də öz kəndimizə qaytarın. Bizim cammatımız ora qayıtmaq üçün ölürlər.

- Niyə bizə o imkan yaradılmır?

- Qoy bir ayağımıza yer eliyək, sonra bu da olacaq. Elçibəy demiş, hər şeyin zamana ehtiyacı var.

- Fransanın iştirakı ilə ATƏT-in Minsk Qrupu yenidən bərpa oluna bilərmi?

- Makron kimdi? Parlamentdə dedim. Deputatlar dedi ki, Fransa ATƏT-in Minsk Qrupundan çıxmalıdır. Mən də dedim ki, ATƏT yoxdur, gorbagor olub. İndi həmcinslərə evlənməyə icazə verən ölkədir də, qoy deyir desin. Nə bilim vallah, ayrı cür danışardım, day danışmıram. Prezident də dedi, ATƏT yoxdur, cəhənnəmə gora gedib.

- 44 günlük müharibə qələbə ilə bitsə də, Rusiya sülhməramlılarının nəzarətində olan regionda göründüyü kimi vəziyyət gərgin olaraq qalır. İkinci vətən müharibəsi başlaya bilərmi?

- Müharibə olmayacaq. Ən böyük ehtimalla terrorçulara qarşı əməliyyatlar aparılacaq. Terrorçu məhv edilməlidir. Terrorçu ilə danışıqların aparılması mənasızdır. Heç bir ölkə bizim antiterror əməliyyatları aparmağımıza qarışa bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru