1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                     Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik .....                     Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                 

“Görünür, erməni problemi hələ davam edəcək” - deputat
Tarix: 5-01-2021, 08:10 | Çap et
“Görünür, erməni problemi hələ davam edəcək”
“Bəzən Co Baydenin ABŞ Prezidenti seçilməsi dünyada hər şeyin yenidən başlayacağı kimi qiymətləndirilir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verənlər yaranmaqda olan yeni dünya nizamı ilə daha çox əlaqədardır və bu, beynəlxalq münasibətlərin çoxsaylı iştirakçılarının davranışları ilə bağlıdır. Ona görə də rasional baxsaq, görəcəyik ki, ABŞ da supergüclərdən biri kimi bu prosesin içtirakçılarından biridir”.

Bunu AYNA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. “Ancaq şübhəsiz ki, daha çox təsir imkanlarına sahib olan iştirakçılardandır. Çünki hazırda 2001-ci ildən 2011-ci ilə qədər davam edən monopolyar dünya nizamı artıq ciddi şəkildə dəyişib. ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyası adı altında monopolyar, yəni təkqütblü bir dünya nizamı yaratmağa çalışdı və 2011-ci ildən sonra Yaxın Şərqdə baş verənlər göstərdi ki, bu, o qədər də asan məsələ deyil”, - o bildirib.

Babaoğlunun fikrincə, Co Bayden bütün bu proseslərin bu və ya digər səviyyədə iştirakçısı olmaqla, ABŞ-ın yaratdığı köhnə siyasi mirasdan gəlir: “Yəni, Bayden dövrü yeni-köhnə, yaxud yenilənmiş köhnə olacaq. Hazırda onun siyasi komandasının daxili aktorlarının kimlərdən ibarət olması da bunu təsdiq edir. Azərbaycan və Türkiyə məsələsinə gəldikdə isə, bu iki müttəfiq dövlətin gücü və beynəlxalq münasibətlərdə oynadığı rol artıq əvvəlki vaxtlardan kordinal şəkildə fərqlənir və bu yeni reallığı hamı nəzərə almalı olacaq”.

“ABŞ-ın yeni Prezidentinin Qarabağ və erməni məsləsi ilə bağlı mövqeyi hələ onun senator olduğu dövrlərdən çox aydındır və mən bu məsələyə toxunmaq istəmirəm. Çünki artıq Qarabağ problemi yoxdur. Ancaq erməni problemi var və bu, görünür, hələ davam edəcək. Bu da onunla əlaqədardır ki, ermənilər, əslində isə haylar Qafqaza gəlmə olduqları üçün özlərini yerli etnolandşaftın bir parçası kimi hiss edə bilmirlər. Ona görə də daim problemlər yaradır, sonra da kənar qüvvələri bura dəvət etməklə onu həll etməyə çalışırlar. Məhz bu səbədən regional əməkdaşlıq və inteqrasiya son 200 ildə həmişə natamam qalır”, - deputat vurğulayıb.

Müsahibimiz hesab edir ki, 2009-cu ildə ABŞ-ın və Avropa İttifaqının (Aİ) təşəbbüsü və təşviqi ilə Sürixdə imzalanan protokolların bir nəticə verməməsi də bununla əlaqədardır: “2008-2009-cu illərdə, hətta “futbol diplomatiyası” kimi xatırladığımız bir diplomatik fəndə də əl atdılar. O zamankı Türkiyə və Ermənistan prezidentləri Abdullah Gül və Serj Sarkisyan qarşılıqlı olaraq hər iki ölkədə futbol matçı izlədilər, ancaq bunun da bir xeyri olmadı. İndi hər nə qədər regionumuzda tərəfdaşlıq üçün yeni imkanların yarandığını desək də, Ermənistanın aqressiv davranışları ucbatından bunun baş tutması mümkün olmaya da bilər. Çünki Ermənistan ilk növbədə tərəfdaş olacağı ölkələrə qarşı süni iddialardan əl çəkməli, birgəyaşayış və əməkdaşlığa hazır olduğunu nümayiş etdirməlidir”.

“Yəni, ilk növbədə bundan sonrakı mərhələdə Azərbaycanda yaşayan erməni icmasına hər hansı statusun verilməsi fikrindən birdəfəlik və həmişəlik əl çəkməlidir. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə Ermənistanın Baş naziri bu məsələni yenidən qaldırdı. Baxmayaraq ki, o, üçtərəfli bəyanatda öz imzasıyla təsdiq etmişdi ki, heç bir statusdan söhbət gedə bilməz. İkincisi, 30 il ərzində işğal altında saxladığı torpaqlara və vurduğu ziyana görə təzminat ödəməlidir. Azərbaycana qarşı hərbi cinayət törətmiş cinayətkar ünsürlərin cəzalandırılması istiqamətində bizimlə əməkdaşlıq öhdəliyi götürməlidir. Xocalı soyqırımını tanımalı və buna görə rəsmi üzr istəməlidir. Eyni zamanda, imzalanacaq mümkün sülh sənədində Azərbaycana qarşı heç vaxt ərazi iddiasında olmayacağını təsdiq etməlidir”, - deyə Milli Məclis üzvü söyləyib.

O, digər bir məsələnin qardaş Türkiyə ilə bağlı olduğunu qeyd edib: “Ermənistan 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımalı, 1915-ci il hadisələri ilə bağlı yalançı “soyqırımı” iddiasından əl çəkməli, konstitusiyasından Türkiyəyə qarşı ərazi iddialarını götürməli, gerbindən qardaş Türkiyənin suveren sərhədləri içərisində yer alan Ağrı dağının rəsmini çıxarmalıdır. Bunlar yalnız normal əməkdaşlığı təmin edəcək şərtlərin bir hissəsidir. Ermənistan adı ərmən-qıpçaq türklərinin tarixən yaşadığı və bizim əcdadlarımız olan türk etnik qrupların aborigeni olduğu və öz adını verdiyi etnocoğrafiyanın adıdır. Bütün tarixi mənbələrdə bu ərazi Ərməniyyə kimi qeyd edilir və hamı elə bilir ki, söhbət indiki ermənilərdən gedir. Bu isə tarixi yaddaşda dolaşıqlıq və ziddiyət yaradır. Üstəlik, ərmən-qıpçaqların, yəni Qafqaz albanlarının bir qismi xristian türklər olduğu üçün bu cür davranış bizim milli-tarixi mirasımıza da ermənilərin sahib çıxmasına səbəb verir. Bütün bu dolaşıqlıqlar vaxtilə haylar Qafqaza köçürülən zaman Çar Rusiyası tərəfindən xüsusi hesablanaraq planlaşdırılmışdı. Ona görə də 200 ildir biz əcdadımızın yaratdığı xristian mirasımıza sahib çıxa bilmirik”.

“Halbuki, həmin dövrün ibadət dili türkcədir. Məhz bu səbəbdən də ermənilərə ötən əsrin 20-ci illərində dövlət qurularkən, onun adı gah Ararat Respublikası, gah digər başqa adla adlandırıldı. Sonradan onlara xatırladıldı ki, siz türk-ərmən coğrafiyasında məskunlaşdırılıbsınız və sizin dövlətin adı Ərməniyyə, yəni Armeniya olmalıdır ki, bu torpaqların qədim sakinləri olduğunuzu sübut etmək mümkün olsun. Ona görə də hazrda bütün dünya bu qondarma ölkəyə Armeniya, yəni Ərməniyyə, biz isə həmin məzmunu ifadə edən Ərmənistan deyirik. Ancaq ermənilər öz ölkələrinə öz dillərində Hayastan deyirlər və bu, çox doğrudur. Çünki erməni adı onlara aid olmadığı üçün onu mənimsəyə bilmirlər. Elə dillərinə də hay dili deyirlər. Haylarla bağlı isə son 200 ilədək Qafqazda heç bir izə rastlanmır. Ona görə də ermənilər bizim tarixi torpaqlarımızda qurulub onlara verilən dövlətin adını dəyişib Hayastan qoymalıdırlar ki, bu tarixi-siyasi və mənəvi ziddiyyət aradan qalxsın. Bax, ona görə də məsələ bir xeyli mürəkkəbdir və biz heç yerə tələsmirik. Tarixi zəfər əldə etmişik, ərazi bütövlüyümüz bərpa olunub və haylar nə vaxt mövcud reallığı düzgün qiymətləndirib rasional düşünməyi bacaracaqlarsa, yalnız o vaxt hərtərəfli əməkdaşlıq mümkün olacaq”, - deyə Babaoğlu fikrini yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru