"Vasif Talıbov siyasətçi deyildi..." – Sərdar Cəlaloğlu
Tarix: 20-01-2023, 08:43 | Çap et
Ötən ilin sonlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanın Gömrük Komitəsində əməliyyat keçirərək qaçaqmalçılıq və milyonlarla vəsaitin mənimsənilməsi faktını ortaya çıxardı. Eləcə də, digər qurumlarda. Daha sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən kənarlaşdırıldı. Muxtar Respublikaya Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Naxçıvan gündəmi ilə bağlı suallarımızı ADP sədri Sərdar Cəlaloğlu cavablandırır. DİA.AZ müsahibəni təqdim edir:
– Naxçıvanda Ali Məclisin keçmiş sədri Vasif Talıbovun vəzifədən kənarlaşdırılması və bir çox şəxsin dövlətin milyonlarla vəsaitini mənimsəməkdə ittiham olunaraq istintaqa cəlb edilməsi məlumdur. Bu bölgənin gələcək taleyi üçün hansı yeniliklər hazırlayır?
– Vasif Talıbov vəzifədən kənarlaşdırılıb və Prezident Naxçıvan Muxtar Respublikasının idarəçiliyini özünün nəzarətinə götürüb. Düşünürəm, orada baş verənlər təkcə iqtisadi cinayətkarlıq deyil, həmçinin siyasi məsələlərdir.
– Vasif Talıbov dönəmi Naxçıvana nə verdi və ondansonrakı addımlar necə olmalıdır?
– Əslinə baxsaq Vasif Talıbov siyasətçi deyildi. Onun vaxtında orada müşahidə olunan əsas iki məsələ diqqəti cəlb edib. Birincisi, yaxşı mənada Naxçıvanda ideal bir təmizlik yaradılmışdı. İkincisi, Naxçıvanda yun şəbəkəsi və digər infrastruktur istiqamətində çox ciddi işlər görülmüşdü. Amma bunların da arxasında, təbii ki, Vasif Talıbovun və onun adamlarının milyardlarla pul qazanması dururdu. Yerdə qalan məsələlər xalqın, dövlətin, millətin əleyhinə olan məsələlərdir.
Talıbovdan sonra atılacaq addımlara gəlincə, Naxçıvan Azərbaycan Dövlətinin suverenliyinə qaytarılmalıdır. Faktiki olaraq orada əhalinin işlə təmin edilməsi, sosial hüquqların bərpası təmin edilməlidir. Son 30 ildə orada kimlərin əmlakı əlindən alınıbsa, kimə qarşı ağır cinayətlər törədilibsə, hamısının haqqı bərpa olunmalıdır.
– Naxçıvanda bu günədək baş verənlər və hazırda məlum istefa və həbslərin səbəbi nədir? Naxçıvan əhalisi məlum idarəçilik sistemində hansı hüquq pozuntuları, yaxud əksinə, hansı üstün həyatla təmin olunmuşdu?
– Naxçıvanda indiki hadisələrin səbəbi Türkiyə Dövlətinin birbaşa müdaxiləsi ilə baş verib. Naxçıvandakı məlum hadisələrin Azərbaycan Dövlətinin, həm də Türkiyə Dövlətinin maraqlarına zidd olması, eləcə də Zəngəzur yolunun Naxçıvandan təhlükəsiz keçməsi ilə bağlı müəyyən narazılıqlar olub. Eyni zamanda, Naxçıvan rəhbərliyinin İran və Rusiya ilə separatçı, gizli əlaqələrinin olduğunu ehtimal edirəm. Həbslər isə oradakı hakimiyyət dəyişikliyinə qeyri-siyasi don geyindirmək məqsədi güdür. Bir səbəb budur.
Digər məsələ; Naxçıvanda istintaq altında adamların əmlaklarını qeyri-qanuni əllərindən alıblar, sökdürüblər, insanların haqları pozulub....
– İnsanlar arasında Naxçıvan, az qala, “Bir qalanın sirri” filmindəki “Simnar xanın Qanlı qalası” kimi xatırlanırdı. Belə fikirləri yaradan səbəb nədir?
– Naxçıvan anklav ərazi idi və Azərbaycanla əlaqələri kəsilmişdi. Bir tərəfdən İran, digər yandan da Ermənistanla həmsərhəddir. Təbii ki, son 30 ildə Naxçıvanla bağlı informasiyanın ötürülməsinin qarşısı alınıb və Naxçıvanla bağlı məlumatların Azərbaycan xalqına çatdırılmaması ona gətirib çıxarmışdı ki, doğrudan da Naxçıvan “Sirli Qala” şəklini alırdı. İnsanlar orada nə baş verdiyindən, hansı proseslərin getdiyindən məlumatsız idilər. Xüsusən müəyyən qrup naxçıvanlının Azərbaycan hakimiyyətində təmsil olunması belə bir illüziya yaratmışdı ki, Naxçıvan camaatı Azərbaycanın əsas hissəsindən yaxşı yaşayır. Əslində, Azərbaycanda insan hüquqlarının pozulması ən çox Naxçıvanda baş vermişdir.
– Bir naxçıvanlı olaraq, siz əvvəllər Naxçıvana gedəndə orada qəbul etmədiyiniz hansı çətinliklə qarşılaşırdınız, hansı problemlər mövcud idi?
– Naxçıvana gedəndə ən çox diqqətimizi çəkən məsələ insanların həddən artıq qorxu içində yaşamaları idi. İnsanların öz hüquqlarını müdafiə etməkdən çəkinmələri, ümumiyyətlə, yaşamaq üçün heç bir şəraitin yaradılmaması və əhalinin böyük bir hissəsinin Naxçıvanı tərk etməsi daha çox diqqət cəlb edib. Bu məsələlər olduqca ciddi problemlər yaradırdı. Xüsusən də ailələrin dağılması, əxlaqi, mədəni mühitin məhv edilməsi, tarixin məhv edilməsinə aparırdı. Yəni mən orada yüzlərlə problemi müşahidə edirdim. Dəfələrlə bu barədə çıxışlarımız olub. Təəssüf ki, bu çıxışlarımıza heç kəs məhəl qoymurdu.
– Naxçıvanın idarəetməsi Azərbaycanın digər bölgələrindən nə ilə fərqlənirdi?
– Naxçıvanda idarəetmə parlament üsulu idi, Azərbaycanda isə Prezident idarəetmə üsuludur. Bu, əsas prinsipial fərq idi. Bu da ona imkan verirdi ki, Naxçıvanda Azərbaycandan tamamilə fərqli bir idarəetmə sistemi olsun.
– Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın taleyi necə olacaq?
– Zəngəzur dəhlizi açılacağı və həmin yol işləyəcəyi təqdirdə Naxçıvanda çox ciddi iqtisadi yüksəliş olacaq. Ən azı, həmin yolun ətrafında infrastruktur yaradılacaq, əhali orada bu və ya başqa şəkildə xidmət sahələrində fəaiyyət göstərəcək. Eyni zamanda, həmin yol Naxçıvan ərazisindən keçdiyinə görə, onun büdcəsinə torpaqhaqqı olaraq gəlir daxil olacaq. Naxçıvanda ticarət genişlənəcək, Naxçıvan özü bir logistika mərkəzi olacaq. Naxçıvandan sonra, artıq Avropaya gedən yol açılır. Bu baxımdan, Naxçıvanın özünün də statusu həddən artıq artacaq.
– Naxçıvanın muxtariyyətinin ləğvi mümkündürmü və bu, bütövlükdə nə vəd edir?
– Azərbaycanın yeni Konstitusiyasında Naxçıvana Muxtar Respublika deyil, muxtar dövlət statusu veriblər. Bu da əvvəlki sovet dönəmində olan statusdan tamamilə fərqlənir. Bu, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan unitarlıq prinsipinə ziddir. Bu, ən azı, Konstitusiyaya uyğun olmadığına görə, “Naxçıvan Muxtar Dövləti” anlayışı Konstitusiyadan çıxarılmalıdır və mənə elə gəlir çıxarılacaq. Bu da ləğv olunduqdan sonra, Naxçıvan camaatından, ən azı, Azərbaycan camaatı kimi idarəçilik yükü götürüləcək. Naxçıvan Muxar Dövlət olduğuna görə, naxçıvanlılar hər məsələdə Azərbaycanın digər vətəndaşlarından fərqli olaraq, ikiqat idarəçi orqanların nəzarəti altındadır. Məsələn, Naxçıvan camaatı həm Naxçıvan Daxili İşlər Nazirliyinin, həm də Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Eləcə də digər nazirliklər də bu qəbildəndir. Bu faktın özü Naxçıvan camaatını Azərbaycanın digər rayonlarında yaşayan əhalidən qeyri-bərabər hüquqi vəziyyətə salır. İnsanlar ikiqat idarəetmə ilə yüklənirlər. //hafta.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
|