“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                 

"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar" - ETİRAZ
Tarix: 25-01-2023, 08:53 | Çap et
"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar"
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir. 1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-də Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib.

Partiya sədri yazır ki, 5-ci qurultayın nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq - təqdim edilən sənədlərə nizamnamənin ilk redaksiyada əslinin əlavə edilməməsi, nizamnamənin yeni redaksiyasının titul səhifəsində qeydiyyat ili kimi 1999-cu il əvəzinə 1992-ci ilin getməsi əsas göstərilib. Bunlar düzəldilərək sənədlər yenidən təqdim olunub. 5 yanvar 2023-cü ildə sənədlər titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və nizamnamədə sıralama uyğunsuzluğu qeydi ilə geri qaytarılıb.

Bu çatışmazlıqlar düzəldiləndən sonra, 23 yanvarda “Siyasi partiyalar haqqında” yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürülüb. Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm".

Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.

1992-ci ildən partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, AXP-nin qeydə alınmaması böyük ehtimalla anlaşılmazlıqdır. AXP-nin qurultayı yeni “Siyasi Partiyalar haqqında” Qanun qüvvəyə minməmişdən öncə keçirilib. Burada yeni qanunla əlaqəli bir şey yoxdur, partiyanın qurultayı öz vaxtında keçirilib: “Yəni qurultayı ona görə keçirməyiblər ki, yeni qanun qüvvəyə minmədən keçirib məsələni həll etmiş olsunlar. Ola bilsin ki, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində düşünüblər ki, AXP-nin qurultayının nəticələri qeydə alınacaqsa, partiya artıq 5 min imza təqdim etməli olmayacaq. Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar. Çünki sonuncu qurultayın nəticələri qeydə alınsa belə, AXP də digər partiyalar kimi yeni qanunun tələbinə uyğun olaraq 5 min üzvün imzasını reyestrə təqdim etməlidir. Yeni qanunun qüvvəyə minməsindən öncə qurultayların keçirilməsi partiyaları bu öhdəlikdən azad eləmir. Ola bilsin Ədliyyə Nazirliyi siyasi qərar gözləyir. Yeni qanun, şübhəsiz, partiyalar üçün yeni vəziyyət, yeni problemlər ortaya çıxaracaq. Partiyalar hər il nazirliyə hesabat təqdim etməlidir. Bir sözlə, partiyaların işi-gücü hesabatlar hazırlamaq və təqdim eləmək olacaq”.

T.Abbaslı qeyd etdi ki, qanunda partiyalara heç bir ciddi imtiyaz verilmir: “Partiya yaratmaq, onu inkişaf etdirmək işi daha əlverişsiz hala gəlib və gələcək. Beş min imza toplamaq isə xüsusilə bir çox partiyalar üçün ciddi problemlər meydana çıxaracaq. Odur ki, bu gün Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda sərfəli deyil. Əminəm ki, bir sıra partiyalar bununla bağlı qərar verəcək ki, bundan sonra siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda faydalıdır yoxsa yox. Partiyalar seçim qarşısında qalacaq. Kimin imza toplayacağını, kimin toplamayacağını, kimin ümumiyyətlə toplamaqdan imtina edəcəyini, kimin kimlə birləşmə qərarı verəcəyini zaman göstərəcək. Ola bilsin, üç-beş partiya birləşib bir partiya kimi çıxış edəcək. Amma partiyaların sayının azalması problemin həlli deyil. Partiyalara büdcədən vəsait ayrılacağına gəlincə, maliyyə ayrılmasında da qəribə qaydalar var. Partiya əgər parlamentdə təmsil olunmursa, ay ərzində dövlət büdcəsindən 350-400 manat pul alacaq. Təsəvvür edin, bir partiya qeydə alınmaq üçün ən azı 5 min üzvün imzasını təqdim edir, deməli, bu partiyanın ən azı beş min üzvü var. Belə çıxır ki, büdcədən ayrılacaq vəsait hər üzv üçün təxminən 1 qəpik olacaq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, AXP-nin sənədləşmə ilə bağlı problemi tezliklə həll olunacaq: “Bəlkə yeni qanunla bağlı hansısa dəqiqləşməyə ehtiyac var. Bütün hallarda problemin çözüləcəyinə inanıram. O ki qaldı 5 min üzvün imzalı sənədləşməsi məsələsinə, bəli, biz hamımız bu işin üstündə çalışırıq, sənədləşmə yeni qanunun tələblərinə uyğun yenilənir, partiyaya yeni üzvlər qəbul olunur. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var. Hakimiyyətin partiyalarla bağlı hansı planının olmasından xəbərim yoxdur. Amma siyasi partiyaların sıradan çıxması və ya təmərküzləşməsi prosesinə fərqli yanaşıram. Yalnız demokratik seçkilər nəticəsində partiyalar təsnifata bölünməlidir. Seçkilərdə uğur qazanmayanlar ya sıradan çıxır, ya da kiminləsə birləşir. Təbii və demokratik yol budur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru