"Əgər hakim bilərəkdən qanunsuz qərar qəbul edirsə..." - Bizi dünya ilə üz-üzə qoyanlar...
Tarix: 26-05-2023, 08:46 | Çap et
Mayın əvvəlinə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 ərizəyə baxılması gözlənilir, təşkilatın saytında bildirilir. “Bu, Strasburq Məhkəməsində araşdırması gözlənilən bütün şikayətlərin 2,7 faizini təşkil edir”, - deyə vəkil Xalid Ağaliyev bildirib. “2022-ci ilin sonunda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2150 ərizə olub. Son 4 ayda məhkəmə Azərbaycandan 140 iş üzrə qərarları elan edib”, - X.Ağaliyev deyib.
Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayında artım nə ilə bağlıdır? Bu məsələdə qanunsuz məhkəmə hökmlərinin payı nə qədərdir?
Mövzu ilə bağlı danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Azərbaycanda tam ədalətli məhkəmə hakimiyyətini qura bilməmişik. Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, hazırda ölkədə məhkəmə hakimiyyətindən çox ciddi şikayətlər var: “Və bu tendensiya davam etməkdədir. Azərbaycanda ədalət tapa bilməyən insanların bir çoxu özünə güvənərək ki, daha haqlıdır, o zaman Avropa Məhkəməsinə üz tutur. Bu da təbii ki, Azərbaycan məhkəmə sistemi, dövləti üçün o qədər arzuedilən deyil. Hazırda 2 100 ərizənin Avropa İnsan Hüquqları Məhkəməsində baxılması gözlənilirsə, bu. həddindən artıq çoxdur. Yəni 80 milyonluq və bundan daha çox əhalisi olan, Avropa Şurası üzvü olan ölkələri arasında 10 milyonluq Azərbaycandan 2 100 ərizəyə baxılması bir qədər utancvericidir. Bütün bunlar bir daha göstərir ki, insanların Avropa Məhkəməsinə müraciəti artan xətlə davam edir. Bu isə onunla əlaqədardır ki, yerlərdə qəbul olunan qərarlardan narazı qalan insanların sayı çoxdur. Təbii ki, bəzən Avropa Məhkəməsinə müraciət edənlərin özləri də haqlı deyil, iddiaları rədd edilir, lakin bir iş belə varsa, demək ki, ölkə daxilində iş elə qurulmalıdır ki, Avropa Məhkəməsinə bu cür müraciətlər gedib çıxmasın. 4 ay ərzində 140 iş üzrə qərarın elan edilməsi də olduqca çoxdur. Bu onu göstərir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycandan gələn ərizə və şikayətlərin baxılması tempi də artırılıb”.
Çingiz Qənizadə Azərbaycan tərəfdən məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlərin olmasını qeyd edən Avropa Şurasının Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Kler Ovinin fikirlərinin bir qədər şişirdildiyini qeyd edib: “Çünki doğrudan da biz hüquq müdafiəçiləri olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarların ölkədə icrasının həyata keçirildiyinin şahidi olmuşuq. Bəlkə də elə şeylər var ki, onu praktik olaraq icra etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, hökumətimiz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı əlaqələri gücləndirərək orta məxrəcə gəlməsi istiqamətində də müəyyən işlər aparmalı, əsaslandırmalıdır ki, bu qərarın icrası qeyri-mümkündür, praktik cəhətdən və yaxud nəyə görə icra olunmur.
Beləliklə, əgər Avropa İnsan Hüquqları Məhkəməsinə çox sayda şikayətlər gedirsə, demək ki, Azərbaycanda məhkəmə islahatları tamamilə başa çatdırılmayıb. Doğrudur, yeni işə qəbul olunmuş gənc hakimlər var və onlar çox zəhmət çəkərək, imtahanlardan keçərək bu vəzifəyə sahib olublar, yəni heç bir işə qəbulda hər hansı bir təmənnadan, dırnaqarası maraqlardan söhbət getmir, burada hər şey səffaf təmin olunub. Lakin məhkəmənin işinin təşkilində problemlər müşahidə olunur. Çünki məhkəmə sədrləri sanki həmin rayonda qəbul olunacaq qərarların yeganə sahibidir. Doğrudur, məhkəmə sədrləri Prezident tərəfindən təyin olunurlar. Lakin bu gün məhkəmə hakimləri qərarların elan edilməsindən öncə məhkəmə sədrləri ilə məsləhətləşmələr aparır. Məhkəmə sədrləri ilə məsləhətləşdikdən sonra qərarların qəbulunun nə olduğunu mən bir hüquqşünas, hüquq fəlsəfə doktoru olaraq anlaya bilmirəm. Bəs onda məhkəmənin müstəqilliyi harada qaldı? Bu hallara son qoyulmalıdır. Məhkəmə sədrləri yalnız məhkəmələrdə işin təşkilinə rəhbərlik etməlidir. Sədrlərin məhkəmədə hakim işləyən digər şəxsin qəbul etdiyi qərara hansısa formada göstəriş verilməsi praktikasına son qoyulmalıdır.
Məhkəmə Hüquq Şurasının da özünün strukturunda da dəyişikliklər olmalı, yenidən qurulmalı, müstəqil olmalıdır. Orada Azərbaycanda tanınmış hüquqşünaslar, pedaqoji praktik fəaliyyəti ilə tanınan və ədalətli insan obrazını yaradan insanlar təmsil olunmalıdır".
Çingiz Qənizadə qanunsuz, ədalətsiz qərarlar qəbul edən hakimlərin cəzalandırılması məsələsinə də toxunub: “Əgər hakim bilərəkdən qanunsuz qərar qəbul edirsə, o, artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalanmalı şəxslər kateqoriyasına adi edilməlidir. Lakin bu günə qədər xatırlamıram ki, bilərəkdən qanunsuz qərar qətnamə çıxartmasına görə hansısa hakim cəzalandırılsın. Yada salaq, "Tərtər işi"ndə nə qədər hakim qanunsuz qərar, hökmlər çıxarıb. Amma onlar cəzalandırılmır. Niyə? Onu da qeyd etmək lazımdır ki, bu gün məhkəmə hakimiyyətində gənc, savadlı, olduqca ədalətli hakimlər var. Bəzi hallarda məhkəmə sədrləri də var. Son vaxtlar məhkəmələrdə bəraət hökmlərinin, yenidən işə baxmaların, obyektiv araşdırmaların sayı artıb".
Tanınmış vəkil Əsabəli Mustafayev isə mövzuya bu cür şərh bildirdi: “Məhkəmələrin fəaliyyəti, müstəqil olması, müstəqil qərar qəbul etməsi, korrupsiyanın olması ilə bağlı ictimaiyyətdə çox ciddi iradlar var. Doğrudur, son 2 ildə müəyyən irəliləyişlər var. Belə ki, bəraət hökmləri, yenidən baxılan işlərin olduğunu, daha ədalətli qərar qəbul olunmasını görürük. Lakin yenə də iddia edə bilmərik ki, bizdə məhkəmələr müstəqildir, korrupsiya halları tam aradan götürülüb. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunması Azərbaycan məhkəməsinin təkmilləşməsinə təkan verəcək bir amildir. Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi bütün Avropa hüquq sisteminin inkişafına böyük təsiri olub, ona görə ki, həmin ölkələr o qərarları icra edir. Lakin Azərbaycan icra etmir. Əgər həmin bütün qərarlar icra olunsa, məhkəmələrin müstəqilliyi, ədalətli araşdırma hüququnun təminatı daha da genişlənər, qanunvericilik bazası inkişaf edər”.
Əsabəli Mustafayev qeyd edib ki, son zamanlar Avropa Məhkəməsinin standartlarının tətbiqi ilə bağlı müəyyən tədbirlər görülür: “Lakin bu kifayət etmədiyi üçün çoxlu sayda şikayətlər gedir. Çünki məhkəmələr 10 il bundan əvvəl hansı qərarı qəbul edibsə, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar iş üzrə insan hüquqlarının pozuntusu olduğunu bildiribsə, məhkəmələr eyni işlər üzrə yenə də oxşar qərarlar qəbul edirlər və işlər yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə gedir. Bu sistem xarakteri alıb və artıq sistem xətasıdır, təkcə məhkəmə xətası deyil. Ali Məhkəmədə olan müəyyən dəyişikliklər, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üçün görülən işlər ümid edək ki, o dərəcəyə qədər çatacaq ki, ölkədə daha çox ədalətli qərarlar qəbul olunacaq və Avropa İnsan Hüquqları Məhkəməsinə gedən şikayətlərin sayı azalacaq.
Əlbəttə ki, hər kəs istəyir ki, məhkəmə çəkişmələri ölkə daxilində öz həllini tapsın, əlavə xərcə, vaxta ehtiyac qalmasın. Lakin çox təəssüf ki, bu alınmır. Biz vəkillər ona görə Avropa İnsan Hüquqları Məhkəməsinə yazırıq ki, məhkəmələrimiz təkmilləşsin, insan hüquqlarına daha çox hörmət olsun, ədalətli qərarların sayı artsın. Onu da qeyd edim ki, Avropa Şurası Azərbaycanda xüsusi olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına dəstək layihəsi həyata keçirir. Bu layihədə bütün məhkəmə qurumları, həmçinin ictimaiyyət nümayəndələri təmsil olunur. Şəxsən mən özüm dəfələrlə həmin layihə üzrə tədbirlərdə iştirak etmişəm. Hiss olunur ki, hökumət Avropa Məhkəməsinin qərarlarının icra olunmasına maraq göstərir. Ümid edirik ki, gələcəkdə bu məsələ öz həllini tapacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|