“İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” .....                     Cavan olmam bir də mən... .....                     Ermənistan silahlı münaqişə ilə üzləşə bilər .....                     Makronun Bakıya qarşı oyunu pozuldu: .....                     Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq .....                     Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu .....                     Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var .....                     Daha bir vətəndaş “TikTok”da aldandı: .....                     Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı .....                     Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? .....                     İşğaldakı 3 kənd Azərbaycana qaytarılır .....                     Neft ölkələri üçün SOS! .....                     Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu .....                     Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: .....                     Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək .....                     Hökumənin həyat yoldaşı kompensasiyadan .....                     "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, .....                     Paşinyan separatçıları ona görə müdafiə etmir ki... .....                     "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" .....                     Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib .....                     Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA .....                     Ermənistanın ikibaşlı oyunu: .....                     “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, .....                     AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                 

“İyun ayında parlamentin buraxılması reallaşa bilər, bunun üçün iki yol var...” - Çingiz Qənizadə
Tarix: 14-05-2024, 10:09 | Çap et
 “İyun ayında parlamentin buraxılması reallaşa bilər, bunun üçün iki yol var...”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda parlament seçkiləri noyabrda keçirilməlidir, lakin daha erkən tarixə çəkilə bilər.

“Noyabrda keçiriləcək növbəti parlament seçkiləri COP29 iqlim konfransının keçirilməsi ilə eyni vaxta təsadüf edir. Bu səbəbdən seçkilərin daha erkən dövrə keçirilməsi haqqında qərar qəbul edilə bilər”, - deyə MSK sədri qeyd edib.

M.Pənahov bununla əlaqədar olaraq seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi işinə başlamaq zərurətini vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.

Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir. Hazırda gündəmdə olan suallardan biri Milli Məclisin hansı qaydada buraxılacağıdır. Belə ki, siyasi dəhlizlərdə danışılana görə, parlament ölkə başçısının müvafiq qərarı ilə buraxıla bilər. Konstitusiyanın 98-ci maddəsində qeyd olunub ki, Prezident müstəsna səlahiyyətləri çərçivəsində parlamenti buraxa bilər. Bundan başqa, konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərin) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisi buraxır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində qeyd etdi ki, qanunda parlamentin buraxılması və yaxud seçkilərin təyin edilməsi ifadələri var ki, bunlar ayrı-ayrı mənaları ehtiva edir.

Çingiz Qənizadə parlamentin buraxılması üçün iki yol olduğunu bildirdi:

“Parlament səs çoxluğu ilə özü-özünü buraxa bilər. Ötən çağırışda məhz belə olmuşdu. Parlamentin 83 nəfərdən artıq üzvü parlamentin buraxılması ilə bağlı müraciət etdi. Cənab Prezident də yeni seçkinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Digər halda isə konstitusiyanın 109-cu maddəsinin 1-ci bəndinə əsasən Prezidentin Milli Məclisə seçkiləri təyin etmək hüququ var. Prezident seçkilərin təyin edilməsi ilə bağlı müddəti özü müəyyən edə bilər. Bu gün müzakirə olunan məsələ budur ki, noyabrın 3-də seçkinin keçirilməsi konstitusiya ilə uyğundur, amma Prezidentin bu müddəti önə çəkmək səlahiyyəti var. Buna görə də avqustun sonu, sentyabrın əvvəlində parlament seçkilərinin keçirilməsi ilə bağlı müddətin təyin edilməsi hüququ saxlanılır. Parlamentin hansı qaydada buraxılacağını zaman göstərəcək. Təcrübədə parlamentin özünü buraxması institutu olub, yəni presedent var. Ola bilər ki, may ayının sonlarında, yaxud iyunun birinci hissəsində parlament yenidən işləmək üçün imza toplayacaq və iyun ayında işləyəcəklər. Çünki qanuna görə, may ayının sonunda parlamentin işi bitməlidir. Amma adətən deputatların bir qisminin müraciəti əsasında parlament iyun ayında da işləyir. Bu baxımdan iyun ayında parlamentin buraxılması reallaşa bilər. Yaxud Cənab Prezident tərəfindən seçkinin vaxtı müəyyən edilməklə avqustun sonu, sentyabrın birinci həftəsində seçkilərin keçirilməsi ilə bağlı rəsmi qərarlar qəbul edilə bilər”.

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələr ləğv edilib. 116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva vəfat edib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müddətinə azadlıq məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ramin Məmmədov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir. Beləliklə, parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Bu gün, 23:33
Cavan olmam bir də mən... - VİDEO
Bu gün, 23:29
Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00
Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56
Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46
Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40
Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39
Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28
Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07
İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02
Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00
Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58
Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35
Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29
Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24
Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12
"Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58
Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53
Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41
“İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru