"Söyüş müxalifəti"nə məlumat və pul ötürən məmurlar kimlərdir? - DETALLAR
Tarix: 30-05-2024, 08:42 | Çap et
Avropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş. Əslində "söyüş müxalifəti"nin ən "parlaq" dövründə - 2018-2019-cu illərdə onların sifariş yerinə yetirdiyi, həm xaricdəki anti-Azərbaycan qüvvələrə, həm də ölkə daxilində müəyyən qruplara işlədiyinə dair fikirlər vardı. İndi bu, özlərinin çəkişməsində faktlarla ortaya çıxır.
"Bloger" olduğunu iddia edən Tural Sadıqlı bildirib ki, "hakimiyyətlə bağlı problemlər daxili məsələdir və şikayəti əcnəbilərə yox, hakimiyyət nümayəndəsinə etməliyik". Bu, "söyüş müxalifəti"ndə səslənən ilk normal fikir kimi qəbul edilə bilər, lakin bu fikrin Tural Sadıqlı tərəfindən səslənməsi suallar yaradır. Axı o, sırf Avropa paytaxtlarında qalmaq üçün erməni diasporu ilə belə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş şəxsdir, o zaman, bu tranformasiyanın səbəbi nədir?! Məhz səbəb axtarışı "söyüş müxalifəti"nin bir-birini ifşa etməsi ilə nəticələndi.
T.Sadıqlının "çevrilməsi"nin səbəbləri eyni qrupun digər bir üzvü Surxay Lətifovun sosial şəbəkə hesabında yazdıqları fonundan aydın olur. S.Lətifov yazır ki, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb: "Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır".
Almaniyada yaşayan Əfqan Muxtarlı da məsələ haqda yazıb. Bildirib ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib: "Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsusən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan hökuməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar".
Bu açıqlamardan məlum olur ki, indiyə qədər Azərbaycana qarşı söyüşlər hesabına Avropa paytaxtlarında "yaşamaq hüququ" alan bu kəslərin sonu çatıb. Artıq Almaniya onların hüquqi müstəvidə ifşasına başlayıb və "söyüş müxalifəti"nin bir çox üzvü ən yaxşı halda deportasiya olunacaqlar. Bunu bilən Tural Sadıqlı da "problemləri hakimiyyət nümayəndəsinə deməliyik" çıxışı ilə indidən özünü sığortalamağa çalışır.
Əfqan Muxtarlının yazdıqlarından isə yeni faktlar ortaya çıxıb.
1. Almaniyada istintaqdan qaçan "söyüş müxalifəti"nin üzvləri var, lakin onların Azərbaycana qayıdışına da icazə verilmir; 2. "Söyüş müxalifəti"nin üzvləri arasında hansısa məmurla (ad çəkilmir) əməkdaşlıq edənlər olub; 3. "Söyüş müxalifəti"nə məlumat ötürən şəxslər elə məlumatı verdiyi şəxslər tərəfindən pul müqabilində - 5-10 min avroya satılıb; 4. "Söyüş müxalifəti" Azərbaycanda hansısa məmurun sifarişi ilə digər məmurlara qarşı qarayaxma kampaniyası aparıb;
Tural Sadıqlı isə Əfqan Muxtarlı başda olmaqla onun haqqında danışanların hamısını "Azərbaycan hakimiyyətinin adamı" adlandırıb, hətta Əli Kərimli və İsa Qəmbərin də ona qarşı prosesdə maraqlı olduğunu iddia edib.
Əfqan Muxtarlı da Tural Sadıqlıya cavabında onun hansısa məmurla görüşdüyünü iddia edib.
"Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?", - Muxtarlı yazır.
"Söyüş müxalifəti"nin daxili qarşıdurması və bir-birini ifşa etməsində əsas diqqətçəkən məqam Azərbaycanda hansısa məmurların bu şəxslərdən hansısa məqsədlə üçün istifadə etməsidir. Əslində yaxın keçmişdə "söyüş müxalifəti"nin fəaliyyətinə nəzər yetirdikdə bu ehtimal həmişə ön planda idi. Çünki onların açıqladığı faktlar və yaydıqları məlumatlar sıradan deyildi, bunların "içəridən ötürüldüyü" aydın görünürdü. Hətta mediada konkret adları çəkilən məmurlar da vardı. Misal üçün, Ramiz Mehdiyev, Eldar Həsənov, Ekdar Mahmudov və digərlərinin "söyüş müxalifəti"nə informasiya ötürdüyü, onlardan daxildə "rəqib" kimi gördüyü məmurlara qarşı istifadə etdiyi haqda məlumatlar olub.
Hərçənd, Azərbaycanda aparılan kadr islahatlarından sonra, xüsusilə 2020-ci ildə bu məsələlərə son qoyulduğu görünürdü. Mediada aparılan islahatlar və şəffaflığın təmin edilməsi də "söyüş müxalifəti"ni "çörəksiz" qoymuşdu. Əfqan Muxtarlı və Tural Sadıqlının qarşıdurması, səsləndirdikləri ittihamlar isə hansısa məmurun, yaxud məmurların hələ də "köhnə üsullar"dan istifadə etdiyinə dair şübhələr yaratdı. Onlarla əməkdaşlıq edən məmurlar kimlərdir, bu məmurların məqsədi nədir, informasiyanı hansı formada ötürürlər? Bu cavabsız qalan suallardır. Keçmiş təcrübə göstərir ki, bu halın davam etməsi təkcə hakimiyyət üçün yox, dövlət üçün də təhlükə yaradır. Çünki "söyüş müxalifəti" xaricdə erməni diasporu/lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələrin əlində alətə çevrilib. Hansısa məmurun hansısa marağı üçün onlarla əməkdaşlıq etməsi birbaşa dövlətə qarşı atılan addımdır. Və istisna deyil ki, Muxtarlı ilə Sadıqlının qarşıdurmasında ortaya çıxan nüanslar yaxın zamanda həmin məmurların da ifşasına səbəb olacaq.
Publika.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|