“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                 

“Vaqif Axundov xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatında olanda bura gəlib-getmə”
Tarix: 2-06-2014, 11:09 | Çap et
“Vaqif Axundov xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatında olanda bura gəlib-getmə”
Milli Qvardiyanın keçmiş komandiri, Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olan polkovnik Əzizağa Süleymanov 4 iyun qiyamında da Gəncəyə göndərilən güc strukturun tərkibində olub.

Moderator.az onun silsilə xatirələrinin təqdimatına başlayır:

Əvvəli moderator.az/?xeber=47148
...Başda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirov olmaqla 151 nəfər qvardiyaçı Gəncə ətrafında yerləşən Seyfəli adlanan hərbi təlim mərkəzində yerləşdirilmişdi. Qvardiyaçıların hansı dövlət tapşırığı yerinə yetirməsi barədə bizə məlumat verilmirdi. Alay komandirinin əvəzinə onun birinci müavini mayor Həsənov Abdulkərim İbad oğlu qalmışdı. Mən alayın kadrlar şöbəsinin rəisi olmaqla bərabər həm də alayın qərargah rəisinin vəzifəsini icra edirdim. Həmin gün Milli Qvardiya üzrə cavabdeh təyin edilmişdim. “Spartak” stadionunda qalan alayın qvardiyaçıları mənə yaxınlaşıb, məndən qvardiyanın Gəncəyə nə məqsədlə getdiklərini soruşsalar da onlara bir cavab verə bilmirdim. Onlardan biri də Taleh Qasımov və Nemət Babayev idi. Nemət Babayevin bəzi məsələlərdən xəbəri var idi. Onunla çox vaxt bir çox məsələri müzakirə edirdik. O çox savadlı zabit idi. Mən ondan heç vaxt sirr gizlətmirdim. Onlar məndən Qvardiyanın Gəncəyə nə üçün getdiyini soruşanda onlara bildirmişdim ki, nə səbəbə getdiklərini dəqiq bilməsəm də bir onu dəqiq bilirəm ki, 3 gündən sonra Qvardiyanı bu komandirlər Surət Hüseynova təhvil verəcəklər. Nemət Babayev gülə-gülə “sənin ağzından qan iyi gəlir”- deyə məndən uzaqlaşmışdı...

Milli Qvardia üzrə cavabdeh olduğum üçün əlimə düşən bu fürsətdən istifadə edib qaravul xidmətini yoxlamaq bəhanəsi ilə Prezident Aparatına getmişdim. Milli Qvardiya döyüşçülərinin alay komandiri tərəfindən Gəncədə Surət Hüseynova təhvil veriləcəyi barəsində əldə etdiyim məlumatı birbaşa prezidentə çatdırmaq istəyirdim. Mən Prezident Aparatına çatanda saat təxminən 23 radələri idi. Prezident Əbülfəz Elçibəy prezident iqamətgahından çıxmaq üzrə idi. Onu müşayət edən maşın karvanı Prezident Aparatının həyətində hazır vəziyyətdə durmuşdu. Əsl məqam idi. Allaha yalvardım ki, prezidentin mühafizə xidmətinin rəisi general-mayor Vaqif Axundov prezidentdən qabaq məni görməsin. Çünki o məndən xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatına gəlib- gedən zaman sən bura gəlmə. Bilirəm o sənin xətrini çox istəyir. Prezident Aparatının həyətində onunla görüşmək etika qaydalarına uyğun deyil. O dəfələrlə prezidentin mənimlə görüşməsinin şahidi olmuşdu. Ancaq məcbur idim ki, prezidentlə görüşüm. Prezidentə deyəcəklərimi Vaqif Axundova deyə bilməzdim. Prezidentdən qabaq onun mühafizəsində xidmət edən onun bacısı oğlu baş leytenant Mərdan Hüseynov həyətə çıxmışdı. O məni tanıyırdı, məni görən kimi yaxınlaşıb görüşdü. Ona bildirdim ki, prezidentlə görüşmək istəyirəm, ona deyiləsi mühüm məlumat var. İndi şərait yarat onunla görüşməyə. Əgər görüşə bilməsəm prezidentə çatdır ki, Milli Qvardiyanın komandanlığı Gəncədə Milli Qvardiyaçıları Surət Hüseynova döyüşsüz təhvil verəcəklər. Mərdan dedi ki, prezident səni məndən yaxşı tanıyır. Yaxınlaş özün, səni görən kimi çağıracaq. Bu vaxt prezident Əbülfəz Elçibəy iqamətgahdan çıxdı. Onunla birlikdə iqamətgahdan çıxan onun mühafizə xidmətinin rəisi Vaqif Axundov ona nə barədəsə məlumat verirdi. Fikri Axundovda olan Əbülfəz Elçibəy məni görmədi. Maşına oturub çıxıb getdi. Mən Mərdan Hüseynova verdiyim məlumatı Əbülfəz Elçibəyə çatdıracağına əmin idim. Hər ehtimala qarşı həmin gün Prezident Aparatında Milli Qvardiyanın tərkibində xidmət aparan və prezident Əbülfəz Elçibəyin həyat yoldaşının bacısı oğlu olan Aydın Əliyevi qarovul xidmətindən azad edib, verdiyim məlumatı Mərdan Hüseynovun yadına salmaq üçün Mərdanın evinə göndərmişdim. Mərdan Hüseynovun həyat yoldaşı Aydın Əliyevin bacısı idi.
4 iyun 1993 cü il tarixində səhər saat 12 radələrində çox həyacanlı bir xəbər verildi. Milli Qvardiyanın şəxsi heyəti başda Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov olmaqla Surət Hüseynovun silahlı dəstəsinə müqavimətsiz təslim olublar. Təcili Gəncəyə yeni qüvvə göndərmək lazımdır. Bu xəbəri eşidən alay komandirinin birinci müavini, alay komandirinin yerinə qalan mayor Abdulkərim Həsənov özünü xəstəliyə vurub qaçıb gizləndi. Milli Qvardiya komandanı Tahir Məmmədov onu axtartsa da tapa bilməmişdi. Məni “Spartak” stadionunda yerləşən Milli Qvardiyanın qərargahına komandanın yanına çağırmışdılar. Komandanın yanına gedib gəlişim barədə məruzə etmişdim. O elə bir vəziyyətədə idi ki, bıçaq vursaydın qanı çıxmazdı. Mənə birbaşa demişdi ki, xəbərin var, oğraşlar qvardiyanı Surətə təhvil veriblər. Sənin bu barədə əvvəlcədən xəbərin olub. Prezident Aparatına gedib xəbər vermisən, amma mənə deməmisən. Bu acı xəbəri eşidəndə tutulmuşdum. Komandana söyləmişdim ki, Siz neçə gündür qvardiyanın qərargahına gəlmirsiniz. Sizi çox axtarsam da mənə yerinizi deyən olmadı. Məcbur olub Prezident Aparatına gedib, prezident Əbülfəz Elçibəyin yaxın qohumu, həm də şəxsi mühafizəçisi olan Mərdan Hüseynova bu barədə məlumat vermişəm. Düz deyirsiniz. Bu söhbətdən sonra Tahir Məmmədov mənə söyləmişdi ki, alay komandirinin müavini Abdulkərim Həsənov qaçıb gizlənib. Buranı da sənsiz qoymaq istəmirdim. Lakin ölkə prezidentinin şəxsi göstərişi əsasında sən bir dəstə qvardiyaçı ilə Gəncəyə getməlisən. Gəncə şəhərində Surət Hüseynov qvardiya komananlığı ilə bərabər bir neçə dövlət rəhbərliyində olan adamları həbs etdirib. Onları azadetmə əməliyyatına sən rəhbərlik etməlisən. Bu, prezidentin şəxsi tapşırığıdır. Gəncədə vəziyyət həddindən artıq ağırdı. Məcburam özüm də ora gedim. Mən indi vertolyotla Gəncəyə gedirəm, sən isə 70 nəfər qvardiyaçı götür hava limanına apar. Oradan Gəncəyə uç. Sizinlə birgə OMON-un şəxsi heyyəti də gedəcək, təyyarə saat 16-da yola düşür. Səni Gəncədə gözləyirəm. Sizi Gəncədə qarşılayacaqlar. O mənimlə xudahafizləşib, özü ilə 4 nəfər Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvləri olan Əliyev Əlizadə Siyasət oğlunu, Əsgərov Pünhan Sanqan oğlunu, Abbasov Laçın Məmmədəli oğlunu, Hüseynov Firdövsi Həsən oğlunu götürüb Zabrat hava limanına vertolyotla Gəncəyə uçmaq üçün yola düşdü. Eşitdiymə görə həmin gün Tahir Məmmədovla bərabər xalq cəbhəsinin üzvləri olan Ülvü və Cahandar adlı şəxslər də həmin vertolyotla Gəncə şəhərinə uçmuşlar. Onları əvvəlcədən verilmiş məlumata əsasən Gəncə hava limanında Gəncə şəhər icra aparatının nümayəndəsi maşınla qarşılamalı olsa da, hava limanına heç kim gəlməmişdi. Tahir Məmmədov Gəncədəki hava limanı rəhbərliyindən Gəncə şəhərinə getmək üçün maşın tələb etməsindən bir qədər vaxt keçəndən sonra kim tərəfindənsə onları şəhərə aparmaq üçün bir PAZ avtobusu göndərilmişdi. Həmin avtobusla Tahir Məmmədov və onunla birlikdə olan adamlar Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Surət Hüseynovun yaşadığı evin yanında silahlı hərbçiləri görən avtobus sürücüsü avtobusdan düşərək qaçmışdı. Bu zaman Tahir Məmmədovla bir yerdə olan Ülvü və Cahandar adlı şəxslər də avtobusdan düşüb naməlum istiqamətdə yoxa çıxmışdılar. ( Bu faktın araşdırılmasını da tarixçilərin öhdəsinə buraxıram.) Avtobus sürücüsünün qaçdığını görən qvardiyaçı Əsgərov Pünhan tez avtobusun sükanının arxasına keçərək onu sürüb Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki inzibati binasının qarşısına gətirmişdi.
4 iyun 1993-cü il tarixdən Alayın şəxsi heyyət üzvləri, hərbi qulluqla əlaqədar olaraq alay komandirinin 132 saylı əmrinə əsasən Gəncə-Kəlbəcər bölgəsinə hərbi əməliyyatlarda iştirak etmək üçün ezam edildilər...

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru