“Başqan seçkilərində Tural Abbaslını dəstəkləyəcəyəm”
Tarix: 1-08-2014, 12:12 | Çap et
Müsavat Partiyasının növbəti qurultayının müxtəlif bəhanələrlə yubadılması artıq siyasi təşkilat daxilində narazılıqları pik həddə çatdırıb. Müsavat funksionerləri Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslının son günlər mətbuata açıqlamaları onu göstərir ki, başqanlığa iddialılar arasında fikir ayrılığı bir qədər də dərinləşdirib. Hazırda da bir qrup müsavatçı qurultayının bu il keçirilməsinin tərəfdarıdır. Amma digər bir qrup müsavatçı qurultayın 2015-ci il parlament seçkilərindən sonraya saxlanmasını düzgün sayır.
Müsavatın qurultayı, başqanlığa iddialıların fikirləri, partiyadaxili proseslər və sairlə bağlı “Kaspi”nin suallarını Müsavat başqanının müşaviri Əhəd Məmmədli cavablandırır.
- Əhəd bəy, Müsavatın qurultayının indiyədək yubanması həm partiya Nizamnaməsinin tələblərinin pozulmasıdır, həm də bu, təşkilat üzvləri arasında narazılıq, fikir ayrılığı yaratmaqdadır. Bu barədə Siz nə düşünürsünüz?
- Müsavat Partiyasında hər kəs qurultayın keçirilməsinin tərəfdarıdır. Amma nə vaxt, necə? Faktiki olaraq, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya istədiyi yeri vermir. Bizə təklif edilən yerlərlə isə partiya razılaşmır. Bunun kimi səbəblərdən qurultay xeyli müddətdir yubanır. Bundan da Müsavatı istəməyən qüvvələr bizə qarşı təbliğat kimi istifadə edir, partiyanı qurultayı keçirməməkdə qınayırlar. Bax bu kimi səbəblərdən qurultayın keçirilməsində tərəddüdlər var. Lakin Müsavatın son Məclisində qəti qərar qəbul olunub ki, sentyabrın 27-də partiyanın qurultayı keçirilsin.
- Siz qeyd edirsiniz ki, partiyaya istədiyi yer verilmədiyi üçün qurultay yubanır. Amma Divan üzvü T.Abbaslı seçki ərəfəsində qurultayın keçirilməsini Müsavatı əsas hədəfdən yayındırmaq kimi qiymətləndirib. Bu onu göstərir ki, partiya daxilində də qurultayın yubanmasını istəyənlər var...
- Düzdür, bu barədə fərqli fikirlər var. Tural bəy fikrini bu cür əsaslandırır ki, qarşıdan parlament seçkiləri gəlir və sair. Həqiqətən də Azərbaycanda bir müddət sonra bələdiyyə seçkiləri, gələn il isə parlament seçkiləri keçiriləcək. Qurultay məsələsi uzandıqca Müsavatın bələdiyyə və parlament seçkilərində iştirakı məhdudlaşır. Ona görə mən də Tural bəyin fikrini dəstəkləyirəm. Hesab edirəm ki, indiki halda Müsavat Partiyasında əsas hədəf seçkilər olmalıdır.
- Qurultayın keçirilməsi eyni zamanda Müsavata yeni başqanın seçilməsi deməkdir və hazırda bu post uğrunda mübarizə aparacaq bir neçə müsavatçının adı hallanmaqdadır. Siz onlar arasında indidən start götürən söz-fikir ayrılığını, qarşılıqlı atmacaları necə qiymətləndirirsiniz?
- Müsavatın qurultayının yubanması partiyanı hər kəsin diqqət mərkəzinə gətirib. Partiya daxilində baş verən prosesləri isə bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən şişirtməkdədirlər. Başqanlığa seçkilərə də rəsmi start verilməyib, namizədlər rəsmən irəli sürülməyib. Hələlik başqanlığa iddialı olanlar var. İndidən yalnız onu deyə bilərəm ki, başqan seçkiləri ədalətli və sağlam rəqabət şəraitində keçiriləcək. Seçkinin nəticəsinə uyğun olaraq uduzan tərəf udan tərəfin əlini sıxıb təbrik edəcək, birlikdə partiyadakı fəaliyyətlərini, mübarizələrini davam etdirəcəklər.
- Siz mətbuatı Müsavat daxili prosesləri şişirtməkdə təqsirli bilirsiniz. Amma fakt budur ki, başqanlığa iddialı Səxavət Əlisoy milli kimlik məsələsini gündəmə gətirməklə digər rəqibi Arif Hacılını indidən “zərərsizləşdirmək” istəyir. Eləcə də qarşı tərəfin cavabı digər başqanlığa iddialıları aşağılamağa hesablanıb. Buna sözünüz nədir?
- Müsavat demokratik bir partiyadır. Burada insanlara yanaşmada dini, irqi, milli ayrı-seçkilik tətbiq edilmir. Qurultayda müsavatçılar milliyyətindən asılı olmayaraq kimi layiq biləcəklərsə, o da başqan seçiləcək. Başqanlığa iddialı olanların hamısı milliyyətcə türkdür və mən hesab etmirəm ki, onlardan hər hansının fikri digərinə qarşı yönəlib.
- Divan üzvü T.Abbaslı Müsavat Partiyasının başqanı olmaq iddiasına təsadüfən düşmədiyini bildirib və gəncliyin hər şeyə hazır olduğunu vurğulayıb. Siz necə düşünürsünüz, Müsavatın yeni başqanı partiyadakı gəncliyin, yoxsa orta və yaşlı nəslin nümayəndəsi olmalıdır?
- Burada əsas problem yaşlı və ya gənc məsələsi deyil. Biz gəncliyin enerjisi ilə yaşlı və orta nəslin təcrübəsinin sintezinin tərəfdarıyıq. Məhz bu sintezlə də Müsavatın qabağa getməsini arzulayırıq. Bu nöqteyi-nəzərdən partiya daxilində gənclərin qabağa çəkilməsini istəyirik. Bununla partiyamızın yaşlı və orta nəslinin nümayəndələri də razılaşır, bizi dəstəkləyirlər.
- Əgər sirr deyilsə, başqanlığa seçkilərdə kimin namizədliyini dəstəkləyəcəksiniz?
- Mən başqan seçkilərində Tural Abbaslını dəstəkləyəcəyəm. Onun partiyanın gənclər təşkilatındakı 6 illik fəaliyyətinə yaxından bələdəm. Həm gənclər təşkilatının sabiq sədri, həm də Divan üzvü olaraq onun başqanlıq məsuliyyətini çiyinlərinə almağa hazır olduğunu bilirəm. Tural bəy bunu gördüyü işlərlə yetərincə sübut edib. Onun bir gənc olaraq Azərbaycan müxalifətinə yeni nəfəs gətirəcəyinə əminəm.
- Əhəd bəy, Müsavat Milli Şuradan ayrıldıqdan sonra AXCP funksionerləri belə bir iddia ortaya atmışdılar ki, partiyanızda istedadı, perspektivi olan gənclərə qarşı bilərəkdən kampaniya aparılır...
- Əsla belə bir hal olmayıb. Sadəcə Müsavat çoxrəqabətli partiyadır. Bu siyasi təşkilatda güclü rəqabət var. Vaxtilə Müsavat gənclər təşkilatında baş verənlər, eləcə də partiyadaxili digər proseslər məhz bu rəqabətdən irəli gəlir.
- Son günlər AXCP və onun nəzarətində olan “Azadlıq” qəzeti tərəfindən Müsavat daxili prosesləri qızışdıracaq fikirlər ictimailəşdirilir. Buna münasibətiniz necədir?
- Mən bir qədər əvvəl də qeyd etdim ki, bəzi media qurumları partiya daxili məsələləri şişirtməkdədirlər. Əsl reallıqda isə hər şey nəzarətdədir. “Azadlıq” qəzetində hansısa jurnalistin yazısını isə ümumilikdə AXCP-nin mövqeyi kimi qiymətləndirmək istəməzdim.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|