“Alik sirli şəkildə kameraya salındığı kimi sirli şəkildə də buraxıldı”
Tarix: 7-08-2014, 11:57 | Çap et
Bir müddət öncə Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:
Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.
əvvəli burada---moderator.az/?xeber=50689
...18 iyun 1993- cü ildə radionun axşam xəbərlər buraxlışında diktor xəbər vermişdi ki, prezident Əbülfəz Elçibəy gecə saatlarında Prezident Aparatından çıxaraq nəməlum istiqamətdə Bakını tərk edib. Bu xəbəri eşidən kimi bizimlə bir kamerada dustaq həyatı yaşayan Qazaxlı Alik Muradov mənə demişdi ki, mən deyənlər deyəsən düz çıxır. Buradakıların kitabı sən başda olmaqla bununla da bağlandı. Alikin sözlərində həqiqət var idi. Yeganə ümüd yerimiz olan prezidentin yoxa çıxması şəxsən mənim üçün ağır xəbər idi. Qəlbimdəki bütün ümüdlərim boşa çıxmışdı. Bəlkə də həyatımda dəfələrlə ölümlə üzbəüz gəlsəm də bu qədər sarsılmamışdım. Əbülfəz Elçibəyin prezidentliyindən əlavə bir insan kimi qəlbimdə xüsusi yeri vardı. Mən canımdan əziz sandığım insanı itirmişdim... Radioda eşitdiyimiz bəzi məlumatlara əsasən Surət Hüseynovun qiyamçı dəstəsi bir neçə rayonda rayonun icra başçılarını zor gücünə vəzifələrindən kənarlaşdırıb, öz adamlarını yerləşdirmişdilər. Ümidimiz Ali Sovetin yeni seçilmiş sədri Heydər Əliyevə qalmışdı. Bizi Surət Hüseynovun caynağından yalnız o azad edə bilərdi. Başqa yol yox idi. Cəbhə bölgəsindən də hər saat radioda ağır xəbələr eşidilirdi. Artilleriyaçı zabitlərin türmədən buraxılması bizdə inam hissi yaratmışdı. Kameradan 6 zabitin azad olunmasına baxmayaraq nəfəs almaq olmurdu. Növbə ilə dəmir barmaqlıqlı pəncərənin yanındakı çarpayıda uzanıb nəfəs alırdıq. Gündə bircə saat bizə hava gəzintisinə icazə verirdilər. 19-20 iyun tarixində də bizim türmə həyatımızda elə bir dəyişiklik olmamışdı. 20 iyunda səhər saat 10 radələrində bizmlə bir kamerada olan 2 bələdiyyə polisinin əməkdaşını türmədən azad etmişdilər. Həmin günü günortadan sonra bir hərbi prokurorluq müstəntiqi gəlib qvardiyaçı leytenant Fuad Mirzəyevdən türmə rəisinin otağında yenidən izahat almışdı. Onun əvvəl verdiyi izahatla sonrakı günlərdə verdiyi izahatların mətnində fərq var idi. Mən görəndə ki, onu müstəntiqlər çox çək-çevirə salırlar, Fuaddan müstəntiqə yazılı sürətdə verdiyi izahatın mətnini mənə danışmağı xahiş etmişdim. Onun izahatının mətninə qulaq asanda hər şeyi başa düşmüşdüm. Fuad yazdığı izahatda prezident fərmanından, komandanın hansısa əmrindən söhbət açmış, ümumiyətlə, ona aidiyyatı olmayan məsələlərə toxunmuşdu. Mən onu başa salmışdım ki, yazdıqlarının heç birinin sənə aidiyyatı yoxdur. Mən sizin Gəncə bölgəsinə gəlməyiniz haqda əmr hazırlayan bir adam prezident sərancamın görməyəndə, sən haradan görə bilərsən? Ona müstəntiqə izahatı necə yazacağını başa salmışdım. Bu gün o yenidən müstəntiqə izahat verməyə çağırılanda mən deyən kimi izahat vermişdi. Bununla da müstəntiq ondan əl çəkmişdi. 21 iyun tarixində günortadan sonra Fuad Mirzəyevi türmədə görüşə aparmışdılar. Atası yanına gəlmişdi. Fuad atası ilə görüşüb kameraya bizim yanımıza gələndə özü ilə gətirdiyi bir torba əriyi bizə verib, bizimlə xüdahafizləşmişdi. Mənimlə görüşəndə gülə-gülə demişdi ki, Əzizağa müəllim, çox sağ ol, sizin dediyiniz kimi müstəntiqə izahat verəndən sonra məni bu gün azad etdilər. Yuxarıda qeyd etdiyim kimi 17 iyun tarixində türmə rəisi aclıq edən sıravi Milli Qvardiyaçıların tələbi ilə erməni təcəvüzkarlarına qarşı döyüşə getmək istəyən qvardiyaçıların siyahısını hərbi prokurora vermişdi. Hərbi prokuror bizi azad edib türmədən buraxacağına söz versə də hiss etmişdim ki, o bizim türmədən buraxılmağımızda tərəddüd edir, bizim günahsız olmağmıza 100 faiz əmin olsa da kimdənsə çəkinir. Buradan onlar bizi özbaşına döyüş bölgəsinə göndərə bilməzdilər. Göndərmiş olsaydılar belə bizə silah verməli idilər. Bizə silah verməkdənsə onlar qorxurdu. Gəncədə güllələnən qvardiyaçıların hələ qırxı çıxmamışdı. Bütün bunları bilməyimə baxmayaraq qvadiyaçılara bir söz deyə bilmirdim. İstəmirdim ki, ümüdlərini qırım. Bizim buradan buraxılmağımız üçün mütləq siyasi hakimiyyət dəyişikliyi baş verməli idi. Necə ki, bu proses ləng olsa da gedirdi. 21 iyun 1993 cü il tarixində radioda axşam xəbərləri veriləndə eşitmişdik ki, Milli Qvardiyaçılar Ağdam cəbhə bölgəsində ermənilərə qarşı döyüşür. Bu xəbəri eşidəndə həddindən artıq sevinmişdik. Qürur hissi keçirdirdik. Mən onu bilirdim ki, Milli Qvardiya döyüşçülərini ölkə rəhbərinin icazəsi olmadan heç kim cəbhə bölgəsinə göndərə bilməz. Ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəysə verilən məlumatlara görə nəməlum istiqamətdə çıxıb getmişdi. Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov tutduqları vəzifələrdən istefa vermişdi. Faktiki olaraq ölkəyə rəhbərlik etmə səlahiyyəti Heydər Əliyev əlində idi. Buradan belə bir nəticəyə gəlmək olurdu ki, Milli Qvardiya döyüşçüləri ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmək üçün cəbhə bölgəsinə yalnız onun göstərişi ilə gedə bilərdi. Milli Qvardiya döyüşçülərinin Ağdam rayonuna ermənilərə qarşı döyüş bolgəsinə göndərilməsi xəbəri həqiqətən bizim üçün gözlənilməz xəbər idi... 23 iyun 1993- cü ildə günortaya yaxın bir xəbər ildırım sürəti ilə türməyə yayıldı. Gəncə şəhər icra hakimiyyətinin başçısı hacı Vaqiflə Gəncə şəhərində kirminal cinayətkarlara rəhbərlik edən Ruslan Rzayev ( Zobik) Gəncə şəhər icra hakimiyyətinin binasında bir-birini güllələyib. Aldıqları güllə yarasından hər ikisi ölüb. Bu xəbəri eşidən Qazaxlı Alik yavaşca mənə dedi ki, gördün, mənim Allahım var, heyf Vaqifdən, o ölməli adam deyildi. Doğurdan da bu hadisədən bir gün sonra, yəni 24 iyun 1993 cü il tarixində günortaya yaxın hərbi prokurorluğun nümayəndələri türməyə gəlib 35-40 nəfər hərbçini azad etdilər. Türmədən azad olunan hərbçilər arasında mən də var idim. Lakin görəndə ki, Milli Qvardiyanın türmədə saxlanılan sıravi heyətindən mənimlə bərabər az adam buraxırlar, prokurora bu barədə iradımı bildirdim, Milli Qvardiyaçıların hamsının türmədən buraxılmayınca kameradan çıxmayacağımı ona söyləyib, yenidən kameraya qayıtdım. Qazaxlı Aliki də həmin gün türmədən buraxdılar. O bizimlə bərabər türmədə yatdığı dövür ərzində mən bildiyimə görə heç bir prokurorluq işçisinə izahat verməmiş, heç prokurorluq işçiləri də ondan izahat almağa cəhd göstərməmişdilər. O vaxtlarlar Alik sirli şəkildə türməyə salındı və sirli şəkildə də buraxıldı. Prokurorluq işçiləri tərəfindən türmədən buraxılanların sırasında onun adı yox idi. Onu bizim gözümüzün qarşısında Surət Hüseynovun mühafizə xidmətinin rəisi Saday adlı bir hərbçi azad etdi... Sonrakı illərdə həmin Saday Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət rəisi general Axundov Vaqif Əlbala oğlu tərəfindən işə götürülüb, baş nazir vəzifəsinə təyin edilmiş Surət Hüseynovun mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilərək kapitan hərbi rütbəsi verildi. Alik Muradov barəsində isə Gəncə hadisələrindən bir neçə il sonra Surət Hüseynovun məhkəməsi zamanı Alik Muradovun ünvanına səsləndirdiyi fikirlərdən məlumatım oldu. Sən demə, 1993- cü ildə Gəncə hadisələri baş verməzdən bir az qabaq Alik Muradov Surət Hüseynovun atasının yas mərasimində Sürət Hüseynova dövlət güc sturukturalarının birinin rəhbərliyindən aldığı məlumata əsasən 1iyun tarixində onun üstünə qoşun yeridib, onu həbs edəcəkləri barədə məlumat verib. ( bax dövlət rəsmi qəzeti olan, Sürət Hüseynovun məhkəməsindən məlumatları öz səhifələrində çap etditən rəsmi və qeyri rəsmi qəzetlətin səhifələrinə, Azərbaycan qəzetinə.) Sürət Hüseynovun məhkəmədə Alik Muradov barəsində səsləndirdiyi bu sözləri eşidib və qəzet səhifələrindən oxuyan zaman Aliklə Gəncə türməsində bir kamerada qaldığımız zaman, onun həqiqətən Ruslan Rzayev tərəfindən türməyə düşməsi səbəbləri indi mənə aydın oldu. İndi mənə aydın oldu ki, o zaman mərhum Ruslan Rzayevin Alik Muradov barəsində onun özünə söylədiyi sözlərdə həqiqət var imiş. Gəncə hadisələrinin fəal iştirakçılarından biri də bizə aydın oldu. (bu faktın araşdırılmasını da tarixçilərin öhdəsinə buraxıram.) 27 iyun 1993- cü ildə Gəncə türməsindən hərbi prokurorluq işçiləri Milli Qvardiya zabitlərindən iki nəfəri və iki nəfər də sıravi qvardiyaçını azad etdilər. Bunlar Milli Qvardiyanın Xüsusi təyinatlı dəstəsinin komandir müavini polkovnik-leytenant Ələkbərov Məmmədqulu Novruz oğlu və Milli Qvardiya alayının Mühəndis istehkamçı bölüyünün komandiri kapitan Mustafayev Vaqif Şakir oğlu və qvardiyaçı iki əmi oğlu olan Qulamov Fəxrəddin Nəriman oğlu və Qulami Rüstəm Kərim oğlu idilər. 1 iyul 1993 cü ildə türmə rəisi kameraya gələrək hamının səbrsizliklə gözlədiyi xəbəri verdi. Bildirdi ki, Milli Məclisinin sədri, prezidentin səlahiyyətlərini yerinə yetirən Heydər Əliyevin birbaşa şəxsi göstərişi ilə bu gün Gəncə hadisələri ilə bağlı həbs olunan butün hərbçilər azad olunur. Heydər Əliyevin göstərişi ilə sizi aparmaq üçün Bakıdan avtobuslar göndərilib. Türmə rəisinin verdiyi bu şad xəbərin sevincindən hamı əl çalırdı. Hətta türmədə əli silahlı bizim keşiymizi çəkən əsgərlər də sevincimizə qoşulmuşdular. Bizi türmədən buraxmaq üçün hərbi prokurorla bərabər Surət Hüseynovun mühafizə xidmətinin rəisi Saday da gəlmişdi. Biz kameradan çölə çıxan zaman o Milli Qvardiya alayının qərargah rəisi vəzifəsində olan Ağayarov Zakir Nəsrulla oğlunun çiynində mayor rütbəsini görüb onu saxladı və ona bildirdi ki, onlar yalnız mayordan aşağı rütbəli şəxsləri azad edirlər. Tərs kimi Zakir Ağayarov türmədən buraxıldığımız vaxtdan iki gün əvvəl bekarçılıqdan cibində gəzdirdiyi mayor rütbəsini çiyninə taxmışdı. Onun buraxılması üçün biz Sadaydan çox xahiş etsək də o Zakiri buraxmadı. Zakir Ağayarovu türmədə tək qoymamaq üçün leytenant Rzazadə Gennadi Dilavər oğlu özünü Sadaya mayor kimi qələmə verib, Zakirlə bir yerdə kamerada qaldı... İyulun 1-də bizi türmədən azad edib, avtobusla Bakıya yola saldılar. Həmin gün saat 16 radələrində Bakıya gəlib çatdıq. Hərə öz evinə gedib ailəsini sevindirdi. Mən bizimlə türmədə olan hərbi mükələfiyyətli Milli Qvardiyanın əsgərlərini də Gəncədən gələn günü evlərinə buraxdım. Onların çoxu Bakıda yaşayırdılar...
Ardı var...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|