Tural Abbaslı və Ellada Məmmədlidən Müsavat rəhbərliyinə sərt mesajlar... - “Müsavatçıları söyənləri vəzifə ilə mükafatlandırırlar”
Tarix: 21-10-2014, 12:54 | Çap et
Müsavatda başqanlıq seçkilərindən sonra narazılıq və polemikalar səngimək bilmir. Hər keçən günü yeni iddialar meydana çıxır. Əsas narazılıq isə hazırkı başqan Arif Hacılı və başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları arasında gedir. Başqanlığa gənclərin namizədi olmuş Tural Abbaslı və onun gənc komandası bu proseslərdə susqun görünür.
Tural Abbaslı musavat.com-a açıqlamasında özünün və tərəfdarlarının proseslərdə susqun görünməsinə belə aydınlıq gətirdi: “Qurultaydan keçən 20 gün ərzində hələ də problemlərin qaldığı doğrudur. Bunlar partiya üzvlərinin sosial şəbəkələr və mətbuatda səsləndirdikləri fikirlərdə daha aydın görünür. Hər keçən gün gərginlik daha aydın şəkildə görünür. Seçkidən qabaq belə fikir var idi ki, seçkiqabağı yaranan emosional hisslərdir. Təəssüf edirik ki, 20 gündür baş verənlər səngimir. Alovlana-alovlana gedir. İstefalar olanda mən bunun qarşısının qısa zamanda alınmasını qeyd etmişdim. Bu fikirlərimizi partiya rəhbərliyinin nəzərə almadığı ortadadır. Çalışmalıyıq ki, hər bir üzvümüzü qoruyaq. Qarşıdan parlament seçkiləri gəlir. Biz buna hazır olmalıyıq. İndiki partiya rəhbərliyi bu məsuliyyəti dərk etməlidir. Biz susqun deyilik. Problemləri hamıdan gözəl bilirik. Ən çox səs toplamış namizədlərin tərəfdarları arasında “soyuq müharibə” gedir. Təəssüf ki, bu reallıqdır. Biz bu məsələnin həllinə çalışırıq. Sosial şəbəkələrdə və mətbuatda yox, partiya daxilində. Bu baxımdan mövqeyimiz susqun görünə bilər. Amma qətiyyən belə deyil. Biz narazı tərəflərlə, istefa verənlərlə görüşmüşük. İstefa qərarının yanlış olduğunu bildirmişik. Partiya daxilində görüşlər keçiririk. Çıxış yolları axtarırıq. Bunlar bizim borcumuzdur. Amma təkcə bizlər yox, partiya rəhbərliyi bu məsələdə daha aktiv olmalıdır. Narazı qüvvələrlə görüşlər keçirməli, onları gələcəyə inandırmalıdır. Seçkidən sonra artıq “mənim tərəfim” anlayışı qalmır. Müsavat başqanı bütün partiyanın başqanıdır. Bütün partiyanı qucaqlamağı bacarmalıdır. Güman edirəm ki, Arif bəy lazımı addımları atacaq. Müsavat 100 ildir öz mövcudluğunu qoruyur. Təbii ki, istəyirik daha güclü Müsavat olsun”.
Tural Abbaslı Müsavat Məclisinə düşə bilməməsi ilə bağlı bunları dedi: “Mən və tərəfdarlarım obyektiv və subyektiv səbəblərdən Məclisə düşmədik. Bu məsələni texniki anlaşılmazlıqla izah etməyə çalışırlar. Biz heç kəsə bununla bağlı etiraz bildirmirik. Seçkinin nəticəsini tanıyırıq. Amma düşünmək lazımdır ki, Müsavat rəhbərliyində partiyanı irəli aparmaq gücündə olan şəxslər təmsil olunmalıdır. Buna şərait yaradılmalıdır. Artıq “mənim tərəfim”, yaxud “mənim əks tərəfim” anlayışları ilə seçkilər keçirilməməlidir”.
Başqanlığa keçmiş namizəd oktyabrın 25-də keçiriləcək Məclisə seçkilərdə boykot ehtimalının ola biləcəyini də qeyd etdi: “Bu ayın 25-də keçiriləcək seçkilərdə iştirakla bağlı qəti qərar verməmişik. Boykot ehtimalı var. Çünki artıq insanlar seçkidən-seçkiyə narazı qalırlar. Mənəvi zədə alırlar. Bunu haqsızlıq hesab edirlər. İnsanları namizədliyini verməyə məcbur etmək də olmur. Çalışacağıq qərara gələk. 25-də Müsavat Divanında 10 yerə seçkilər keçiriləcək. Bunları yanlış hesab edirəm. Məclisdə də dedim. Partiyanın bir orqanı formalaşmadan digərinə seçkilərin keçirilməsi tamamilə yanlışdır. İnsanları fakt qarşısında qoymaq olmaz. Elə müsavatçılar var ki, Məclisə belə düşməyiblər. Amma Divanda təmsil olunmağa layiqdirlər. Son seçkilərdə 6 nəfərin Məclisə düşməyi Divan seçkilərinə bir işarədir. Güman edirəm ki, belə seçkilər davam edərsə, vəziyyət gərginləşəcək. Divana seçkilər olsa, partiyada vəziyyət heç də xoş olmayacaq. Məclisə əgər namizəd olub seçilsək, namizədliyimizi Divana verəcəyik. Mən yenə qeyd edirəm ki, Müsavatın sıravi üzvü olmaq belə mənə fəxrdir. İndiyə qədər partiyanın güclənməsi üçün etdiklərimizin artığını etmək bizim üçün daha fəxrdir. Əgər müsavatçılar bizi layiq görsələr, Müsavatın varlığını qoruması üçün yox, hakim partiya olması üçün çalışacağıq. Vəziyyətin bu yerə çatması hazırki başqanın mövqeyindən asılıdır. “Mən düz deyirəm, qarşı tərəf səhvdir” anlayışı indiki situasiya uyğun deyil. Hamı düşünməlidir ki, partiya hamımızındır. Bu, 4 illiyə hesablanmış partiya deyil. Hərə üzərinə düşəni dərk etməlidir. Dərk etmək də şərt deyil. Uğurlu addımlar atılmalıdır”.
Seçkilərdə Qubad İbadoğlunun tərəfdarlarından olmuş, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli baş verənlərlə bağlı daha kəskin danışdı: “Seçkidən bir müddət keçməsinə baxmayaraq, hələ də pozuntularla bağlı şikayətlərə baxılmayıb. Vaxtında şikayətləri təqdim etdikdə müxtəlif bəhanələr gətirərək, onu bizdən qəbul etməmişdilər. Şikayət e-mail poçtla göndərildikdən sonra video çarxı bəhanə edirlər. Bu da şikayətlərə obyektiv baxılmasını şübhə altına alır. Verəcəkləri cavab hər şeyi müəyyənləşdirəcəkdir”.
Ellada Məmmədli kimin seçilməsindən asılı olmayaraq, Qadınlar Təşkilatı olaraq sona qədər fəaliyyət göstərəcəklərini söylədi: “Müsavat Qadınlar Birliyi Şura tərəfindən təsdiq olunmuş fəaliyyət proqramı əsasında öz işini davam etdirəcəkdir. Qurultaydan öncə Şuramızın qərarı var. Kimin seçilməsindən asılı olmayaraq, bu qurum öz fəaliyyətini davam etdirəcəkdir. Sıralarımızı genişləndirməklə”.
Müsavatçı qadınların sədri indiyə qədər yeni başqanın gördüyü işlərin qənaətbəxş olmadığından söz açdı: “Yeni rəhbərlik narazı tərəflə eyni masa arxasında problemləri həll etməlidir. Sözdə qucaq açmaq, əməldə geri çəkilmək düz deyil. Görülən işlər məni qane etmir. Gizli qrupun iştirakçıları müsavatçıları təhqir etmələrinə baxmayaraq, vəzifə ilə mükafatlandırıldılar. Belə çıxır ki, opponentlərin tərəfdarlarını kim möhkəm söysə, vəzifə alacaqlar. Gedənlərin qarşısını almaq əvəzinə onlara xəyanətkar damğası vurmaq düzgün deyil. Bu ifadə yüksək məsuliyyət tələb edir. Xəyanətlər isbat olunmalıdır”. \\ musavat.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|