Müsavat Partiyası daxilində böyük parçalanma atmosferi - İsa Qəmbərsiz alınmadı...
Tarix: 5-12-2014, 11:07 | Çap et
Hazırda Müsavat Partiyasının sıravi üzvü olan, başqanlığa namizəd olmuş Qubad İbadoğlu nəhayət ki, müstəqil qurum yaradıb. Belə ki, o özü başda olmaqla, 13 narazı partiya üzvü (Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov, Əlövsət Talışxanlı) Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratdıqları barədə bəyannamə yayıblar. Orada qeyd olunur ki, siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı yaradılan hərəkat barədə fikirlərini bölüşərkən bunun partiya nizamnaməsinə zidd olmadığını deyib: “Bunu istənilən müsavatçı edə bilər. Hərəkat Müsavat Partiyasının strukturlarına paralellik təşkil etmir. Həmin hərəkatda da Müsavat ideologiyası təbliğ oluna bilər”.
Müsavat başqanının müavini Nüşabə Sadıqlı isə hərəkatın yaradılmasına mənfi münasibət bəslədiyini bildirib: “Belə hərəkatın yaradılması ancaq tapşırıqla ola bilər. Yoxsa buna nə ehtiyac vardı? Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur. Bu hərəkatın yaradılması da təbii ki, nizamnamənin əleyhinədir. Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də qurumun yaradılmasının əleyhinəyəm”.
Müsavat başqanlığına sabiq namizəd olmuş Tural Abbaslı bildirib ki, hərəkat və təşkilat yaratmaq müsavatçıların, həm də ora qoşulan digər şəxslərin hüququdur: “Mən və ətrafımdakı şəxslər Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunmayacağıq. Ona görə yox ki, hərəkatı qeyri-qanuni hesab edirik. Ona görə ki, biz fəaliyyətimizi indiki halda partiya daxilində davam etdirəcəyik. Nizamnamədə qeyd edilib ki, partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat Partiyasının üzvü ola bilər”.
Müsavat başqanının müavini Səxavət Soltanlı da bildirib ki, hərəkatı istənilən şəxs yarada bilər: “Qubad İbadoğlunun hərəkat yaratması başqa bir partiya yaratmaq demək deyil. Müsavat Partiyasının üzvü heç bir başqa siyasi partiyanın üzvü ola bilməz, amma ictimai qurumlarda təmsil oluna bilər. Amma istənilən halda hərəkatın yaradılması mənə qeyri-ciddi gəldi”.
Diqqət çəkən odur ki, Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Q.İbadoğlunun yeni yaratdığı hərəkatı müdafiə edib: “Partiya üzvlərinin ictimai hərəkat yaratmasının nizamnamə ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir. Tam səmimiyyətlə hərəkatın yaradılması barədə bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun deyirəm”.
Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclis sədri Tapdıq Abbas Müsavat Partiyasından nə az, nə çox, 500 nəfərdən artıq üzvün onların partiyasına keçmək istədiyini, bunun üçün müraciət etdiklərini açıqlayıb: “Müsavatın bir neçə rayon təşkilatından kollektiv şəkildə AzDP-yə qəbul olunanlar var. Artıq Müsavat faktiki olaraq parçalanıb. Bizim dostlarımız orada hələ də mübarizəni davam etdirirlər. Onlara ”qurultaydan narazılar" deyirlər, əslində onlar narazı deyillər. Həmin şəxslər pozulmuş qaydaların bərpası üçün yollar axtarırlar. Belə görünür ki, onların yolları ayrılacaq və yeni partiya yaranacaq. Sadəcə olaraq, müsavatçı dostlarımızın mübarizəsinə xələl gəlməsin deyə, partiyamıza üzv olanları elan etmirik. Elə rayon təşkilatı var ki, oradan 200 nəfər, eləsi var 70, bəzi rayonlardan isə 150 nəfər sıralarımıza qoşulmaq üçün ərizə veriblər”.
Yaşananlara münasibət bildirən başqan Arif Hacılı deyib ki, partiyanın növbədənkənar qurultayının keçirilməsi üçün heç bir zərurət yoxdur: “Müsavat 8 ildən çox idi növbəti qurultayını keçirə bilmirdi. Maraqlıdır ki, indi növbədənkənar qurultay tələb edən bəzi şəxslər 8 il partiyanın qurultayının keçirilməsinə maneçilik törətməklə məşğul olublar. Bir məsələni tam əminliklə deyirəm. Növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplamayacaqlar. Fraksiya yaradılması isə partiyanın nizamnaməsində nəzərdə tutulmur. Əgər fraksiya yaradılması təşəbbüsləri ciddiləşərsə, partiyanın müvafiq strukturları bu məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəklər. Hərçənd, mən buna inanmıram, hesab edirəm ki, bu məsələ söz-söhbətdən uzağa getməyəcək və fraksiya yaratmağa təşəbbüs göstərənlər buna nail ola bilməyəcəklər. Mən öz təkliflərimi daim irəli sürürəm. Hər kəs şahiddir ki, sülhpərvər əhvaldayam. Qurultaydakı seçkilərin nəticələrindən narazı qalan adamlarla dəfələrlə görüşmüşəm. Bu görüşlərimi bundan sonra da davam etdirmək niyyətindəyəm. Amma hər kəs bilməlidir ki, bu proses əbədi davam edə bilməz. Dekabrın sonu Məclisin toplantısında partiyanın strukturlarının formalaşması prosesi başa çatacaq. Düşünürəm ki, orada partiya Məclisinin sədri də seçiləcək”.
Qeyd edək ki, bir neçə aydır Müsavat daxilində yaşanan narazılığın nəticəsi olaraq hərəkat yaradılıbsa, deməli, fraksiyanın yaradılmasını da gözləmək lazımdır və bu, mümkünsüz variant deyil. Bütün bunlar isə partiyanın xeyli vaxtdır şifahi parçalanmasının sadəcə, yazılı təzahürüdür. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|