Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                 

Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - ŞOK FAKTLAR
Tarix: 24-05-2018, 11:04 | Çap et
Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi

Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini vurğulaması media olaraq diqqətimizdən yayınmadı. F. Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist ARAŞDIRMASI nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 12 heyvan ölmüş, 25-i isə yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı dövlətin rəsmi agentliyi olan AzərTac-a da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin dövlətə olan 412,589 manat borcu silinmişdir.

Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu "cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin" hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara başlamaq istədiyimiz zaman isə saytımıza Fuad Əyyubzadə ilə bağlı şokedici məlumatlar daxil oldu.

Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin "baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid Abdullayevin oğlu İlqar Həbibullayev yazır:

Şirvan Apellyasiya Məhkəməsinin hakimi saxta maliyyə əməliyyatlarında

"Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə həyat yoldaşı Həbibullayeva (Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra onun xəstəliyindən istifadə edərək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə «Azekspert» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus olan «Magistral-Ekspress» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər.

Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları həyata kecirmək üçün faliyyəti bərpa olunmus «Həkəri» Kiçik Müəssisəsindən (hal-hazırki adı «Modern Mexaniki Quraşdırma» MMC) guya nağd pulun daxil olması barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri yazılmışdır.

Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin olmadığını və hakim Ələsgər Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində «Magistral-Ekspress» ASC-yə qarşı saxta məzmunlu iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri götürmüşlər.

Niyyətləri puça çıxan hakim və vəkillər istintaq qarşısında

Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir.

Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa müraciət edərək araşdırılmasını xahiş etmişəm.

Fuad Əyyubzadə iki "rol"da

Bir. «Həkəri» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda istintaq orqanı hansısa səbəbdən Fuad Əyyubzadə adlı şəxsi KM-nin faktiki rəhbəri kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən isə həm də görünür ki, Fuad Əyyubzadə adlı şəxs isə eyni dövrdə «Magistral eksperess» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki müəssisənin maraqlarını necə müdafiə edə bilərdi?

Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və müəyyən başqa niyyətlə edilmişdir.

"Həkəri" KM 18 min manatı niyə unutdu?

İki. Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, «Həkəri» KM «Magistral eksperess» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə «Həkəri» KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir?

«Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında bağlanmış "müqavilə" hanı?

Üç. Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya «Həkəri» KM ilə «Magistral eksperess» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur. Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir. Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında «Həkəri» KM-nin rəhbəri kimi qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması, olmuşsa surəti tələb olunmalıdır.

Layihəsi olmayan "tikintiyə" «Həkəri KM» 268.000 manat ödəyib?

Dörd. Sözügedən müqavilə üzrə guya sifarişçi «Həkəri» KM «Magistral-ekspress» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə sifariş verilmiş «tikintinin» layihə s. kimi hallar ümumiyyətlə heç kimə məlum deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş «Həkəri» KM həmin məbləğin bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı halda «gözünü yumaraq» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir. Maraqlıdır, «Həkəri KM»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?..

Beş. Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir.

Altı. Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin «Həkəri» KM-nin kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir.

Ardı var...

Növbəti sayımızda yuxarıda qeyd olunan suallara cavab olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyik.

Xüsusi qeyd: Xatırladaq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru