Şirəliyevin şirələndiyi Azərbaycan səhiyyəsi... - İTTİHAM
Tarix: 9-07-2018, 11:24 | Çap et
Məşhur bir söz var: “Mənə vicdasınz bir mətbuat verin, cəmiyyəti məhv edim”
Bu sözləri tamamilə Azərbaycan səhiyyəsinə transfer etmək olar.
Bizə bir vicdansız səhiyyə məmurları nəsib olub və onlar cəmiyyətin məhvi üçün nə lazımdırsa əllərindən gələni əsirgəmirlər.
Bu gün xəstəxana, həkim adları gələndə hər kəsin dalağı sancır, insanlar mümkün qədər gec həkimə gedirlər, türkəçarə, xalq təbabəti üsulları ilə sağalmağa çalışırlar. Çünki onları xəstəxanaları qəssabxanalara çevirmiş çoxlu rüşvətxor və savadsız, səhlənkar, xəstəsinə müştəri kimi baxan, onu soğan qabığı kimi soymağa hazır həkimlər gözləyir. İşin bir tərəfi pul qoparılması olsa, dərd yarı, hətta xəstəxanaya sağ girib ölü çıxanların hər ay qeydə alınması normaya çevrilməkdədir.
Məsələn, Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.
Rayonun Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.
Qazaxın Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. R.Mustafayev iyunun 30-da Ağstafa özünə məxsus avtomobildən düşən zaman “VAZ” markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb, ayağından əməliyyat olunubmuş.
Yəni, elə də böyük əməliyyat deyil. Sadəcə xəstə narkozdan ayılmayıb, ya doza çox olub, ya da ümumiyyətlə narkoz vermək olmazmış. İyunun 29-da M.Mustafayevin qohumu, Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib. Anaxeber.Az-ın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin idarəçliyi altında bu iki ölüm faktı təkcə son 1 həftə ərzində baş verib.
İlin statistikasını hazırlasaq, yol qəzalarındakı ölümlərdən sonra ikinci yeri xəstəxanalarda, klinikalarda həkim səhlənkarlığından tələf olan insanların siyahısı tutar. Hər ay ana və uşaq ölümləri, əməliyyat masasında həkim səhlənkarlığından dünyasını dəyişənlərin xəbərləri gəlməkdədir.
Onlar fərq etmir ki, hansı rayon xəstəxanasında can verirlər, dəhşət doğuran reallıq O.Şirəliyevin qurduğu səhiyyə sisteminin insan qəssabı, insan qatili olmasıdır. Həkimlər insana tibbi xidməti biznesə çeviriblər. Bu da faciələrə yol açmaqdadır. Bütün sahələrdə səhlənkarlığa, rüşvətə göz yumulması başadüşüləndir, amma insan sağlamlığına birbaşa cavabdeh olan səhiyyənin rüşvət bataqlığında boğulması xalqa və onun genofonduna xəyanətdir, cinayətdir, gələcək nəsillərə pislikdir.
Əslində, səhiyyədəki problemlərin hansı yerindən başlasan, qandonduran faktlar meydana çıxır: prokurorluğun ifşa etdiyi saxta dərman satan həkimlər, dövlətin xəstəxanalara ayırdığı tibbi ləvazimatların, pereparatların apteklərdə satılması, yaşlı qadının sağlam ayağının səhvən kəsilməsi, baş həkimlərin rayon mərkəzi xəstəxanalarını, doğum şöbələrini rüşvət yuvalarına çevirməsi, ən nəhayət iki gün ölkədə yaşanmış enerji fəlakəti zamanı xəstəxanalarda generatorların olmamasının üzə çıxması O.Şirəliyevin bir nazir kimi Azərbaycan səhiyyəsini qətlə yetirdiyini, rüşvət xərçənginə yoluxdurduğunu, artıq metastaz verməkdə, qan qusmaqda olduğunu bir daha sübut etdi.
Üstəlik, xəstəxanalarda generatorların olmamasını mətbuat və yaxud adi vətəndaşlar iddia etmədi, şəxsən prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirin üzünə dedi, onun yalan danışdığını ortalığa qoydu.
Hələ bu azmış kimi, nazir hamının gülüş obyektinə çevrilən açıqlama verərək yayın istisində bütün cəmiyyəti qəhqəhəyə boğdu. Şirəliyev elan etdi ki, icbari tibbi sığorta sahəsində başqa ölkələr Azərbaycandan nümunə götürürlər. Həmin ölkələrin Mozambik yoxsa Somali olduğunu müəyyən edə bilməsək də, Azərbaycanda icbari tibbi sığortanın olmadığı yeni doğulmuş körpələrə də agahdır. Nazirin bu açıqlamanı verərkən hansı ovqatda olduğunu demək çətindir, amma görünür ki, prezidentin müşavirədə onun yalanının ifşa etməsinə baxmayaraq, əhval-ruhiyyəsi yüksək olub. Anaxeber.Az-ın məlumatına görə, bu ilin ilk 3 ayı ərzində 7 ana ölümü qeydə alınıb. Bu, nazirliyin rəsmi məlumatıdır. Ötən il isə 20 ana dünyasını dəyişib. Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın bu məlumatı sanki heç nə olmamış bir adi statistikadır. Faktiki olaraq, hər bir ölümdə həkim səhlənkarlığı var. Bundan əlavə, özəl klinikalardakı ölümlər, vətəndaşlara qoyulan səhv diaqnozlar, qiymətlərin dəhşətli dərəcədə baha olması və nazirliyin bu soyğunçuluğa müşahidəçi qalması, dövlət tibb müəssisələrində ələbaxımlılıq, dilənçilik açıq şəkildə gedir.
Bunu deputat Elmira Axundova da demişdi. İnsanların Şirəliyevin səhiyyəsinə zərrə qədər etibarı qalmayıb. Ona görə İran, Türkiyə, Gürcüstana üz tuturlar.
Elə məmurlar, nazirlər də Azərbaycan səhiyyəsinə güvənmirlər. Hətta xatırlayırsınızsa, ABŞ öz vətəndaşlarını Bakıdakı apteklərdən dərman almamağa çağırmışdı. Sonda məlum oldu ki, dərman mafiyasında həkimlərlə gömrük generalları əlbir imiş. Belə səhiyyəyə isə nə əcnəbilər, nə öz vətəndaşlarımız bel bağlaya bilər. Şirəliyevin korrupsiyaya bulaşmış idarəçiliyinin nəticəsidir ki, vərəm dispanseri külə dönərək 30 nəfərin diri-diri yanmasına səbəb oldu.
Bəs iyunun 7-də baş vermiş ölüm faktına nazir nə deyə bilər? Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib. G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib. Cinayət işi başlansa da, digər ölüm faktları kimi bu olay da bağlanır, kimsə cəzalandırılmır. Ümumiyyətlə, Şirəliyev əli qana batmış həkimlərinin arxasında dayanır, cəzalandırılmasına imkan vermir, vətəndaşların şikayətlərinə baxılmır.
Bu özbaşınalıq, xəstəxanalardakı rüşvət, səhlənkarlıq günün birində partlayışa səbəb ola bilər. Bir gün nazirliyin qabağında kimsə özünü yandırsa, təəccüblənmərik. Azərbaycan səhiyyəsində rüşvət olmadığını deyən nazirə onlarla video faktlar, şikayətlər göstərmək olar. Son olaraq ATU tələbələrinin rezidentura ilə bağlı keçirdiyi aksiya da nazirliyin mürtəc qərarına etiraz idi.
Klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.
Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər. Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...
Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.
Bütövlükdə isə səhiyyədəki vəziyyətlə bağlı damğanı prezident müşavirədə vurdu və nazir yalanyalançı çıxdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|