Cahangir Hacıyevin xanımının adı “Qara Kəmər”, “Beynəlxalq bank” və “MTN işi”nə necə qarışıb? - İLGİNC
Tarix: 26-11-2018, 10:52 | Çap et
Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Britaniya mediasının da “ulduzu”na çevrilən bu qadının adı zaman-zaman qalmaqallarda, cinayət dosyelərində çəkilib.
Öncə qeyd edək ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı olan 55 yaşlı Z.Hacıyeva Britaniyada İzahedilməyən Sərvət Sərəncamı (UWO) çərçivəsində aparılan araşdırmalara cəlb olunub. O, 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləməklə Britaniya hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Britaniyada məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib. Xanım Hacıyeva saxlanılıb və sonradan yarım milyon dollar qarşılığında ev dustaqlığına buraxılıb. Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, Z.Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.
Britaniyada bu araşdırmalardan 1 il əvvəl, 2017-ci ildə Azərbaycanının hüquq mühafizə orqanları Z.Hacıyeva barəsində həbsli axtarış elan ediblər. “Beynəlxalq bank işi” çərçivəsində aparılan araşdırmalarla istintaqçılar belə bir qərarın verilməsi üçün məhkəməyə üz tutublar. İttihama görə, Z.Hacıyeva Beynəlxalq Bankın xəzinəsindən qanunsuz olaraq özünün pul kartı vasitəsilə 2009-cu ildən bu yana 18 milyon manatdan artıq pul xərcləyib.
Azərbaycan hüquq mühafizə orqanlarının axtardığı Z.Hacıyeva sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. “MTN işi” ilə bağlı da onun adı mətbuatın gündəmində olub. Z.Hacıyeva Beynəlxalq Bankın sıradan müştərilərindən biri olsaydı, barəsində cinayət işinin başlanması haqda xəbərlər ötən illərdə mətbuat səhifələrinə çıxmazdı...
Xanım Hacıyevanın adı ilk dəfə mətbuatın gündəminə 2005-ci ilin fevral-mart aylarında “ayaq” açıb. Həmin vaxt Z.Hacıyeva Bakıda fəaliyyətdə olan adam oğurlayan dəstə tərəfindən oğurlanmışdı. 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi (2016-cı ildə ləğv edilib) Bakının Keşlə qəsəbəsində “Qara kəmər” adlı əməliyyat keçirdi və bankirin həyat yoldaşını girovluqdan azad etdi. Əməliyyat illərlə bağlı qalan sifarişli qətllərin, adam oğurluqlarının bir qisminin də üzərinə işıq saldı. Bundan sonrakı 10 il ərzində E.Mahmudov istədiyini edə bildi. Sanki “Qara kəmər” onun qarantiyasına çevrilmişdi. Bu əməliyyat həm də Eldar Mahmudovun ailəsi üçün də “düşərli” olmuşdu. Sabiq nazirin birinci həyat yoldaşından olan oğlu ilə Zamirə Hacıyevanın ilk evliliyindən olan qızı ailə həyatı qurmuşdular. “Qara kəmər”dən sonra Z.Hacıyeva da, onu oğurlayan bandanın başçısı Hacı Məmmədov da Eldar Mahmudovun əhatəsindən kənarda qalmadılar. Hacı Məmmədov Eldar Mahmudov nazir olduğu illər ərzində cəzaçəkmə müəssisəsinə köçürülmədi, 10 il MTN təcridxanasında saxlanıldı. Mahmudov işdən, bunun ardınca H.Məmmədov MTN-in təcridxanasından çıxandan sonra intihar etdi...
İndi Zamirə Hacıyeva da xoş günlərini yaşamır.
Zamirə Hacıyevanın oğurlanması epizodu ittiham aktına görə belə olmuşdu. C.Hacıyevin həyat yoldaşı Bakıda bahalı salonlardan birinə gedib, oradan çıxanda Hacı Məmmədovun dəstə üzvləri onu oğurlayıblar və maşının yük yerində H.Məmmədovun ikinci xanımı Nailə Quliyevanın Keşlədə yerləşən mənzilinə gətiriblər. Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması haqda demişdi: “Bu, hansısa böyük qüvvənin sifarişi olub. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi”.
2006-cı il avqustun 29-da məhkəmə prosesi zamanı Hacı Məmmədov adam oğurluğu və qətllərlə bağlı sifarişlərin “qəfil və əvvəlcədən bilinən sifarişlər” olduğunu, Zamirə Hacıyevanın oğurlanmasının isə birinciyə aid olduğunu söyləmişdi. Hacı Məmmədov məhkəməsində Z.Hacıyevanın oğurlanması epizodu üzrə verdiyi ifadələrdə olduqca ilginc 2 məqama toxunmuşdu. Demişdi ki, Z.Hacıyevanı uzun müddət saxlamaq fikrində olmayıblar. Amma özlərindən asılı olmayan səbəblərdən qadını 1 ay həbsdə saxlayıblar. Z.Hacıyeva 2005-ci ilin qadınlar bayramını - martın 8-ni H.Məmmədovun Keşlə qəsəbəsindəki evindəki xüsusi saxlanc yerində girovluqda qarşılayıb. Həmin gün Hacı Məmmədov ona 1 vəzifəli şəxsin adından gül bağışlayıb... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|