“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                 

Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb
Tarix: 14-05-2019, 11:10 | Çap et
Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ
ABŞ-ın "Forever Living Products" şirkəti idxal etdiyi məhsulun gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşıb

Gömrük əməkdaşları malın real satış qiyməti ilə deyil, onların özlərinin təyin etdikləri qiymətlər əsasında bəyan olunmasını tələb ediblər

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunduqdan qısa müddət sonra rəhbərlik etdiyi sahə üzrə ciddi islahatların aparılacağını, gömrük prosedurlarının sadələşdiriləcəyini, o cümlədən indiyədək mövcud olan neqativ halların aradan qaldırılacağını və beləliklə, bütün bunların biznes mühitinin inkişafına xidmət edəcəyini bəyan etsə də, hələlik verilən vədlər yerinə yetirilməyib. Odur ki, hələ də xaricdən alınan yüklərin və bağlamaların gömrükdə saxlanılması haqda şikayətlər səngimək bilmir. Eyni zamanda, xaricdən Azərbaycana avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə son qoyulmayıb. Xatırlayırsınızsa, bununla bağlı ötən saylarımızın birində qeyd etmişdik ki, vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna istinad etmədən kalkulyatorda göstərildiyindən artıq ödəniş tələb edirlər. Elə buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər.

Nəzərinizə çatdıraq ki, idxal etdiyi məhsulların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşan müəssisələrdən biri də qida əlavələrinin istehsalı və satışı üzrə ixtisaslaşmış "Forever Living Products" şirkətidir. Bu barədə əldə etdiyimiz məlumatlara keçməzdən öncə adıçəkilən şirkət haqqında qısa bilgi vermək istərdik. Qeyd edək ki, 1978-ci ildə ABŞ-ın Arizona ştatının Scottsdale şəhərində təsis edilən "Forever Living Products" dünyada Aloe Vera məhsullarının becərilməsi, istehsalı və yayılması üzrə ən böyük şirkətdir. Satış həcmi 3 milyard dollardan artıq olan şirkət hazırda dünyanın 140-dan artıq ölkəsində təmsil olunur. Şirkətin ölkəmizdəki nümayəndəliyi isə 2008-ci ildən etibarən "Forever Living Products Azərbaycan" MMC adı altında fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ

İndi isə keçək "Forever Living Products" şirkətinin üzləşdiyi problemə. Beləliklə, adıçəkilən firmanın ölkəmizdəki nümayəndəliyində çalışan şəxslərdən əldə etdiyimiz məlumatlara görə, təxminən 4 ay bundan əvvəl "Forever Living Products" şirkəti Azərbaycana yeni partiya qida əlavələri gətirib. Lakin şirkətin yetkililəri həmin məhsulların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşıblar. Belə ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları heç bir tutarlı səbəb göstərmədən malın real satış qiyməti ilə deyil, onların özlərinin təyin etdikləri qiymətlər əsasında bəyan olunmasını tələb ediblər. Verilən informasiyada deyilir ki, gömrük əməkdaşları şirkətin real məbləğdən daha artıq ödəniş etməsi üçün qida əlavələrinin dərman pereparatları kimi sənədləşdirilməsini qarşıya şərt kimi qoyublar. Halbuki qida əlavələri dərman pereparatları hesab olunmur və bu səbəbdən də "Forever Living Products" şirkətinin məhsulunun gömrükdə saxlanılması qeyri-qanunidir.

Söz yox ki, bütün bunlar, yəni üzləşdiyi süni əngəllər qarşı tərəfin narazılığına səbəb olub. Çünki dünyanın 140-dan artıq ölkəsində təmsil olunan "Forever Living Products" şirkəti bu dövlətlərin hamısına məhsullarını eyni qiymətlərlə ixrac edir. Yəni heç bir ölkəyə fərqli qiymətdə mal ixrac olunmur. Dövlət Gömrük Komitəsinin əməkdaşları isə bunu təsdiq edən, eyni zamanda gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tələb olunan sənədlərə əhəmiyyət vermədən ABŞ şirkətinin məhsulunu 4 aydır ki, gömrükdə saxlayır və ölkəyə buraxılmasına imkan vermir. Məhz bunun nəticəsində "Forever Living Products" şirkətinin 8500 nəfər işçisi 4 aydır ki, işsiz qalıb. Görünən odur ki, bu məsələdə kimlərinsə şəxsi maraqları önə çıxır və adıçəkilən şirkətin məhsullarını əsassız yerə gömrükdə saxlamaqla həmin maraqlarını reallaşdırmağa çalışırlar. O da danılmaz faktdır ki, bu kimi neqativ hallar, qanun pozuntuları həm yerli, həm də əcnəbi iş adamlarına əlavə problemlər yaradır, onların normal fəaliyyət göstərməsinə imkan vermir. Ki, bu da sonda onların Azərbaycanı tərk etməsinə səbəb olur. Yəqin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özü də bilməmiş deyil ki, gömrük əməkdaşları bu cür üsullarla dövlət büdcəsini real gəlirlərdən məhrum edirlər. Halbuki, bu gün dünyanın əksər dövlətlərində gömrük prosedurları yüngülləşdirilir ki, həm idxal, həm də ixrac daim işlək vəziyyətdə olsun. Çünki məhz bu yolla həm dövlət, həm sahibkarlar, həm də əhali qazanır. Lakin "Forever Living Products" şirkətinin Azərbaycana idxal etdiyi qida əlavələrinin gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla üz-üzə qalması belə deməyə əsas verir ki, Dövlət Gömrük Komitəsində kimlərsə bu cür süni əngəllərlə qida əlavələri sahəsində təbii monopoliyanın yaradılmasına çalışır. Yəni görünən odur ki, burada məqsəd yeni inhisarçının meydana gəlməsi üçün "münbit" şəraitin formalaşdırılmasına nail olmaqdır. Əgər belə olmasaydı, o zaman gömrük əməkdaşları şirkətin məhsullarını standart satış qiyməti ilə deyil, özlərinin təyin etdikləri qiymətlər əsasında sənədləşdirilməsini tələb etməzdilər.

Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ

Yeri gəlmişkən, onu da bildirək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əməllərindən təngə gələn "Forever Living Products" şirkəti məsələ ilə bağlı məhkəməyə müraciət edib. Verilən bilgilərə görə, məhz bu, qarşı tərəfin ciddi şəkildə əndişələnməsinə səbəb olub. Çünki məhkəmə iş üzrə müvafiq sənədlərlə, təqdim olunan faktlarla tanış olduqdan sonra adıçəkilən şirkətin xeyrinə, o cümlədən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz əməllərinə görə cəzalandırılmaları haqda qərar qəbul edə bilər. Elə bu səbəbdən də Dövlət Gömrük Komitəsindən "Forever Living Products" şirkətinə məhkəməyə təqdim edilən ərizəni geri götürmək təklif olunub. Bunun qarşılığında isə şirkətin məhsullarının asanlıqla sənədləşdiriləcəyinə dair söz verilib...

Bu arada, məsələnin hüquqi tərəfinə gəlincə, qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Bu isə o deməkdir ki, Dövlət Gömrük Komitəsi "Forever Living Products" şirkətinin məhsullarının, yəni qida əlavələrinin idxal və ixracına qarışa bilməz. Bundan başqa, "Dərman vasitələri haqqında" Qanunun 14-cü maddəsində deyilir ki, bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək məqsədilə bioloji fəallığa malik qida əlavələrini müvafiq icra hakimiyyəti orqanı ekspertizadan keçirir. Əlavələrin ekspertizadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyənləşdirir. Odur ki, ABŞ şirkəti olan "Forever Living Products"un məhsulları bilavasitə qida əlavələri olduğundan Dövlət Gömrük Komitəsinin əməkdaşlarının həmin malların dərman pereparatları kimi sənədləşdirilməsini tələb etmələri qanun pozuntusundan başqa bir şey deyil. Əslində, bunu gömrükçülərin növbəti rəzaləti kimi də dəyərləndirmək olar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru