Qəzənfər Ağayev narazı vətəndaşları belə yola salır... - GİLEY
Tarix: 15-05-2019, 12:34 | Çap et
“İsmayıl bəy onu da vurğuladı ki, Astarada iş tamamlanıb, Lerikdəki işi isə yarımçıq qalıb. Astarada 39 evə baxış keçirən mütəxəssis Astara icra başçısının birinci müavininin xahişi ilə, istisna olaraq, Baxşıyevlərin evinə də baxış keçirib və tərtib etdiyi sənəddə evin doğrudan da qəzalı vəziyyətdə olduğunu, ailənin heş bir şəraiti omayan çadırda yaşadığını qeyd edib”
Bu günlərdə “Hürriyyət”də dərc etdiyimiz “Əgər qulağınız eşitmir, gözləriniz görmür, əlləriniz tutmursa...- FHN-in məsuliyyətsiz qərarı 8 nəfərlik ailəni acınacaqlı vəziyyətdə qoyub” başlıqlı yazıda 4 ildir çadırda yaşayan 8 nəfərlik ailənin düşdüyü ağır durumdan və FHN-nin həmin ailəyə olan biganə münasibətindən söz açmışdıq.
Xatırladaq ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində Astara rayonunun Kijəbə qəsəbəsinin Ovala kəndində yaşayan 8 nəfərdən ibarət Baxşıyevlər ailəsinin 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.
Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.
Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.
Ailə üzvləri dəfələrlə Astara Rayon İcra Başçısına müraciət etsələr də, dərdlərinə əlac edən tapılmayıb, üstəlik icra başçısı Qəzənfər Ağayev onlara söyləyib ki, gedib özlərinə yeni ev tiksinlər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də, bir nəticə olmayıb.
Fövqəladə Hallar Nazirliyindən göndərilən cavab məktubunda sadəcə evin istismar müddətinin başa çatdığı (fiziki köhnəldiyi) qeyd olunub.
Baxşıyevlər ailəsinin düşdüyü ağır durum haqda qəzetimizdə dərc olunan yazılardan sonra şikayətçi Gülbəniz Baxşıyeva bizə zəng vurub sevinclə demişdi ki, “elə indilərdə icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə Astara rayonu İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyadan nümayəndələr gəlib evə baxış keçirdilər və bizə bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinə evimizin vəziyyəti ilə bağlı məlumat yollayacağıq ki, müvafiq tədbirlər görülsün”.
Gülbəyim Baxşıyevin ümid, sevinc dolu səsi bizi də ruhlandırdı. Çox ümid edirdik ki, ən tez zamanda sözügedən problem öz həllini tapacaq və cəfakeş ailə şəraitsiz çadırda yaşamaq zülmündən xilas olunacaq.
Amma ailənin də, bizim də ümidlərimiz boşa çıxdı. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 2019-cu ilin 23 aprel tarixində Astara rayonu Ovala kənd sakini Qiyas Ayaz oğlu Baxşıyevə (Gülbəyim Baxşiyevanın həyat yoldaşı) yolladığı məktubda “Astara rayonunda 2015-ci ilin oktyabr və noyabr aylarında yağan leysan yağışlar və 28 avqust 2018-ci il tarixdə baş vermiş yeraltı təkanların güclü təbii fəlakət törədə bilən hadisələrin təhlükəli hədd göstəricilərindən aşağı olduğundan Sizə tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”,- deyə bildirib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bundan bir neçə gün sonra, aprelin 29-u “Hürriyyət”in sorğusuna yolladığı cavab da eyni məzmundadır: “Bildiririk ki, Nazirliyin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” İnstitutunun mütəxəssisləri Ovala kənd sakini Gülbəyim Baxşıyevanın fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və 27 fevral 2018-ci il tarixdə müvafiq akt tərtib etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Gülbəyim Baxşıyevanın yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi yoxdur. Bu səbəbdən də vətəndaşa tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.
Məktubda xatırlanan FHN-nin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” İnstitutunun mütəxəssislərindən biri ilə əlaqə saxladıq. Soyadını söyləməkdən imtina edən İsmayıl adlı həmin şəxsin sözlərindən məlum oldu ki, iki ay öncə Astarda 2000 yaşayış evinə baxış keçirilib. Araşdırılıb ki, neçə ev tikilib, neçəsi qalıb. Bu evlərdən 603-ü İsmayıl bəyin çalışdığı institutun payına düşüb. Yoxlama bitib, nəticələr çıxarılan məqaqmda Şamaxıda zəlzələ baş verib. Hər kəs işini kənara qoyub, hadisə yerinə getməli olub. Hazırda da bütün idarə sözügedən olayla məşğuldur.
İsmayıl bəy onu da vurğuladı ki, Astarada iş tamamlanıb, Lerikdəki işi isə yarımçıq qalıb. Astarada 39 evə baxış keçirən mütəxəssis Astara icra başçısının birinci müavininin xahişi ilə, istisna olaraq, Baxşıyevlərin evinə də baxış keçirib və tərtib etdiyi sənəddə evin doğrudan da qəzalı vəziyyətdə olduğunu, ailənin heş bir şəraiti omayan çadırda yaşadığını qeyd edib.
İsmayıl bəy qeyd etdi ki, o və həmkarları hərbi rejimdə çalışır. Onlara göstərişdən kənara çıxmaq hüququ verilmir. Bununla belə, icra başçısının sözünü yerə salmayıb, onun acınacaqlı şəraitdə yaşayan ailəyə kömək etmək təşəbbüsünü dəstəkləyib və öhdəliyində olan 39 ev əvəzinə 40 evə baxış keçirib, rəhbərliyə də bu haqda məlumat verib.
Amma Şamaxıdakı zəlzələ bütün işləri təxirə salıb, tərtib olunan aktlar ünvana çatdırılmayıb. Baxış keçirilən 603 evin aktı bu günədək təhvil verilməyib. Yalnız Şamaxıdakı iş yekunlaşanadan və mütəxəssislər Bakıya qayıdandan sonra təhvil-təslim prosesi həyata keçiriləcək.
Qiyas Baxşıyevin bizə yolladığı vatsap yazışması da İsmayıl bəyin söylədiklərini bir daha təsdiqlədi. İsmayıl bəy bizimlə söhbətdən bir gün öncə onunla vatsap vasitəsilə əlaqə saxlayan Qiyas Baxşıyevə də eyni sözləri deyib.
Yaxşı, bəs belə olan təqdirdə, FHN nəyə əsasən Astara İcra Hakimiyyətinə və “Hürriyyət” qəzetinə Baxşıyevklər ailəsinə baxış keçirildiyi və nazirliyə təqdim olunan rəyə əsasən ailəyə kömək edə bilməyəcəklərini bildirir? Axı, son baxışın nəticələri ilə bağlı nazirliyə hələ heç bir sənəd təqdim edilməyib!
“Fövqəlnazir”ə bu cür yanlış məlumat vermək kimlərin marağındadır? Çətin duruma düşən azərbaycanlı ailəsinin vəziyyətini daha da ağırlaşdırmaq kimlərə əl verir?
Göründüyü kimi, suallar çoxdur, cavablar isə hələ yoxdur. Sözügedən məsələni diqqətdə saxlayaraq baş verənlərə aydınlıq gətirməyə çalışacağıq. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
|