“Bu cür evdə yaşamağı heç kim özünə rəva bilmir” - NARAZILIQ...
Tarix: 24-06-2020, 09:49 | Çap et
Ağsu rayonu, Qaraqaşlı kənd sakini Nadirə Qədirovaya məxsus üçotaqlı fərdi ev ötən ilin fevralında həmin ərazidə baş verən güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. DİA.AZ-ın məlumatına görə, Nadirə Qədirova bildirib ki, məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə, həmçinin Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət edib. Hər iki qurumdan nümayəndələr gələrək evə baxış keçiriblər və təmir-bərpa olunmasına dair akt tərtib olunub. Lakin Nadirə Qədirova evinin təmir-bərpasına razı olmayıb:
“Çünki ev bərbad vəziyyətdədir, bünövrəsi yoxdur, 1950-ci ildə kərpicdən tikilib. Dəfələrlə keçmiş icra başçısı Ənvər Seyidəliyevin yanına getdim. Vəziyyəti ona izah etdim. Bizə boş vədlər verdi. Hər dəfə dedi ki, gedin, növbəniz çatanda gəlib, evinizi tikəcəklər. Lakin gəlmədilər, bizi aldatdılar. Yeni icra başçısı Vahid Tağıyev isə deyir ki, evlə bağlı şikayətlə üstümə gəlməyin, bu işə mən baxmıram. Təkrar gedəndə isə bizi qəbul etməyib”.
Nadirə Qədirovanın evinin təmir-bərpası podratçı şirkət “TALEH TT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmalı imiş. Şikayətçinin dediyinə görə, şirkətin rəhbəri Əlşah Dəmirov evin sökülərək, yenidən tikilməsinə razılıq verib: “Orada vəziyyəti izah etdik, dedik ki, külək əsəndə ev yırğalanır, yağış yağanda suyun hamısı içəridədir. Körpə nəvələrim var, qorxuruq ki, ev uçar, uşaqlar altında qalar. Oğlum ustadır, onlara dedik ki, fəhlə işini özümüz görərik. Siz həmin pulun əvəzinə bizə sement və daş verin. Evi tikək, bərpa işlərini də siz edərsiz. Evin ustapulu iki min manat edirdi. Onlar sement və daş verməyə razılaşdılar. Dedilər ki, evi sökün-tökün yerə. Biz sizə sement, daş almağa kömək edəcəyik.
Biz də iki otağı sökdük, birini də yaşamaq üçün saxladıq. Sonra onlara xəbər etdik. Boyunlarına almadılar ki, biz sizə “evi sökün” deməmişik. Üstündən üç ay keçib. İndi də yaxalarını kənara çəkiblər ki, bizlik deyil, özünüz bilərsiniz. Nə oyundursa, baş açmadıq. Şikayət edəcəyimizi deyəndə bildirdilər ki, bizlik deyil, hara istəyirsiniz deyin. Belə insafsızlıq olmaz. Onlara dedim ki, imkanım olsa, sizdən kömək istəməzdim. Bu cür evdə yaşamağı heç kim özünə rəva bilmir. Dedim ki, sən gəlib bu evi təmir etdin. Axı bu ev aşır. Bu il təmir etdin, gələn il ev uçacaq. Deyirdilər ki, koronavirus düşüb ortalığa, tikinti, təmir işləri dayandırıla bilər. Onlar belə deyəndən sonra biz məcbur olub, təmiri qəbul etdik. İndi də ev uçmuş vəziyyətd qalıb”.
Nadirə Qədirova üç körpə nəvəsi ilə qonşuda gecələdiyini deyir. Söyləyir ki, ev qəzalı olduğundan həmin bir otaqda yatmağa qorxur: “Nəvələrimi də götürüb hər axşam qayınım qızının evinə gedirəm. Gəlinimlə oğlum da uçuq damın altında qalıblar. On gün bundan əvvəl möhkəm külək əsirdi. Kafedə qabyuyan işləyirəm. İşdəydim, yarı canım evdə qalmışdı ki, ev uçdu, uşaqlar altında qaldı. Oğlum fikirdən nə günə düşüb. Kənddə neçə adamın evini tikiblər, oturub içində. Hamıya ev tikdilər. Nə işdirsə, mənim evimə çatanda gözləri bağlanır. Bir adam gəlib demir ki, bu ev uçub-tökülür. Bunu da tikmək lazımdır. Prezidentin qərarı olmasa deyərəm ki, yoxdur, uçuq evdə oturmuşuq. Axı qərar verilib, pul ayrılıb. Niyə mənim evimi tikmirlər? Ümid yerim qalmayıb, hamıya ağız açmışam. Çox yerlərə müraciət etmişəm, daha kimlərin qapısını döyməmişəm. Yalvarmışam, yaxarmışam, heç baxan da yoxdur”.
DİA.AZ xatırladır ki, 2019-cu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.
Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.
Zəlzələdən sonra ziyan dəymiş yaşayış evlərində təmir işlərini aparmaq üçün podratçı şirkətlərini Ağsu Rayon İcra Hakimiyyəti müəyyən edib.
2019-cu ilin yanvar-dekabr aylarında Ağsu rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 15 min 246 manat olan 28 tender keçirilib. Ən çox tender keçirən Ağsu rayon İcra Hakimiyyəti olub. Qurum ümumi məbləği 8 milyon 244 min 671 manatlıq tender müqavilələri bağlayıb.
İcra hakimiyyətinin 1 milyondan böyük 3 tender olub. Tenderləri “TALEH TT” MMC, “Dərələyaz – 1” MMC şirkətləri qazanıb. “TALEH TT” MMC ümumi məbləği 3 milyon 304 min manat olan 2, “Dərələyaz – 1” MMC 1 milyon 696 min manat olan 1 tender qazanıb.
Rayonda ən çox tender udan şirkətlər “TALEH TT” MMC və “CEYHUN 1994” MMC-dir. “TALEH TT” MMC şirkəti 4 milyon 574 min 167 manat olan 5 tender, “CEYHUN 1994” MMC ümumi məbləği 142 min 700 manat olan 5 tenderin qalibi olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|