“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                 

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?
Tarix: 25-09-2023, 11:41 | Çap et
Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib...
“Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir”. DİA.AZ bildirir ki, üzləşdiyi problemlə əlaqədar Yenicag.az-a üz tutan vətəndaş Quattrocchi Salatın Məmməd qızı ona məxsus torpaq sahəsinin zəbt olunduğunu və müvafiq məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, mülkiyyət hüququnu bərpa etməyinə imkan verilmədiyini deyir.

Şikayətçinin sözlərinə görə, Elşad Abbasov adlı şəxs ona məxsus olan torpaq sahəsini bir neçə il əvvəl zəbt edərək orada kababxana tikdirib:

“Elşad Abbasovla aramızda məhkəməyə qədər uzanan mübahisə var. Çünki qanunla verilən torpaq şəhadətnaməsi əsasında bizim təxminən 19 kv/m ərazimiz hazırda Elşad Abbasovun istifadə etdiyi əraziyə düşdüyü və tələbimiz əsasında boşaldılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ancaq bundan əvvəl ona bir qonşu kimi bildirdiyim iradlar nəticə vermədi. Elşad Abbasov isə mənə “get, hara müraciət edirsən, et, torpaq mənimdir”, – deyəndən sonra mülkiyyət hüququmu məhkəmə vasitəsilə bərpa etməyə qərar verdim.

Mən Azərbaycan vətəndaşı olaraq başqa nə edə bilərəm? Mənə məxsus olan torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəməyə müraciət etdim. Qarşı tərəf də Bakı İnzibati Məhkəməsində mənə qarşı əsassız iddia qaldırdı. Dövlət şəhadətnaməsi ilə torpaq mənə məxsusdur, sənəddə mənim adım yazılıb. Elşad Abbasov isə ərazimi zəbt edərək orada özünə kababxana tikdirib”.

Salatın Quattrocchi əlavə edib ki, qanunla ona məxsis olan torpaq sahəsinin zəbt edilməsi azmış kimi, sözügedən obyektdən evinə girilib və əmlakına xeyli ziyan vurulub:

“Həmin kababxana mənim eyvanımla üz-üzə tikilib. Evimə bir yerdən girildiyini düşünmürəm”.

Şikayətçi haqlarının məhz hüquq müstəvisində bərpa olunmasına çalışdığını vurğulayaraq, bu işlə əlaqədar davam etdirilən məhkəmə prosesinin illərlə uzanmasından narazılığını ifadə edib:

“Əsas problemlərimdən biri məhz məhkəmənin çox uzanmasıdır. Mübahisə artıq üç ildir, davam edir. Məhkəmə bu işi ekspertizanın, ekspertiza isə məhkəmənin üstünə atır. İndi isə işə baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi Elşad Abbasovun əsassız iddiasını, ümumiyyətlə, icraata götürməməli idi. Ancaq hakim mənə qanunla verilmiş torpaq şəhadətnaməsinin ləğv olunması haqqında qərar çıxarıb.

Əlimdə dəlillərim ola-ola, haqlılığımı sübut edə bilmirəm. Daha doğrusu, edirəm, ancaq illərlə əziyyət çəkirəm. İllərdir, davam edən məhkəmə prosesində üç-dörd hakim dəyişib. Mənim işimə baxan hakim ya işdən çıxarılıb, ya da iş başqa hakimə verilib. Hələ ki cəmi bir hakim prosesi sona qədər apararaq zəbt olunan torpaq sahəsinin qanuni sahibinə, yəni mənə qaytarılması ilə bağlı qərar çıxarıb”.

Xanım Quattrocchinin sözlərinə görə, həmin torpaq sahəsi lap əvvəldən “başıbəlalı” olub və onunla bağlı Elşad Abbasovdan öncə “Ataholding” MMC ilə də uzun müddət mübarizə aparıb: “Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX № 1308321 saylı 29.05.2018-ci il tarixlı Çıxarışa əsasən, mülkiyyəimdə olan həmin torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər – “Ataholdinq” MMC və “İnter-Servis” firması tərəfindən boşaldılaraq mənə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciıət etmişdim.

Məhkəmə araşdırmaları zamanı mülkiyyətimdə olan torpaq sahəsinin 74,79 kvadrat metr hissəsisinin “Ataholding” MMC tərəfindən zəbt olunduğu müəyyən edildi. Mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdı. Buna görə də iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-183/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh “Ataholing” MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kvadrat metr hissəsinin boşaldılaraq mənə qaytarılmasına dair qərar çıxarılıb.

Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilərək zəbt olunmuş 74,79 kvadrat metr torpaq sahəsi boşaldılaraq mənə təhvil verilib. Torpaq sahəsinin təhvil-təslimi zamanı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunaraq torpaq sahəsinin plan və ölçüsü sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatları xüsui cihazlar vasitəsilə müəyyən edilərək göstərilib. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 213020432903 saylı məktubda qeyd olunub ki, torpaq sahəsinin “Plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olub ki, mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsi hazırkı iş üzrə cavabdeh Elşad Abbasov tərəfindən zəbt edilib”.

Şikayətçi bildirib ki, hüquq və qanun onun tərəfində olsa da, “gizli əllər” onun öz haqqını bərpa etməyinə imkan vermir:

“Bu məhkəmə işi barəsində artıq bir sıra qurumlar – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Dövlət Torpaq Komitəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi məlumatlıdır. Dəfələrlə müxtəlif qurumlardan müqayisə aparmaq məqsədilə ekspertiza üçün yardım istəmişəm. Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC 2022-ci il iyunun 21-də Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin Abbasov Elşad İnşalla oğlu tərəfindən zəbt olunduğu ilə bağlı qərar çıxarıb. Ancaq bu qərarın icrasının və həmin torpaq sahəsinin mənə qaytarılmasının qarşısı hər vəchlə alınır”.

Qeyd edək ki, şikayətdə adı hallandırılan Elşad Abbasov “Embawood” şirkətinin təsisçisi və icraçı direktoru, eyni zamanda, Milli Məclisin deputatı Məşhur Məmmədovun qardaşıdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru