Naxçıvanda ehsan necə verilir?
Tarix: 26-08-2014, 19:16 | Çap et
Neçə vaxtdır ehsan mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, bütün ölkə üzrə mənzərəni dəyişmək mümkün olmayıb. Amma Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir yas məclislərində təkcə çay, qənd, limon və xurma verilir. “Media forum” saytı Naxçıvanda buna necə nail olunduğu ilə maraqlanıb. Məsələ ilə bağlı sayt Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Mircəfər Seyidova və Naxçıvan şəhərində yerləşən Came məscidinin axundu Nəbi Salahova müraciət edib.
Mircəfər Seyidov “Media forum”a deyib ki, sadə ehsan vermək ənənəsi muxtar respublikada 10 il əvvəldən başlanıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun atası rəhmətə gedəndə sadə, heç bir israfçılıq olmadan ehsan verildi. 10 il qabaq bu ilk addım oldu, insanlar da bunu səmimi qəbul etdi. Anladılar ki, ehsan süfrəsində təmtəraq heç kəsə xeyir gətirmir. Üç-dörd il əvvəl isə bu qaydalar muxtar respublikanın bütün ərazisinə şamil edildi, ənənə halını aldı. O vaxtdan hüzrü düşən hər kəs, istər rəsmi adam olsun, istər şirkət sahibi, istərsə də sadə vətəndaş eyni səviyyədə məclis verir”.
Naxçıvan Muxtar Respublikasının qazısı onu da qeyd edib ki, muxtar respublika ərazisindəki məscidlərdə cənazənin aparılması üçün “Mersedes” markalı avtomobillər var: “Hüzrü düşən şəxslərdən kimə bu avtomobil lazım olursa, məscidə müraciət edir, maşın ünvandan meyiti gətirir, meyit məsciddə yuyulur, aparılıb dəfn edilir. Bütün bu işlər pulsuz-parasız görülür. Dəfn üçün qəbiristanlıqda pulsuz 2,5 kvadratmetr yer ayrılır”.
Came məscidinin axundu Nəbi Salahov “Media forum”a bildirib ki, ehsan mərasimlərinin sadə formada, israfçılığa yol verilmədən təşkil edilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısının din xadimlərinə, məscid axundlarına, yas aparan mollalara müraciəti də olub: “Dinin tələblərinə əsaslanan təbliğ və izahdan sonra hər kəs buyurulana riayət etməyə başladı. Qaydalar hər yerdə qəbul olundu, minnətdarlıqla qarşılandı. Dinimiz də israfçılığı haram buyurur. Artıq neçə ildir Naxçıvan Muxtar Respublikası ərazisində ehsan süfrələri çay, qənd, limon və xurma ilə açılır, bununla da kifayətlənirik. Rəhmətə gedənin yiyəsi sadə insandır, yoxsa imkanlı, vəzifəlidir – bunun fərqi yoxdur. Qayda muxtar respublikanın hər yerinə aiddir və ona riayət olunur”.
Nəbi Salahov vurğulayıb ki, belə ənənənin oturuşması üçün camaatın əl-ələ verməsi, irəli sürülən təşəbbüsü dəstəkləməsi vacibdir: “Elə adamlar var maddi imkanı məhduddur, belə adamlar hüzrü düşəndə geniş ehsan verə bilməsə kimlərinsə qınaq obyektinə çevrilə bilər. Ona görə muxtar respublikada varlı da, kasıb da qəbul elədi ki, ehsanın bir qaydada verilməsi daha düzgündür. Buna nail olunması üçün dindarlar camaat arasında, yas mərasimlərində təbliğat aparmalıdır, fikirlərini dinin tələbləri ilə əsaslandırmalıdır. Axı dinimiz yol vermir ki, yas sahibi borc alıb ehsan mərasimi təşkil etsin.
Hazırda Naxçıvan Muxtar Respublikasında hər kəsin rəhmətə gedəni üçün eyni məclis qurulur. Varlıların da ehsan süfrəsində çay, qənd, limon və xurmadan başqa heç nə görə bilməzsiniz. Qoyulan qaydaya hamı əməl edir. Ramazan ayında isə ehsanın verilməsi iftar vaxtınadək yubadılır. Hüzrdə iştirak edən şəxs oruc tutan deyilsə, ona görə iftaradək çay içmək istəyirsə, onu gedib evində içir, çünki yas mərasimində çay ancaq iftar vaxtı verilir”.
“Naxçıvandakı ənənənin bütün ölkədə tətbiqinə nail olmaq mümkündürmü” sualına Came məscidinin axundu belə cavab verib: “İslamda insana irqinə, imkanına, kimliyinə görə fərq qoyulmur. İnsan yalnız təqvasına görə fərqlənə bilər, yaxşı insanlar, təbii ki, öndə olar. Necə ki hər kəsi ağ kəfənə tutub dəfn edirik, yas mərasimini də eyni qaydada keçirməliyik. Təklif edirik ki, bu işi hamı qəbul eləsin, qapısında yas düşəndə sadə ehsan versin”.
Qafqaz Müsəlmanları İdarəsi avqustun 26-da açıqlama yayaraq bildirib ki, yas mərasimlərində israfın əleyhinə olduğunu və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: “Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 2011-ci il iyulun 13-də dəbdəbəli ictimaiyyətə toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni idarənin rəsmi saytında (www.qafqazislam.com) yerləşdirilib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|