Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir... - Ramiz Yediyarovun arzuolunmaz günləri...
Tarix: 22-10-2014, 12:42 | Çap et
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun xeyir-duası ilə bu rayonda həyata keçirilən müxtəlif maxinasiyalar, çoxsaylı korrupsiya halları və digər məmur özbaşınalıqlarına dair redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. İlk növbədə qeyd edək ki, aldığımız bu məlumatlardan biri qəzetimizin ötən sayında toxunduğumuz məqama aydınlıq gətirə bilməsi baxımından xüsusi maraq doğurur. Belə ki, mövzuya dair dərc etdiyimiz son materialda qeyd olunmuşdu ki, bir müddət bundan əvvəl Milli Qəhrəman İlham Əliyev adına 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında yeni bağçanın inşası üçün xüsusi ərazi ayrılmışdı. Hətta burada bağça binasının özülü də atılmış və müəyyən başqa işlər də görülmüşdü. Lakin az sonra tikinti işləri qəflətən dayandırıldı. Bu günə qədər də bağçanın inşası yarımçıq saxlanılıb. Ehtimallara görə bu ərazini də Ramiz Yediyarovun “gözü tutub”. Buna görə də nəzərdə tutulan bağçanın yerində bir müddət sonra yeni kommersiya obyektinin ucalacağı tamamilə gözləniləndir.Lakin yeni aldığımız məlumat inşaat işlərinin dayandırılması ilə bağlı bir qədər fərqli ehtimal doğurur. Məlumatda bildirilir ki, analoji vəziyyət hal-hazırda 2 saylı Qumlu kənd orta məktəbinin yaxınlığında inşa olunan digər bir uşaq bağçasının tikintisində də yaşanmaqdadır. Məsələ bundadır ki, bu uşaq bağçasının tikintisini təftiş etmək məqsədilə buraya gələn komissiyaya “inşaatçılar” tərəfindən heç bir sənəd təqdim olunmayıb. Məlum olub ki, tikintini aparacaq müəssisənin müəyyən edilməsi üçün də heç bir tender keçirilməyib. Başqa sözlə desək, rayon rəhbərliyi bağçanı özləri tikib, ayrılan pulları da özləri götürmək qərarına gəliblər. Buna görə də məlumatı təqdim edən mənbə eyni durumun 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında tikilən bağçada da mövcud olması ehtimalını irəli sürüb.Aldığımız digər bir məlumat da Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin yol verdiyi qanun pozuntuları barəsindədir. Həmin məlumatda ilk növbədə bildirilir ki, R.Nağıyev son vaxtlar rayonda fəaliyyət göstərən fermerlərə qarşı tətbiq etdiyi “haqq” yığımlarının yeni, natural formasına əl atıb. Belə ki, mənbənin sözlərinə görə fermerlərdən qoyun sürülərinə örüş sahələrində yer ayrılması məqsədilə indi də iki quzu rüşvət alınır. Lakin bu heç də o demək deyil ki, Rüstəm Nağıyevin Azərbaycan manatına olan rəğbəti azalıb. Məsələn, digər bir məlumatda aqrar məsələlər üzrə müavinin məhz milli valyuta ilə aldığı rüşvətdən bəhs olunur. Bu xüsusda bildirilir ki, bir müddət bundan əvvəl R.Nağıyev Rafiq Nağıyev adlı bir şəxsdən 7000 (yeddi min) manat məbləğində pul alıb. Bunun müqabilində isə Rafiq müəllim həmin şəxsə rayon baytarlıq idarəsinin müdiri vəzifəsini boyun olub. Lakin aradan bir müddət keçdikdən sonra məlum olub ki, bu iş düzələn deyil. Alınan pulu geri qaytarmaq isə Gədəbəy məmurlarına qətiyyən xas olmayan bir cəhətdir. Amma Rüstəm Nağıyev pulu qaytara bilməməsinin səbəbini də aydın şəkildə izah edir. Onun deməyinə görə həmin pul birbaşa Ramiz Yediyarova təhvil verilib. İndi isə bu məbləği başçıdan tələb etmək “yaxşı düşməz”.Yeni aldığımız məlumatlarda adı çəkilən daha bir məmur da Gədəbəy RİH başçısının Gədəbəy şəhəri üzrə nümayəndəsi Şahbaz Bayramovdur. Bu məmurun onu yenidən gündəmə gətirən əməli isə, şəhərin mərkəzi su anbarının ərazisindən müəyyən sahəni fərdi yaşayış evinin tikintisi üçün bir vətəndaşa satması olub. Mənbələr bu əməli icra nümayəndəsinin pula olan hərisliyi ilə bağlasalar da, bizim bu xüsusda fərqli mülahizəmiz də var. Məsələ bundadır ki, Şahbaz Bayramov bir müddət bundan əvvəl Gədəbəy rayon Sukanal idarəsinin rəisi vəzifəsində işləyib. Lakin aşkarlanmış mənimsəmə faktları səbəbindən “Azərsu” ASC-nin kollegiyasının qərarı ilə bu vəzifədən azad edilib. Ola bilsin ki, su anbarının ərazisinin satılması da Şahbaz müəllim tərəfindən həyata keçirilmiş bir “qisas aktıdır”...Əlbəttə ki, bu gün Gədəbəydən aldığımız məlumatlarda şəxsən Ramiz Yediyarov tərəfindən yol verilimiş hər hansı qanun pozuntusu barədə açıqlamalara rast gəlməsək, biz özümüz də çox təəccüblənərik. Amma hələ ki, buna heç bir əsas yoxdur. Hətta son aldığımız məlumatda icra başçısının öz əməllərinə Hesablama Palatısının rəhbərliyini də şərik etmək cəhdlərindən bəhs olunur. Məlum olduğu kimi hazırda Gədəbəy rayonunda Hesablama Palatasının əməkdaşlarından ibarət komissiya müvafiq yoxlamalar keçirir. Bu isə rayon məmurlarını son dərəcə narahat edən bir haldır. Buna görə də Ramiz Yediyarov öz ətrafını panikadan qurtarmaq üçün belə bir fəndə əl atıb. Başçı rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya ki, HP-nın rəhbərliyi ilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları “aşkar etməyəcək”. Maraqlıdır, görəsən bu yoxlamaların nəticələri məlum olandan sonra Ramiz Yediyarov hələ ki, ürək-dirək verdiyi məmurlarına nə cavab verəcək..? \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|