Səlim Müslümov tikinti mafiyasının əlində acizmi qalıb? - Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?
Tarix: 13-01-2015, 13:58 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti deyilən bir qurumu var. Onlar nə işlə məşğuldurlar? Əvvəlcə gəlin, kağız üzərində gördükləri rəsmi fəaliyyətlə tanış olaq. Əmək müfəttişliyi adətən iki istiqamətdə «işləyir». Birincisi, əməyin mühafizəsinə dair sənədləri yoxlayır. İkincisi, ümumilikdə əmək münasibətlərinə dair (kadrlarla iş üzrə) bütün sənədləri nəzərdən keçirir. Əməyin mühafizəsinə dair sənədlərə aşağıdakılar şamil olunur: əməyin mühafizəsinə dair təlimat, işçilərin müvafiq təlimatlandırma və tibbi baxışdan (zəruri hallarda) keçmələri barədə diplomlar və arayışlar, təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırma jurnalı.
Kadr sənədlərinə isə təsis sənədləri dəsti, kollektiv müqavilə (əgər müqavilə bağlanıbsa), əməyin ödənilməsinə dair bütün sənədlər (mükafatlandırmalar, əlavələr barədə əsasnamə, hesablaşma vərəqləri), daxili əmək intizamı qaydaları, əmək müqavilələri, iş vaxtının uçotuna dair ştat cədvəli, əməkhaqqı hesablanması tabelləri, xəstəlik vərəqələri aiddir. Bundan əlavə, məzuniyyət qrafiki, şəxsi vərəqələr, əmrlər də bura daxildir. Sözsüz ki, müfəttişlər əmək kitabçalarını, əmək kitabçalarının və onlara əlavələrin hərəkətinin uçotu kitabını da tələb edəcəklər. «Əmək Müfəttişliyinin fəaliyyətini tənzimləyən normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Hər bir sahibkar çek-list - əmək müfəttişliyinin subyektlərə irəli sürdüyü sualların-tələblərin tam siyahısı üzrə öz hazırlığını yoxlaya bilər.
Əmək müfəttişliyinin təqribi görəcəyi işlər bunlardır. Bəs praktikada bu qurumun əməkdaşları öz işlərinin öhdəsindən gəlirmi? Bildiyiniz kimi, Azərbaycanda tikinti ilə məşğul olan böyük bir mafiya mövcuddur. Onların qanunsuz fəaliyyətləri tez-tez ifşa olunsa da, ümumi anlamda dövlət qurumlarının bu sahəyə diqqəti daim güclü olmalıdır. Çünki gördükləri işin yarıdan çoxu qanunsuz əməllərlə doludur. O cümlədən bu sahədə işləyən fəhlələrin hüquqlarını qorumaq, bu sahədəki qanunsuzluqları ortaya çıxarmaq birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyəti çərçivəsindədir. Amma gəlin görək, bu qurum öz səlahiyyətlərindən istifadə edib belə demək mümkünsə, fəhlələrin hüquqlarını işverəndən qoruyurlarmı? Mən bu qurumun 2014-cü ildə tikinti sahəsində hansı işlər gördüyü ilə maraqlandım. Və rəsmi saytlarında yalnız bir fakta rast gəldim. Məlumat belədir.
Azərbaycanda quldarlıq bəyəm ləğv olunmayıb?
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən "Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması növbəti yoxlamalar aparılıb.
Yoxlamalar zamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin başvermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
Əla, deməli, lazımi tədbirlər görülüb. Amma bu tədbirlərin bir nəticəsi olubmu? Əgər əmək müfəttişlərinin etdiyi yoxlamadan təqribən bir həftə keçəndən sonra gedib həmin tikinti şirkətini bir dəfə də jurnalist kimi yoxlasanız heç bir nəticənin olmadığının şahidi olarsınız. Adətən bu cür yoxlamalar sonda kiminsə cibinə müyyən miqdarda pul girəndən sonra necə varıydısa, o cür də davam edir. Yenədə fəhlə müqaviləsiz, günəmuzd qul kimi işləyir, yenə də təhlükəsizlik qaydalarına riayət olunmur. Onda sual yaranır bu yoxlamalar nəyə görədir?
Bir misal çəkim. Özüm ev almaq üçün bir neçə dəfə Şamaxinka deyilən yerə getmişəm. Bu ərazi Bakı ətrafı qəsəbələrin içərisində bəlkə də ən böyük tikinti meydançaslarından biridir. Əksəriyyəti rayonlardan olan minlərlə insan burda qul kimi günəmuzd işlədilir. Hər dəfə ora gedəndə fəhlələrlə söhbət edirəm. Müqavilələrinin olub-olmadığı, xüsusi təhlükəsizlik geyimlərinin verilməsi, harda qaldıqları barədə sorğu-suala çəkirəm. Əksəriyyəti əmək müqaviləsi, təhlükəsizlik geyimləri nədir, anlayışları belə yoxdur. Hansısa işçinin ayağı büdrəyib hündürlükdən yıxılsa və ağır xəsarət alsa, cavab verən belə tapılmayacaq. Fəhlələrə uniforma, kaska və iş prosesində zəruri olan digər geyim növləri verilmir. Fəhlələrin dediyinə görə, hətta bir neçə dəfə bədbəxt hadisə də baş verib. Amma şirkət sahibləri təbii ki, əmək müqaviləsinin olmaması ucbatından sadəcə olaraq, onların obyektlərində belə bir işçinin olmadığını bildirir və bununla da işi ört-basdır edirlər. Əmək qanunlarına önəm verilmir. İşçilər bəzən gecə saatlarına kimi işlədilir. Ona görə də bu cür fəhlələri (qullar desək daha düzgün olardı) yalnız bir şey bilir. Səhərdən axşama kimi işləyib günə 10 manat pul qazanmaq. Onun da 5 manatını evə, arvad-uşağa çörək pulu göndərmək. 5 manatını isə qul olduğunu yadından çıxarmaq üçün arağa verib içmək. Bir az zirəkli olan fəhlə isə 15-20 manat almaq şansını qazanır, bir də yarıtikili binada gecələmk imkanına nail olur. Yəqin ki, minlələ kvadratmetr ərazidə tikilən bu obyektlərdən Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da xəbardardırlar. Xəbardardırlarsa, onda bu ərazilərdə işləyən fəhlələr niyə bu gündədirlər? Bəyəm, bu ölkədə quldarlıq rəsmən qadağan deyil? Özü də tək burda belə deyil. Tam əminliklə deyə bilərəm ki, Bakı və ətrafı, o cümlədən rayonlarda gedən tikinti obyektlərində çalışan fəhlələrin 70-80 faizi müqaviləsiz, günəmuzd qul kimi çalışır. Hələ təhlükəsizlik məsələsini demirəm. Mütəxəssislərin fikrincə, bunların hamısı xərc tələb edir. Bizdə isə bu xərcləri işəgötürən çəkmək istəmir: ”Birinci məsələ odur ki, indi Azərbaycanda tikintini kim gəldi həyata keçirir. Xarici ölkələrdə bunu oturuşmuş, lisenziyası olan, bu sahədə təcrübəsi olan bir neçə şirkət öz üzərinə götürür və bu işləri yerinə yetirir, tikintisini aparır. Bizdə isə fərqlidir. Hərə bir MMC yaradır və başlayır tikinti işi ilə məşğul olmağa, bina inşa etməyə. Və fəhləni hardan gəldi yığır, onlarla heç bir əmək müqaviləsi bağlamır, münasibətlər rəsmiləşdirilmir. Təcrübəsiz fəhlələr yığılır iş başına və sonucda da bədbəxt hadisələr baş verir. İşçilər ən azından 30 parametr üzrə təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Bizdə isə nəinki 30 parametr, heç bir parametr də təhlükəsizlik qaydalarına riayət etmirlər. Məsələn, fəhlələrin işlətdiyi avadanlıqlar fiziki baxımdan aşınıb. Xüsusi təhlükəsizlik balonları ki, var, hara gəldi tullanılır, yəni xüsusi saxlanma qaydalarına əməl olunmur. Fəhlələrin tikinti apardığı yerdə yıxılmamaq üçün setkalar qurulmalıdır ki, onlar qurulmur. Həmçinin inşa işləri gedən yer bürünməlidir ki, oradan hava axıb, fəhlələri soyuqlatmasın, bunlar edilmir. İşçilərə heç bir təlimat verilmir, əyani vəsaitlər yoxdur. Fəhlələrin əmək təhlükəsizliyi ilə bağlı heç bir bilgisi yoxdur. Nəticədə də bu cür bədbəxt hadisələr olur”. Ən maraqlısı və acınacaqlı tərəfi isə ordadır ki, heç kim bu faktları ortaya çıxarmır. Çünki ortada yeyilən pullar var ki, bu da yoxlayana da, yoxlamaya məruz qalana da bəs edir. Ortada yetim-yesirin ahı qalır. Heç olmasa ondan qorxun. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|