Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları - bir məktəbdə pullar necə mənimsənilir...
Tarix: 2-03-2015, 12:58 | Çap et
DİA.AZ: - Təhsil Nazirliyinin (TN) tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu göz qabağındadır. Qeyd edək ki, təhsilin bu sahəsinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri həvəsləndirmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də müsbət nəticələr əldə olunmayıb. Bunun bəzi səbəbləri var. Ən başlıca səbəblərdən biri isə peşə məktəblərinə rəhbərlik edən şəxslərin işlərinə yetəri qədər məsuliyyət göstərməməsidir.
Yəni bu gün bəzi direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarına özəl mülk kimi yanaşır və nəticədə təhsilin keyfiyyəti arxa plana keçirilir. Bu baxımdan Beyləqan Peşə Məktəbində də vəziyyət ürəkaçan deyil. Təhsil ocağında cərəyan edən qanuna zidd məsələlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bundan əvvəl isə qeyd etmək istəyirik ki, məktəbdə əməliyyatçı-mühasib, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, ofisiant, barmen, bufetçi, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, traktorçu-maşinist, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, avtomobillərin təmiri çilingəri, laborant-mikrobioloq, kimyəvi-bakterioloji analiz laborantı və kimyəvi analiz laborantı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. diaaz.space-a daxil olan məlumatlarda deyilir ki, məktəbin direktoru Nazim Məmmədov təhsil ocağının idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsinin acınacaqlı hala düşməsinə zəmin yaradıb:
"Direktorun fəaliyyəti nə şagirdləri, nə də bəzi müəllimləri qane edir. Çünki o Beyləqan Peşə Məktəbindən şəxsi maraqları üçün istifadə edir, təhsilin inkişafı üçün heç bir iş görmür. Belə ki, şagirdlərin təlim məşqi üçün nəzərdə tutulmuş 100 hektar münbit torpaq sahəsində bu gün bir şagird belə olsun təlim məqsədilə traktor və ya kombayn sükanı arxasında əyləşə bilmir. Çünki direktor Nazim Məmmədov heç bir əsas olmadan ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib. Direktor həmin torpaq sahəsini qeyri-qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə verib". Mənbənin sözlərinə görə, Nazim Məmmədov məhz bu tip işlərə daha çox vaxt ayırdığından peşə məktəbində təhsilin səviyyəsi xeyli aşağı düşüb: "Bunun bariz nümunəsi kimi şagirdlərin dərslərə davamiyyətinin pis olmasını göstərmək olar. Dərsə gəlməyən şagirdlər bunun əvəzində təqaüd kartlarını ixtisas rəhbərlərinə təhvil veriblər. Hər ayın axırı şagirdlərin təqaüdü verilən zaman Nazim Məmmədovun adamları "Kapitalbank"ın bankomatlarına baş çəkirlər. Deyirlər ki, əməliyyat başa çatdıqdan sonra toplanan vəsait direktora çatdırılır. Bundan başqa, direktorun digər qanunsuz işləri məktəbdə çalışan insanlarla bağlıdır. Siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi olduğu halda, məktəbə onlardan cəmi 15-20 nəfəri gəlir. Bəzi müəllimlərin adı işdə gedir, amma onlar dərsə gəlmirlər. Qarşılıqlı razılıq əsasında həmin müəllimlərin aylıq maaşını Nazim Məmmədovun adamları alırlar. Direktor səlahiyyətlərindən istifadə edərək bəzi qohumlarını məktəbdə işlə təmin edib. Halbuki, bu "Korrupsiya haqqında" Qanunun 8-ci maddəsinə əsasən ziddir. Çünki vəzifəli məmurun tabeçiliyində qohumlarının işləməsi qəti qadağandır".
DİA.AZ-ın məlumatına görə, ötən il ərzində dövlət büdcəsindən Beyləqan Peşə Məktəbinə üst-üstə 31 min manatdan artıq vəsait ayrılıb: "Bu vəsaitlərin 7000 manatı bərk inventarların alınmasına sərf olunub. Avadanlıqların alınmasına isə 5000 manat xərclənib ki, hər iki əməliyyatı da "Texfon 2013" MMC həyata keçirib. Bundan əlavə Nazim Məmmədovun rəhbəri olduğu təhsil ocağına digər alışlar və xidmətlərin satın alınması üçün də 5410 manat xərclənib. "Miraj-KL" MMC tərəfindən həyata keçirilən proses yeganə olmayıb. Bu MMC vasitəsi ilə həmçinin 9000 manatlıq "Sair xərclər maddəsi" üzrə satınalmalar da həyata keçirilib. Bundan başqa, idarənin digər xərcləri maddəsi üzrə malların alınmasına da eyni şirkət rəhbərlik edib və bu məqsədlə 2000 manat pul xərcləndiyi qeyd olunur. Beyləqan Peşə Məktəbinə hər nə alınıbsa, bunu ancaq iki şirkət həyata keçirib.
Məsələn, "Texfon-2013" MMC yumşaq inventarların alınmasına 3000 manat, digər maşın və avadanlıqların satın alınmasına 7000 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına isə 4900 manat pul sərf edib. Əslində isə, bu işlərin yalnız kağız üzərində həyata keçirildiyi deyilir. Çünki bu qədər vəsaitlə deyilənlərin iki dəfə artığını almaq mümkündür. Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, təhsil ocağı hələ də bərbad vəziyyətdədir. Nazim Məmmədov vəzifədən çıxarılmayana qədər peşə məktəbində təhsilin keyfiyyətinin artacağını gözləmək əbəsdir".
Peşə məktəbinin rəhbərinin kim tərəfindən himayə olunmasına gəlincə isə mənbəmiz bildirdi ki, Nazim Məmmədovun arxasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev dayanıb: "Direktor hər yerdə başçının adını hallandırır və deyir ki, Vaqif müəllim mənə hər cür şərait yaradıb. Halbuki, o icra başçısına yox, təhsil naziri Mikayıl Cabbarova tabedir". Ümid edirik ki, TN rəhbərliyi və digər dövlət qurumlarının rəsmiləri Beyləqan Peşə Məktəbində mövcud olan qanunsuzluqları tezliklə araşdırıb direktoru cəzalandıracaqlar.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
|