670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur - “Elita-R" MTK-nın rəhbəri məhkəmənin qərarını saymır
Tarix: 3-03-2015, 12:25 | Çap et
Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur
Hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan bəzi şirkətlərin müştərilərinə kələk gəlməsi, onları aldatması və hüquqlarını pozması adi hala çevrilib. Aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan tikinti şirkətlərinə qarşı mübarizə tədbirləri həyata keçirsələr də, bu sahədə neqativ hallar azalmaq bilmir.

Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi ev 32, mənzil 15 ünvanında yaşayan Rəhimov Malik Mehman oğlunun etibarnamə üzrə nümayəndəsi Əliyev Qadir Qulu oğlu "Elita-R" Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyindən, konkret olaraq şirkətin rəhbəri Rauf Əliyevdən şikayətçi olduğunu bildirdi: "Hüquqlarını müdafiə etdiyim Rəhimov Malik Mehman oğlu 14 iyun 2011-ci il tarixdə "Elita-R" MTK-dan iki üç otaqlı mənzil alıb. Mənzillərin qarşılığında şirkətə ümumilikdə 115 478 manat pul ödənilib. Şirkətlə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilədə göstərilir ki, pul yüz faiz ödənilib. Malik Rəhimov mənzilləri satmaq istəyəndə "Elita-R" MTK buna imkan verməyib. Biz isə buna etiraz olaraq müqavilə şərtlərinin sona qədər yerinə yetirilməsinə dair iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə qət etdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.6 kvadratmetr olan 65 nömrəli mənzil, həmçinin həmin binanın 2-ci blok 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 105.36 kvadratmetr olan 61 nömrəli mənzil Malik Rəhimova verilməlidir. Qətnamə qanuni qüvvəsinə mindi və icra vərəqəsi açıldı.

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur

Qərar Nərimanov rayon icra şöbəsi tərəfindən icra olundu. Həmin vaxt mənzillər tam təhvil verilmədiyindən icra şöbəsi qərarı kağız üzərində icra etməli oldu". Şikayətçinin sözlərinə görə, MTK rəhbərliyi guya qətnaməni almadığı üçün apellyasiya qaydasında şikayət verib: "Prosessual müddətin bərpasına dair ərizə yazdılar. Suraxanı Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi qarşı tərəfin iddiasını təmin etmədi. Amma Ali Məhkəmə tam qanunsuz qərar qəbul etdi ki, iş baxılması üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilsin. "Elita-R" MTK-nın təsisçisi, heç yerdə adı olmayan Rauf Əliyev qətnamənin icrasına mane olur. O vətəndaşın qanuni əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadəsinə əngəl törədir. Hüquqlarını müdafiə etdiyim şəxs bir ətək pul verib şirkətdən iki mənzil alıb. Şirkətin sahibi Rauf Əliyev isə ona qarşı özbaşınalıq edir. Nərimanov icra şöbəsinin böyük icra məmuru Əlirzayev Müşfiq Bəylər oğlu 06.12.2013-cü il tərixdə Suraxanı Rayon Məhkəməsinin 2 (010)-3282 2013 saylı, 04.10.2013-cü il tarixli icra sənədinə baxaraq qərar qəbul edib. Qərarda deyilir ki, "Elita-R" MTK tərəfindən Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048 49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının ikinci blok 13-cü mərtəbəsində yerləşən 61 və 65 saylı mənzillər Rəhimov Malik Mehman oğluna verilməlidir. İcra sənədi "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun tərtib edilib. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Mövlayev İzzət Əvəz oğlu iddianı qəbul etməyərək bildirdi ki, tərəflərin arasında 2 mənzilin alqı-satqısına dair qüvvədə olan müqavilə olsa da, əslində, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra etməyib. Belə ki, əslində, iddiaçının münasibəti "Vaqif oğulları Holdinq" MMC ilə yaranıb. Həmin MMC-nin direktoru Pirvəliyev Vaqif Qiyas oğlu "Elita-R" MTK ilə beton alqı-satqısına dair müqavilə imzalayıb. İddiaçı da MTK-ya Vaqif Pirvəliyev tərəfindən gətirilib. Mənzillərin verilməsinə dair tərəflərin arasında müqavilə bağlansa da, iddiaçı cavabdehə mənzillərin dəyərini ödəməmişdir. Belə olduğu halda iddiaçı sözügedən mənzilləri tələb etmək hüququna malik deyil. Odur ki, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə isə hesab edir ki, cavabdeh müqavilənin 8-ci bəndində nəzərdə tutulan mənzilləri iddiaçıya təhvil verilməsinə dair öhdəliyi icra etməyə borcludur. Lakin şirkət rəhbəri Rauf Əliyev məhkəmənin qərarlarına, eləcə də ölkənin müvafiq qanunlarına saymazlıq göstərir. Sizdən bu məsələni işıqlandırmağınızı, həmçinin aidiyyəti dövlət qurumlarından hüquqlarını müdafiə etdiyim şəxsə öz köməkliklərini göstərmələrini xahiş edirəm".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru