İsmət Abbasovun "sağ əli" hədəf olmaqdan necə yayına bildi... - Əli Bayramov yaddaşlardan silinməsinə çalışır...
Tarix: 8-04-2015, 12:04 | Çap et
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramov ötən ilin mayında tutduğu vəzifədən azad edilsə də, barəsində yayılan qalmaqallı məlumatlar səngimək bilmir. Xatırladaq ki, Əli Bayramov işdən çıxarılarkən barəsində cinayət işinin açılacağı, dövlətin büdcəsinə vurduğu ziyana görə ağır cəza alacağı haqda xəbərlər yayılmışdı.
Lakin hansısa səbəblərə görə sabiq məmurun həbs məsələsi mətbuatın gündəmindən çıxdı. Apardığımız araşdırmalar isə göstərir ki, Əli Bayramov vəzifədə olduğu müddətdə bir sıra qanun pozuntularına yol verib və o işdən kənarlaşdırılandan cəmi bir ay sonra "Aqrolizinq"də böyük maliyyə maxinasiyalarının üstü açılıb. ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı hətta cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin saytında yer alan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material araşdırılıb.
Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquqi pozuntulara, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, 05 dekabr 2013-cü il tarixinə maddi-məsul şəxsin öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilib. Bununla yanaşı, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması qaydalarının tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş, biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə-fakturalarla 347,8 ton, 31 halda "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"nin, "Torpaq icarəsi haqqında" Qanunun tələbləri gözlənilmədən aidiyyəti dövlət orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanıb. "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölməsi olan Horadiz Aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, filialın hüquqi şəxs statusu olmasa da, ASC və fiziki şəxslərlə lizinq müqavilələri bağlanılmış, lakin faktiki olaraq istifadə hüququ tətbiq edilmiş, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmayan və ya sürücülük vəsiqəsinin vaxtı keçən 5 nəfər fiziki şəxslə müqavilə bağlanmışdır. Bütün baş verənlər onu göstərir ki, "Aqrolizinq" ASC-də aşkarlanan maliyyə maxinasiyalarının başında birbaşa keçmiş rəhbər Əli Bayramov və onun yaxın ətrafı dayanıb. Əldə etdiyimiz məlumatlara görə, sabiq sədr vəzifədə olarkən tenderə verilən sənədləşmələrlə faktiki büdcədən ayrılan vəsaitlərin həcmi arasında böyük fərq olub: "Rəsmi məlumatlara görə, 2013-cü il üzrə "Aqrolizinq"in tenderdən keçən məbləği 44 818 713 manatdırsa, büdcədən ayrılan vəsait 50 milyon manatdan çox olub. Fərq 5 milyon manatdan çoxdur. Bundan başqa, Hesablama Palatasının "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı yoxlama materialında bildirilir ki, ciddi nöqsanlara və qanunsuzluğa yol verilib. Palatanın rəsmi arayışında qeyd olunur ki, ASC rəhbərliyi tendersiz əməliyyatlar keçirirmiş. Əli Bayramovun və ona yaxın şəxslərin nəzarətində bir neçə MMC olub. Adı olub hüquqi ünvanı, yeri-yurdu gizli olan bu MMC-lər dövlət büdcəsinin vəsaitlərindən necə gəldi istifadə ediblər. Dövlət büdcəsinin bu şəkildə qanunsuz talanması hesabına isə sabiq məmur şəxsi kapitalını xeyli artırıb". Uzun müddət "Aqrolizinq"ə rəhbərlik etmiş Əli Bayramovun böyük sərvətə sahib olduğu verilən məlumatlar arasındadır: "Onun "Vorovski"dəki villasının qiyməti 3 milyon manatdan çoxdur. Bu villanın həyətində bir-birindən bahalı maşınlar dayanır. Bundan başqa, Əli müəllimin Xırdalanda böyük torpaq sahəsi var və burda əvvəllər dəvəquşu ferması saxlayırdı. ASC-nin keçmiş rəhbərinin Sumqayıt yaxınlığında da hektarlarla torpaq sahəsinin olduğu deyilir. "Stansiya Sumqayıt" deyilən yerdə yeni üsulla tikilmiş istixanaların rəsmi sənədlərdə Əli Bayramovun yaxın dostu Mahir adlı şəxsə məxsus olduğu göstərilir. Bakı-Quba magistral yolunun yaxınlığında yerləşən istixanalar "EKO-AQRO" MMC-nin balansındadır və burda pomidor yetişdirilir. Həmin pomidorlar isə xarici ölkələrə satılır. Sözügedən şirkət Əli Bayramovun tam nəzarəti altındadır". Yaddan çıxmamış deyək ki, "Aqrolizinq" ASC-nin sabiq sədrinin həbs olunmamaq üçün ölkədən qaçması haqda da xəbər yayılmışdı. Həmin vaxt bərk narahat olan Bayramov ölkədən qaçması və ya həbs olunması barədə yayılmış məlumatların hamısının yalan olduğunu deyib: "Yalandan yazdılar ki, guya mən dövlətin əmlakını yeyib dağıtmışam, ölkədən qaçmışam, prokuror məni tutub dama basıb və sairə. Hamısı yalan idi. Heç dövlətin əmlakını yemək olar? Dövlətin əmlakını yedinsə, demək sonun çatıb. Vaxtilə bizdə də olub ki, bir neçə adam gübrə sataraq dövlətin əmlakını mənimsəyib. Daha sonra onların hamısını tutub həbsə atıblar. Hətta şəxsən özüm vaxtilə şübhələndiyim adamların işini yoxlatdırmışam, işlərində əskiklik çıxdığı üçün adlarını prokurorluğa vermişəm ki, tədbir görsünlər. Dövlətin əmlakı yerində olmalıdır. İndi də bəzi qüvvələr aranı qızışdırmaq və ajiotaj yaratmaq istəyirlər. Ancaq onların istəyi heç vaxt baş tutmayacaq. Yazırlar ki, Əli Bayramov "Aqrolizinq"i yeyib dağıtdı, sonra gedib özünə villa aldı. Bunu yazanlar düşünmür ki, mənim evim neçənci ildə alınıb? İndiyədək yaşadığım bir villadır, o da "Vorovski"də yerləşir". "Od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Əgər Əli Bayramovun qeyd olunan işlərdə əli olmasaydı, adı çəkilməzdi. Odur ki, müvafiq instansiyaların rəhbər şəxsləri sabiq məmurun ASC-dəki fəaliyyət dövrünü dərindən araşdırıb onun barəsində tezliklə lazımi ölçü götürməlidir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
|