"Azenerji" şefi yenidən hədəfə alınır... - Etibar Pirverdiyevin şirkətləri əlindən alınır
Tarix: 4-06-2015, 12:08 | Çap et
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev karyerasında ən çətin günlərini yaşayır. Səlahiyyətlərinin bir hissəsini itirənə kimi ölkənin baş elektriki statusuna sahib olmuş "Azərenerji" rəhbəri şəbəkələşmiş biznesi sayəsində öz "kiçik imperiyasını" yaxın çevrəsinin əli ilə bir müddət rahat idarə edə bilirdi.
Lakin sonradan məlum oldu ki, şəxsi biznesinə aludəçiliyi Etibar Pirverdiyevi əsas vəzifə öhdəliklərindən irəli gələn bir sıra mühüm məsələlərin həllindən uzaq salıb. "Azərenerj" ASC-nin son bir neçə il ərzindəki fəaliyyətinin xarici müstəqil auditor yoxlamaları nəticəsində bu qurumun xeyli ziyanla işlədiyi üzə çıxdı. Halbuki, Etibar Pirverdiyevin paralel "imperiyası" həmin dövr ərzində özünün əsl çiçəklənmə dövrünü yaşayıb. Bəs "Azərenerji"nin halal vəsaitinin azalmasına hansı amillər səbəb olub? Məlumata görə bu sualın cavabını axtaran müvafiq yoxlama qurumları Etibar Pirverdiyevin qeyri-rəsmi sahiblik etdiyi obyektlərdə maliyyə monitorinqi keçirdikdən sonra bəlli olub ki, baş energetikin şəxsi nəzarətindəki özəl şirkətlər əslində onun rəhbərliyindəki Səhmdar Cəmiyyətin ən yaxın tərəfdaşı rolunu oynayıb. Bu "işbirliyi" sayəsində isə milyonlarla manat büdcə vəsaiti həmin şirkətlərə qanunsuz transfer edilib. Qeyd olunur ki, bunun nəticəsində "Azərenerji"nin strukturuna daxil olan bir sıra istehsal müəssisələri acınacaqlı duruma düşüb. Etibar Pirverdiyevin şəxsi biznes nəzarətində olan bir sıra özəl şirkətlərin bank hesablarına külli miqdarda büdcə vəsaitlərinin köçürülməsi və nağdlaşdırılması əməliyyatlarına şəxsən rəhbərlik etməsi onun "kiçik imperiyasını" xeyli çiçəkləndirsə də, bu qanunsuzluqlarda adları hallanan şəxslər yoxlamalardan sonra çox çətin duruma düşüb. Hazırda həmin şəxslərin ciddi sorğu-suala çəkildiyi deyilir. Maraqlıdır ki, həmn şəxslərdən br çoxunun adı Beynəlxalq Bankın kredit qalmaqalında da hallanır. Məlumata görə həmin kreditlər məhz Etibar Pirverdiyevə aid şirkətlər vastəsilə nağdlaşdırılaraq bölüşdürülüb. Lakin "Azərenerji" ASC prezidentini xüsusilə narahat edən bu deyil. Onun birbaşa göstərişi əsasında 2013-cü ildə "Azenco" şirkəti tərəfindən gerçəkləşdirilməsinə başlanmış 32 milyonluq 110/35 kilovoltluq Gədəbəy yarımstansiyası və 110 kiovoltluq Gədəbəy-Zəyəm elektrik verilişi xətlərinin tikintisində üzə çıxan ciddi maliyyə pozuntuları barədə ölkənin ali rəhbərliyi artıq məlumatlandırılıb. Əldə etdiyimiz məlumata görə, layihə üzrə məbləğin bir hissəsi ümumiyyətlə enerji sahəsinə aid olmayan ayrı-ayrı şirkətlərin hesablarına ötürülməklə ciddi saxtakarlıqlara rəvac verilib. Həmin şirkətlərin adını hələlik çəkməyən mənbəmizin bildirdiyinə görə bu məsələ ilk növbədə Etibar Pirverdiyevi ölkənin enerji sistemində istifadə olunan elektrotexniki avadanlıqların, kabel və digər mal-məhsulların alınmasında qüsurlara yol vermiş səlahiyyət sahibi kimi məsuliyyət altında qoyur. Mənbə onu da bildirir ki, hazırda ölkədə Etibar Pirverdiyevin çətiri altında fəaliyyət göstərən və müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş biznes, istehsal və xidmət sahələrinin siyahısı tərtib edilərək aidiyyəti orqanlara təqdim olunub. Bu şirkətlərin arasında ən tanınmışı olan "Azenco" ASC-də həmin siyahıda yer alır. Qeyd edək ki, "Azərenerji" ASC-nin rəhbəri son onilliklər ərzində qazandıqlarına görə məhz 2002-ci ildən fəaliyyət göstərən "Azenco" ASC-yə minnətdar olmalıdır. Nizamnamə kapitalı 7 milyon manata qədər olan bu səhmdar cəmiyyət vasitəsilə hər il büdcə milyonları "Azərenerji" ASC-nin qazancı ilə birlikdə ayrı-ayrı şəxslərin cibinə axır. Etibar Pirverdiyevin xeyir-dua verdiyi "Azenco sınaq və keyfiyyətə nəzarət" MMC-adlı daha bir şirkət isə ölkədə energetika sahəsində gerçəkləşən bahalı layihələrin əsas icraçısı sayılan "Azenco"nun natamam və keyfiyyətsiz işlərini dəyərləndirərək sertifikatlaşdırmaqla məşğul olub. "Azərenerji" ASC prezidentinin himayəsi altında "Azenco" və digər oxşar şirkətlərlə ortaq şəkildə gerçəkləşdirilmiş sözügedən qanunsuz əməliyyatların Etibar Pirverdiyev üçün əməlli-başlı problem yaratması bu baxımdan gözlənilən idi. Səhmdar Cəmiyyətin mərkəzi ofisində məsələdən xəbərdar olan məlumatlı şəxslər artıq bunu "Azerenerji" rəhbərliyinin karyerasında son nöqtə qoya biləcək bir biabırçılıq kimi dəyərləndirir. Odur ki, çevrəsinə aid şirkətlərin əlindən alınması prosesinə start verilməsi ölkənin enerji sektorundan qanunsuz milyardlar əldə edərək oliqarxlaşmış Etibar Pirverdiyev üçün bəd aqibət vəd edir. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
|