ZEYNAL NAĞDƏLİYEV HAKİMİYYƏTDƏ ÖN PLANA KEÇİR
Tarix: 27-06-2012, 18:12 | Çap et
RAMİZ MEHDİYEVİN YERİNƏ HAZIRLANAN PA RƏSMİSİ ƏSAS FİQUR ROLUNDA DİA.AZ: - Yaxın həftələrdə hakim düşərgədə bir neçə icra başçısı tutduğu vəzifədən kənarlaşdırılacaq. Bildirək ki, bir ara bu kimi islahatlar zamanı bəzifələrə təyin olunan əksər icra başçıları iş adamları içərisindən seçilirdi və məqsəd rayonlarda iqtisadi inkişafa nail olmaq idi. Amma bu taktika ümidləri doğrultmayıb.
Bir neçə sahibkar icra başçısı vəziyyəti daha da kritikləşdirib. Bunlardan biri də Abşeron rayon icra başçısıdır.
DİA.AZ-a bununla bağlı hökumət içindəki mənbələrdən daxil olan məlumatda bildirilir ki, indi yeni icra başcılarının yenə də YAP-dan gətirilməsi qərarlaşdırılıb. Maraqlıdır ki, təklif müəllifi kimi, Prezident Adminstrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev göstərilir. Qeyd edək ki, son günlrə Nağdəliyev hakim düşərgə içində favorit fiqurlardan birinə çevrilib ki, burada da birbaşa olaraq prezident İlham Əliyevin ona verdiyi dəstək, göstərdiyi etimad müstəsna rol oynayır.
Məsələn, hakimiyyət üçün vacib bir məqamda Qubada baş verən 1 Mart hadisələrinin nəzarətə alınması üçün iqtidar adından bölgəyə göndərilən nümayəndə heyətinə məhz Zeynal Nağdəliyev rəhbərlik edirdi və hətta rəsmi Bakının ezam etdiyi qrupda yer alan nəqliyyat naziri ziya Məmmədov kimi bir fiqur da ona tabe imiş. Son olaraq isə, prezdient İlham Əliyev vir qrup dövlət qulluqçusunu mükafatlandırdığı zaman Zeynal Nağdəliyevi yenə də diqqətdə saxlamaqla, bunun əksinə olaraq Ramiz Mehdivein kadrlarını təltifdən kənarda qoymaqla PA-nın şöbə müdirinə hansı münasibətdə olduğunu bir daha nümayiş etdirdi.
Xatırladaq ki, Zeynal Nağdəliyev bu gün Ramiz Mehdiyevin yerinə - PA rəhbəri postuna ən şanslı namizəd hesab olunur və ona bu işdə dəstək verənlər sırasında Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın qohumu – digər PA şöbə müdiri Əli Əsədovun da olduğu söylənilir. Qeyd edək ki, Əli Əsədov da bir neçə gün əvvəlki mükafatlandırma zamanı diqqətə alınmışdı.
Xatırladaq ki, Ramiz Mehdiyevin bu gün az qala düşmən kimi gördüyü Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.
1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbacanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi alıb. 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çaışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailələlidir, iki övladı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
|