“KRED-AQRO” VƏTƏNDAŞLARIMIZA NECƏ ZÜLM EDİR?
Tarix: 3-07-2012, 13:53 | Çap et
ETİBAR ƏLİYEVİN HƏBSİ DƏ BƏZİLƏRİ ÜÇÜN SİQNAL ROLUNU OYNAMAYIB
DİA.AZ: - Əvvəllər apteklər, eləcə də baytarlıq aptekləri necə çoxalırdısa, hazırda banklar və banklara bənzər təşkilatlar əlindən rayonlarda tərpənmək olmur. Hər rayon mərkəzində, ən görümlü yerlərdə 5-10 bank yerləşir. Bunlar ya özlərinə yaraşıqlı binalar tikir, ya da ayı 1500-2000 manata mərkəzdəki ən yaxşı binaları icarəyə götürürlər. Kreditorlara verilən pulların faizi isə göz deşir.
Bu barədə Cəlilabad rayonundan DİA.AZ-a eyni vaxtda bir neçə məktub daxil olub. Onların əksəriyyəti rayonda qeyri-bank kimi fəaliyyət göstərən KredAqrodan dad eyləyir. Firdovsi Bayramov, Ziyad Dövlətov və M. Həsənovanın imzaları ilə redaksiyaya daxil olan məktublarda bildirilir ki, bu bank əhalinin ciddi ehtiyac içində yaşadığından faydalanıb pulu ağlagəlməz faizlərlə təqdim edir. Bir çox sakinlər latın qrafikasını bilmədiyindən nəyə imza etdiyini özü də bilmir.
Onların təqdim etdiyi müqavilələrdə hansı şərtlər ki, özlərinə sərfəlidir, onu iri şriftlərlə yazırlar, hansı şərtlər ki, kredit alana sərfəlidir, onu elə yazırlar ki, gərək mikroskopla oxuyasan. Məsələn, belə müqavilələrin sonunda “Bu müqaviləni oxuyun və hüquqşünasla məsləhətləşin. Əgər bu müqavilənin hər hansı müddəası sizə aydın deyilsə, yaxud bu müqavilənin hər hansı maddəsi ilə razı deyilsinizsə, bu müqaviləni imzalamayın” sözləri elə xırda şriftlə yazılıb ki, bunu adi gözlə oxumaq elə də asan deyil. Rəhbərlərinin də adında o qədər mir, mur olur ki, çaşıb qalırsan. Məsələn, Muradov Mirəli Mirhəsən oğlu. Guya bunlar seyid, peyğəmbər nəslindəndir. Peyğəmbər nəsli də xalqa bu qədər zülm verər?
Bu KredAqro qeyri bank sektoruna, necə deyərlər, “əli yanıb ağzına təpənlər” gəlir. Ya ağır xəstəsi olan, ya polisə işə düşən, ya təcili vəzifəyə keçmək istəyən, ya övladının təhsil haqqını verə bilməyən şəxslər bu təşkilata elə halda gəlir ki, hansı şərt desən, ona dərhal razılıq verir ki, təki həmin an 1000-2000 manat pulu ala bilsin. Belə anda 30-35 faiz nədir, həmin adama desən ki, bir barmağını, bir gözünü kəsib, girov qoy, bu pulu verim, bəlkə ona da razılaşarlar.
Həmin kredit verənlərdən insanların bu çıxılmaz durumundan və məlumatsızlığından istifadə edərək, onları ən yüksək faizlərlə yükləyirlər.
Bütün bunlar azmış kimi bu yüksək faizlərdən əlavə kredit almaq istəyənlərdən əlavə pul da istəyirlər. Bunu Cəlilabad sakini iddia edir.
Şikayətçilər bildirir ki, bəzi banklar öncə aşağı faiz təqdim edir. Sonra məlum olur ki, əlavə olaraq xidmət haqqı, sığorta haqqı ödəməli, və aldığın pulun 10 faizini, ya bir ayını dərhal həmin təşkilata qaytarmalısan. Nəticədə faiz 45-50-yə, bəzən də bir az da yuxarı qalxır. Yəni, 1000 manat pul götürən sonda ən azı 1500 manat ödəyir
Proses yüksələn xətlərlə gedir. Cəlilabadlı şikayətçilərin bildirdiyinə görə bu qədər ağır şərtlərə baxmayaraq kredit götürənlərin sayı günbəgün artır. Hazırda kredit götürənlərin az qala yarısı borclarını ödəyə bilmir. Bu səbəbdən olan-olmazını satanlar, ağır xəstəliyə düşənlər, hətta intihar etmək dərəcəsinə gələnlər, ailəsi dağılanlar var. Təkcə Cəlilabad rayonunda 100-dən artıq borclu götürdüyü pulu qaytara bilmədiyi üçün banklar və qeyri-bank sektorları tərəfindən məhkəməyə verilib.
İndi elə ailə yoxdur ki, banka, ya mağazaya borcu olmasın. Bu borcların yaratdığı problemlər ailə münaqişələrinə səbəb olur, bu üzdən dağılan ailələrin sayı artır. M. Həsənova yazır ki, uzun illərdir ki, ağır zob xəstəsiyəm. Krediti götürən oğlumun həyat yoldaşı və qaynanası beyinlərindən cərrahiyyə əməliyyatı olunublar, həkimlərə külli-miqdarda pulları gedib. Nəyə görəsə səhiyyənin pulsuz olmasından ağız dolusu dəm vurulsa da, ürək əməliyyatı bizim şanlı respublikada 10-12 min manatdan aşağı olmur. Ərim ürək xəstəliyindən uzun müddət əziyyət çəkdi, pulsuzluqdan onu əməliyyat etdirə bilmədik və həyatını itirdi.
Hələ də mat qalmışıq ki, niyə Avropanın axırıncı diktatoru Lukaşenkoya 300 milyon dollar 0,01 faizlə verilir, amma öz xalqımıza kredit 45-60 faizlə. Xaricdə yatırılan neft pullarımız isə mətbuatın yazdığına görə digər ölkələrin vətəndaşlarına ən yaxşı halda 4-5 faizlə verilir.
Cəlilabad rayonu Qarazəncir kəndi sakini Bayramov Firdovsi Ağalar oğlu yazır ki, yüksək faiz bir yana, onun yaxın qohumlarından kredit vermək üçün Kredo Aqro əməkdaşları 200 manat əlavə pul alınıb. O daha sonra yazır “Qardaşım Bayramov Ələddin Ağalar oğlu ağcigər xərçəngidir. Bakının müxtəlif xəstəxanalarında onun müalicəsi 8 min manatdan yuxarı pul aparıb. Ancaq heç bir xeyri olmayıb, Müxtəlif müalicə proseduraları keçmək üçün sonra onu 12 dəfə İrana aparmışıq. Qapıdakı maşını, qızıllarımızı, olan-olmazı satıb onun yolunda qoymuşuq. İndi də külli-miqdarda borcun içindəyik və qardaşımın vəziyyəti yenə ağırdır. Qardaşım uşaqları yaranmış külli-miqdarda borcu qaytarmaq üçün Rusiya çöllərində zülümlü işlərdə çalışırlar. Bizim respublikada banklar əhalini dilənçi vəziyyətinə salır, çörək pulu qazanmaq üçün hamı digər ölkələrə üz tutur. Müstəqil olmağımıza peşman olmuşuq. Bu işlərin axırı necə olacaq, ömrü boyu bankların borcunu qaytarmaq üçün qul kimi, gecə-gündüz işləməliyikmi?”
Digər Cəlilabad rayon sakini, Qarabağ müharibəsi veteranı, Dövlətov Ziyad Əsəd oğlu da GredoAqro-nun əlindən dad-aman edir. O yazır ki, bu təşkilat açıq-aşkar soyğunçuluqla məşğuldur. Necə olur, biri-birinə bir daş atanda, 2 toyuq oğurlayanda ona 2-3 il həbs kəsirlər, amma gündüz-günorta çağı xalqın cibinə girir, onu soyur, amma bunu görən yoxdur. Hər il yüzlərlə şəxs Həcc, Kərbəla Məşəd ziyarətinə gedir. Hamı da bilir ki, dində sələm haramdır. Amma bəziləri sələmə pul götürüb ziyarətə gedir. Yaxud elə o sələmə verənlərin sırasında onlarla Kərbəlayı, Məşədi var. Hökumət məmurları - polisi, prokuroru pulunu alıb, susur, heç olmasa din xadimləri, Hacılar, Kərbəlayılar səsini qaldırıb xalqı bu soyğunçuluqdan qorusunlar.
Redaksiyadan: Bu mövzuda redaksiyaya daxil olan həyəcanla dolu məlumatların aradı-arası kəsilmir. Bir çoxu da səsini çıxartmayıb, necə deyərlər, içindən çəkir. Qaldı ki, konkret olaraq Kredo-Aqro-nun Cəlilabad fililalının, buranın rəhbəri tez-tez dəyişdiyi üçün onlarla əlaqə qura bilmədik. Əgər sözləri olarsa, onlara da yer ayırmağa hazırıq.
Yazı çapa gedən ərəfədə isə daha bir neçə bankın əndrabadi işləri barədə məlumat aldıq. Yəqin ki, yaxın vaxtlarda yenidən bu mövzuya qayıdacağıq.
Onu da xatırladaq ki, “KredAqro”nun ən böyük ortaqlarından olan “TexnikaBank”ın sabiq Müşahidə Şurasının sədri Etibar Əliyev hazırda həbsxana həyatı yaşayır. Görünür, bu, kimlər üçünsə hələ dərs hesab olunmur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|