YARDIMLI SƏHİYYƏSİNİN BELİ NECƏ QIRILIR?
Tarix: 14-07-2012, 13:25 | Çap et
OQTAY ŞİRƏLİYEVİN ADAMLARI DAHA BİR RAYONDA BAZAR AÇIBLAR
DİA.AZ: - Redaksiyamıza Yardımlı səhiyysəi ilə bağlı bir məqalə daxil olub. DİA.AZ olaraq bütün ünvanlara açıq olduğumuzdan həmin məqaləni olduğun kimi diqqətinizə çatdırırıq:
“Əvvəla onu deyim ki, rayonumuzda 36 səhiyyə müəssisəsi var. Belə ki, 1 mərkəzi xəstəxana(100 çarpayılıq) və 2 kənd xəstəxanası, 17 tibb məntəqəsi və 16 həkim məntəqəsi vardır ki, bu müəssisələrdə 47 həkim, 119 tibb işçisi çalışır. Rayonun 9 kəndində 5 həkim və 4 tibb məntəqəsi inşaa edilib, 2009-cu ilin mart ayında isə 100 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunub.
Amma açığını deyim ki, bu gün Yardımlıda səhiyyənin təşkili bərbad haldadır və şəksiz ki, bunun da öz səbəbləri var. Daha dəqiqi, bu sahədə özbaşınalıq baş alıb gedir.
Gəlin faktlarla danışaq. Burada dərmanların alınmasından tutmuş xəstələrin ərzağına qədər saxta işlər görülür. Sağlam adamları guya xəstəliklə əlaqədar saxta pensiyaya çıxarırlar. Məsələn, son illər rayonumuzda 168 nəfər böyürək çatışmamazlığından saxta yolla pensiyaya çıxarılıb, hansı ki, bu xəstəliyə mübtəla olan adamlar vaxtaşırı dializ olunmalıdırlar ki, sağ qalsınlar. Amma bu adla pensiyaya çıxarılan “xəstələrin” heç birinin buna ehtiyacı yoxdur, yəni sağlamdırlar. Son bir-iki ayda xəstəxanaya təcili yardım maşınlarını idarə etməkdən ötrü 3 nəfər sürücü kimi işə götürülüb, bunun üçün “D” kateqoriyası tələb olunduğu halda, həmin sürücülərin heç birinin bu kateqoriyası yoxdur.
Bundan əlavə, xəstəxananın istisimardan çıxarılmış maşınlarına belə saxtalaşdırılaraq yanacaq, sürtkü yağı, təkər və s. lazım olan texniki vasitələr yazılıb guya alınır, amma əslində onlara ayrılan vəsaitlər mənimsənilir. Daha bir fakt, xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Məsələn, hər hansı bir dərman aptektdə bir manata satılsa da, bizə verilərkən sənəddə üç-dörd manata alındığı göstərilir. Bundan əlavə, xəstəxanada olmaya-olmaya kimlərəsə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Onların da əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılan “xəstəlik tarixləridir”. Sonra, cərrahiyyə şöbəsində, uşaq xəstəxanasında feldşer çatmadığı halda, təcili tibbi yardım şöbəsində süni yolla feldşer bolluğu yaradılıb.
Bu da ona görədir ki, təcili tibbi yardımda əmək haqqı çox olduğu üçün digər şöbənin feldşerini qarşılıqlı maraq əsasında ora göndərirlər. Yəni, digər şöbələrdə feldşerə ehtiyac olduğu halda, təcili yardımda 3 feldşer ola-ola birini də artıq göndəriblər. Hansı ki, təcili tibbi yardımda bir gündə üç həkim personalına ehtiyac olur. Burada dördüncü feldşer artıqdır. Daha bir fakt, əksər rayon xəstəxanalarında olduğu kimi, bizim də rayonda həkim çatışmamazlığı var. Təxminən 40-dan çox həkim çatışmır. Bu da həkimlərə əlavə olaraq yarımoklad da işləməyə imkan yaradır. İş orasındadır ki, bu məsələdə də ögey-doğmalığa yol verilir.
Məsələn, hansısa şöbənin müdirinə öz işindən əlavə təcili tibbi yardım şöbəsində yarımoklad iş verildiyi halda, təcili tibbi yardımın öz həkimlərinə bu iş verilmir. Guya Səhiyyə Nazirinin göstərişi belədir. Bir sözlə, bizim rayonun səhiyyəsində qeyri-qanuni görülən işlər kifayət qədərdir. Bu gün xəstəxanadakı “xəstəlik tarixləri” araşdırılsa çox şeylər üzə çıxar. Onların böyük əksəriyyəti saxta açılıb. Yəni, hər hansı bir kəsin adı xəstəxanada getsə də, faktiki özü orada olmayıb. Və bu üsulla da ərzaq və dərmanları silərək mənimsəyirlər. Bunu isə tenderdə udmuş təşkilatlar vasitəsi ilə həyata keçirirlər.
Bu belə. Yaxşı, indi mənim sizə bir sualım var. Deyin görək hansı xəstəxanada daha çox xəstə ola bilər - rayon mərkəzi xəstəxanasında, yoxsa kənd xəstəxanasında? Sizcə, kənd xəstəxanasında dərman çox işlənər, yoxsa mərkəzi xəstəxanada? Yəqin ki, mərkəzi xəstəxanada. Amma mərkəzi xəstəxanada işləyən həkimlərin bir neçəsi dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına bunun üçün kənd xəstəxanaları daha əlverişlidir. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır.
Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir. Bunun da arxasında ərzaq, dərman və s. müxtəlif xidmətlərə görə silinən vəsaitlərin mənimsənilməsi durur. Eləcə də “ölü ştat”lar. Təsəvvür edin, mərkəzi xəstəxanada infeksiya şöbəsi var, amma həmin şöbənin harda yerləşdiyini, işçilərinin kimlər olduğunu rayonda bilənlərin sayını barmaqla saymaq olar. Və ya uşaq xəstəxanası, bizim rayon uşaq ölümünə görə ölkədə ön sıralarda gedənlərdən biridir. Bəs, necə olur ki, həmin xəstəxanada bir nəfər də olsun uşaq yatmır? Çünki bu şöbədə də bütün işlər kağız üzərində qurulub...
Bundan əlavə, kadrların yerləşdirilməsində də saxtakarlığa yol verilir. Təsəvvür edin, əgər həkim bir il işləməzsə qanunvericiliyin tələbinə əsasən o, yenidən işə götürülərsə hökmən kursa getməlidir. Amma bizdə elə həkimlər var ki, işə götürülərkən bu tələblər ona şamil edilmir. Məsələn, həkim var ki, il yarım rayonda olmur, geri qayıdan kimi xəstəxanaya işə çıxır...
Xəstəxanada faktiki iki qadın ginekoloq həkim var. Səhiyyə Nazirinin göstərişi ilə həmin həkimlər növbəli şəkildə üç aydan bir stasionar və poliklinikada işləməlidirlər. İş orasındadır ki, bu göstəriş də ciddi şəkildə pozulur və həkimlərdən biri artıq on birinci aydır ki, poliklinikada çalışır. Rəsmiyyətdə isə burada üç ginekoloq çalışır. Amma onlardan biri aybay maaş alsa da, onu işlədiyi üç ildə xəstəxanada “gördüm” deyən çətin tapılar. Hələ bu harasıdır, bir il bundan əvvəl həkimlərin yarımoklad üçün almalı olduqları vəsaiti bilərəkdən altı ay yubadaraq, sonradan mənimsəyiblər. Yəni, həkimlərin adına sənədləşdirilən yarımokladların əməkhaqqısı hansısa razılaşmaya əsasən özlərinə verilməyib, rayon səhiyyəsinin rəhbərliyi tərəfindən mənimsənilib. Daha dəqiqi, hansı həkimə əlavə yarımoklad sənədləşdirilibsə onunla əvvəlcədən razılaşıblar ki, həmin yarımokladın altı aylıq maaşı götürüləcək. Belə ki, həmin ilin iyul ayında yanvar ayı üçün əmr verilib və altı aylıq əməkhaqqı birdəfəlik mənimsənilib. Bundan əlavə, ezamiyyət üçün ayrılan vəsaitlər də saxtalaşdırılır”...
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32 |
|
|
|
• Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19 |
|
|
|
• İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12 |
|
|
|
• “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10 |
|
|
|
• “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05 |
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
|