“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                 

Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür? - İbrahim Mehdiyevə qarşı ittiham
Tarix: 16-02-2016, 11:13 | Çap et
Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?
Bəzən elə bir vəziyyət yaranır ki, bütün lazımi sənədlər, hətta məhkəmə qərarı ola-ola, sizə icazəsini aldığınız obyektin tikintisi və fəaliyyəti üçün heç bir şərait yaratmırlar. Həm də bu maneəçilik təkcə yaşadığın rayonun icra hakimiyyəti tərəfindən deyil, birbaşa başqa rayonun icra başçısı tərəfindən törədilir. Ən maraqlı məqam da odur ki, maneəçilik törədən şəxslər də, bir neçə il əvvəl bu sənədlərə imza atan, möhür vuran şəxslərdir. Qafqaz Xəbər Agentliyi olaraq, bu cür “maraqlı” və absurd halları daim araşdırmış, vətəndaşların şikayətləri və tərəflərin dinlənilməsi əsasında ictimaiyyətə təqdim edirik.

Bu il fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində Xətai RİH-in əməkdaşları tərəfindən Sevinc Oqtay qızı Hacıyevaya məxsus avtomobillərə xidmət məntəqəsi (“moyka”) söküldü və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin Sevinc Hacıyevanın sözlərinə görə, bu söküntü işi ilə bağlı ona heç bir rəsmi sənəd göstərilməyib.

O, Qafqaznews.az-a bildirib ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib. “O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. Lakin təzə açılmışdı ki, Telman adlı şəxs (sakinlərlə söhbət zamanı onun “Təmiz Şəhər ASC-də işləyən Telman Teymurov olduğu, həmin vaxtlar bu şəhərcikdə yaşadığı məlum oldu – red.) dedi ki, “əgər “moyka” işlətmək istəyirsinizsə, ayda mənə 300 manat verəcəksiniz, mən də “yuxarı”lara verəcəyəm”. Sonra Telman guya “sakinlərə narahatlıq” bəhanəsi ilə qapı-qapı düşüb imza topladı, bu ərizə RİH-ə getdi. Hətta bəzi əcnəbi vətəndaşlardan da imza almışdılar. Əksər qonşular sonra dedilər ki, “biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyiblər”. Beləliklə, bir neçə il əvvəl obyekt söküldü.

2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin “moyka”nı bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər. İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın. Sahə inspektoru Valeh Səfərli isə gəldi, həmin adamlarla dedi-güldü, zarafatlaşıb getdi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim müəllimlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim müəllimlə görüşdüm (Vadim Surxayev – red.), o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”. Beləliklə, bu məsələdə biz tək qaldıq. Vəkilim sənədləri hazırlayıb, prokurorluğa və məhkəməyə müraciət edəcəyik”. Qafqaznews.az olaraq, obyektivlik naminə Xətai RİH-ə zəng etdik, adı keçən şəxslərin heç biri yerində yox idi. Bizə dedilər ki, “Vadim müəllimin qəbulu 2-ci və 5-ci günlərdir, onda gəlib danışarsınız”.

Yazıda adı hallandırılan məhkəmə icraçısı Rüstəm İbrahimovla əlaqə saxladıq. O, Sevinc xanıma dediklərini nə təkzib, nə təsdiq etdi: “Mən telefonda sizə heç nə deyə bilmərəm. Xahiş edirəm, Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinə zəng edəsiniz”. Biz Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidovla əlaqə saxladıq. “Mənim bu məsələdən tam məlumatım yoxdur, araşdırmadan tam fikir bildirə bilmərəm. Amma onu deyə bilərəm ki, məhkəmə qərarının icrasının təminatında icraçı məsuliyyət daşıyır. İcraçı məsuliyyət daşıyır ki, orda daş üstündən daş əksik olmasın”.

Tikilinin yüngül konstruksiyalı olduğunu xatırlatdıq, S.Məcidov isə öz növbəsini fikrinə düzəliş etdi: “Hər halda, icraçı bu tikilinin yenidən sökülməsi ehtimalına görə məsuliyyət daşıyır”. “Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru Samir İsmayılov isə bildirib ki, 2005-ci ilin martında verilən sərəncamın 10 il iddia müddəti keçən il bitib: “Əgər Xətai RİH özünün 10 il əvvəlki qərarını ləğv etməyi qərara alıbsa, o zaman Xətai Rayon Məhkəməsinin qərarından appelyasiya şikayəti verməli, bu qərarın qüvvədən salınmasına nail olmalıdır. Xətai RİH-in hüquqları pozulursa, bunu da məhkəmədə əsaslandırmalıdır. Daha yüksək məhkəmə instansiyasının qərarı olmadan, hər hansı fiziki və ya hüquqi şəxs orda gəlib obyekti sökə bilməz. O ki qaldı hansısa tikilini sökməyə, lap qanunsuz olsa belə, tikinti başlamamışdan rəsmi xəbərdarlıq göndərilməli idi”. Sahə inspektoru, polis mayoru Valeh Səfərliyə zəng etdik. O, Sevinc Hacıyevanın dediklərini təkzib etmədi: “Gəldim, gördüm ki, söküntü gedir.

Yaxınlaşdım, RİH-dən Füzuli müəllim və 110 saylı MİS-in rəisi Səbuhi müəllim var idi orda. Dedilər ki, “sökmək tapşırılıb”, tikili qanunsuzdur. Sevinc xanım qərar göstərdi, mən də onlara bildirdim ki, “axı vətəndaşda qərar var”. Dedilər ki, bizdə təsdiq edilməyib. Mən nə edə bilərəm, icra başçısına nə deyə bilərəm?”. Biz vətəndaşın mülkiyyət hüququnu və asayişin təminatında polisin rolun sahə inspektoruna bir daha xatırlatdıq, RİH nümayəndələrinin hər hansı sənəd göstərib-göstərmədiyini soruşduq… lakin yenə eyni cavab aldıq: “Axı mən icra başçısına nə deyə bilərəm?”. 110 saylı MİS-in rəisi Səbuhi müəllim isə bizimlə danışmaqdan imtina etdi: “Bu mənim şəxsi telefonumdur. Danışmamaq hüququmdan istifadə edirəm, bu barədə sizə heç nə bildirmək istəmirəm”. Məsələ ilə bağlı sakinlərin də fikirlərini soruşduq.
Məlum oldu ki, Xətai RİH-in sabiq icra başçısı, hazırda Yasamalın icra başçısı olan İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib. Və “moyka”nın sökülməsində də məhz İbrahim Mehdiyevin rolunun olduğu deyilir. Sakinlərin sözlərinə görə, Telman adlı şəxslə İbrahim müəllimin yaxın münasibəti olub. “Obyektin birinci dəfə sökülməsi də məhz İbrahim Mehdiyevin sifarişi ilə olmuşdu, bunu özü də dəfələrlə sakinlər arasında etiraf edib. On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi”, – deyə sakinlərdən biri qeyd edib. İbrahim Mehdiyevin hələ fəaliyyətə başlamayan obyekti sökdürməkdə əsas səbəb kimi “səs-küy olmasını” göstərdiyi deyilir.

Lakin onunla qonşu olanlar isə deyir ki, “İbrahim müəllimin nəvələrinin səs-küyündən rahatlığımız yoxdur”. Maraqlıdır ki, İbrahim Mehdiyevin yaşadığı bina ilə “moyka”nın yeri arasında 100-150 metr məsafə, o cümlədən bir bina var. O da maraqlıdır ki, rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik obyektlərin, yuyucuların işləməsinə heç bir maneə törətməyən, hətta şərait yaradan icra başçısı yaşadığı şəhərcikdə belə obyektin fəaliyyətinə niyə razı deyil? Görəsən, Yasamal rayonu ərazisində uzun illərdir fəaliyyət göstərən, binalarda sakinlərin rahatlığına əngəl törədən “moyka”larla bağlı da, bu cür “tədbirlər” görülürmü?

Məhz sözügedən obyektin söküntüsü üçün ciddi səbəblər varsa, 2005-ci ildə sözügedən sərəncama möhür vuran, imza atan şəxslərin (o cümlədən, İbrahim Mehdiyevin) fikrini dəyişməsinə səbəb nə oldu? Bu səbəblərə aydınlıq gətirmək üçün, qarşı tərəfi də dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

P.S.Yasamal rayonunda İbrahim Meydiyevə aid olduğu barədə məlumat aldığımız bəzi avtoyuyucuların fotolarını oxuculara təqdim edirik.

Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?
Yasamalın icra başçısı başqa rayonlarda obyekt sökdürür?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru