Burada yaralı barmağa belə çarə yoxdur... - Sözün əsl mənasında
Tarix: 25-02-2016, 10:15 | Çap et
Bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Səmədov Rəşad İltizam oğlu bir müddət bundan əvvəl “Vital” klinikasında əl barmağı üzərində aparılmış cərrahi əməliyyatın ağır fəsadlarından bəhs edir. Rəşad Səmədov bildirir ki, ötən ilin oktyabr ayında, çalışdığı tikintidə sağ əlinin şəhadət barmağını zədələmişdir. Bundan sonra Rəşad Yeni Yasamal massivində fəaliyyət göstərən “Vital” klinikasına müraciət etmişdir. Klinikanın həkimi Emil isə, onun barmağını müayinə etdikdən sonra toxumaların ciddi zədələndiyini bildirmiş və mütləq şəkildə cərrahi əməliyyatın aparılmasının zəruri olduğunu vurğulamışdır. Rəşad Səmədovun sözlərinə görə o, əməliyyatdan öncə çoxsaylı müayinə və laborator analizlərə yönəldilmiş və bu məqsədlərə ümumilikdə təxminən 400 manata yaxın pul xərcləmişdir. Nəhayət, 16.10.2015-ci il tarixində Emil həkim Rəşad Səmədovun barmağını əməliyyat etmişdir. Əməliyyatdan sonra isə, həkim öz pasiyentinə əməliyyatın uğurlu keçdiyini söyləmiş və qısa zamanda onun əmək qabiliyyətinin tam bərpa olunacağını vəd etmişdir. Qeyd edək ki, şikayətçi ayrıca olaraq əməliyyata görə də həkimə 600 manat ödədiyini deyir. Lakin aradan artıq dörd aydan çox müddət keçməsinə baxmayaraq, Rəşad Səmədovun barmağı nəinki sağalmır, əksinə onun ümumi vəziyyəti də getdikcə pisləşir. Şikayətçi bildirir ki, daima hiss etdiyi güclü ağrılar və mütəmadi baş verən temperatur qalxmaları səbəbindən o, bu yaxınlarda Travmatologiya İnstitutuna müraciət etmişdir. Burada isə, müayinədən sonra Rəşad Səmədova bildirmişlər ki, onun barmağının vəziyyəti çox ağırdır və əgər müalicə bir nəticə verməzsə, bu zaman hətta amputasiya da zəruri ola bilər. Bundan sonra Rəşad Səmədov öz iradlarını bildirmək üçün yenidən “Vital” klinikasına müraciət emişdir. Bu zaman şikayətçini klinikanın rəhbəri Afaq Məcidova qəbul edib. Maraqlıdır ki, Afaq xanım Rəşad Səmədova onun rəsmi olaraq klinikaya 90 manat pul ödədiyini bildirib və bu məbləği şikayətçiyə geri ödəməklə, öz funksiyasını tamamlamış hesab edib. Əməliyyatı aparan Emil həkim isə, öz növbəsində Rəşad Səmədova daha 400 manat pul ödəyib. Etiraf edək ki, insan sağlamlığına qarşı belə etinasızlıq, həm də özlərinin yol verdikləri səhv ucbatından yaranmış fəsadlara görə məsuliyyəti belə qeyri-etik şəkildə üzərilərindən atma cəhdlərinə çox nadir hallarda rast gəlmək olar. Şikayətçi isə bildirir ki, məhz “Vital” klinikanın həkimlərinin səriştəsizliyi ucbatından o, artıq dörd aydır ki, əmək qabiliyyətini itirib və evinin dolanışığını təmin edə bilmir. Bu gün isə, hətta barmağını da itirmək təhlükəsilə üz-üzədir. Təbii ki, bütün bunlara aydınlıq gətirmək üçün biz Emil həkimlə də əlaqə saxladıq. Bu həkim isə, sorğularımıza cavab olaraq bildirdi ki, o, ümumiyyətlə Rəşad Səmədovun barmağı üzərində cərrahi əməliyyat aparmayıb və yalnız “biopsiya müayinəsi” keçirib. Əlbəttə, biz heç də tibbi biliklərə malik olduğumuzu iddia etmirik, lakin bununla belə, insanın barmağında “biopsiya müayinəsi” keçiriilməsinə də təəccüblənməyə bilmərik. Ən azından mötəbər mənbələrdə bu termin belə izah olunur: “Biopsiya, nazik iynə vasitəsilə qalxanabənzər vəzdən və yaxud vəzdə olan düyündən bir parça toxuma ya da maye götürülərək mikroskop altında baxmaqdan ötrüdür. İynə vasitəsilə alınan material bir həkim (həkim-sitopatoloq) tərəfindən müayinə olunur və bu toxumada xərçəng hüceyrələrinin olub-olmaması müəyyən edilir...” Anlamadıq ki, bunun Rəşad Səmədovun barmağına və elə şikayətçinin özünün dediyi kimi, bütün “dəm-dəsgahı” ilə keçirilmiş cərrahi əməliyyata nə aidiyyatı var? Təəssüflər olsun ki, bu hadisənin araşdırılması məqsədilə müraciət etdiyimiz klinikanın rəhbəri Afaq Məcidova da bu məsələyə bir aydınlıq gətirə bilmədi. Amma bir tərəfdən də baxanda, rəhbərlik etdiyi tibb müəssisəsinin maliyyə işlərində aşkar saxtakarlıqlara yol verən Afaq xanım bizi maraqlandıran problem barədə tabeliyində çalışan həkimin söylədiklərindən fərqli nə deyəcəkdi ki? Yeri gəlmişkən, “Vital” klinikanın devizini yəqin ki, çoxları görüb: “Özəl insanlar üçün, özəl klinika!” Həqiqətən də çox maraqlı özəllikləri var bu klinikanın. Və bu özəlliklərə Səhiyyə Nazirliyi də diqqət yetirsətdi, heç pis olmazdı...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|