Nazirlikdəki yeyintilər İsmət Abbasovu bitirəcək - İlginc iddialar
Tarix: 8-03-2016, 13:07 | Çap et
Sabiq kənd təsərrüfatı naziri, hazıda isə baş nazirin müavini vəzifəsini icra edən İsmət Abbasovun karyerasına təhlükə yaranıb. «Unikal»a daxil olan məlumata görə, İsmət Abbasovun nazir olduğu dövr araşdırılır. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, artıq bununla bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib. Mənbə deyir ki, bu prosesdə «Aqrolizinq»in keçmiş rəhbəri Əli Bayramov da İsmət Abbasovun əleyhinə ifadə verib. Hətta bu ifadə əsasında keçmiş nazirə cinayət işinin açılması da istisna edilmir. Hələlik qəti qərar olmasa da, yuxarı dairələrin, İsmət Abbasovla bağlı müsbət fikirdə olmadığı aşkar görünür. İsmət Abbasovun kənd təsərrüfatı naziri olduğu sonuncu ilin rəsmi rəqəmlərinə nəzərə salaq. Qeyd edək ki, nazirliyin 2013-cü il üçün büdcəsi 22 milyon manat həddində müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyinə ayrılan dövlət investisiyaları. 2013-cü ildə nazirliyə nə qədər dövlət sərmayəsinin ayrılması üzrə məlumat yoxdur. Ancaq 2005-2012-ci illərdə quruma 10 milyon manat dövlət investisiyası yönəlib. Bu pulların bir qismi nazirliyin inzibati binasının təmir-tikintisinə xərclənib. Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidməti. 2013-cü il üzrə illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb. Bu xidmət daha çox ət dükanlarından xərac yığmaqla məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti. 2013-cü il üçün illik büdcəsi 3,7 milyon manat. 2005-2012-ci illərdə bu quruma 5 milyon manata yaxın dövlət investisiyası yatırılıb. "Sanitar normaları gözlənilmədiyi” üçün obyektlərdən xərac yığırlar. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi. 2013-cü il üzrə büdcəsi 8 milyon manatdır. 2005-2012-ci illərdə bu quruma 55 milyon manata yaxın dövlət investisiyası yatırılıb. Aqrar sektora kreditlər ayırır. Fermerlərin ən böyük narazılığı da bu qurumdandır. Səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” Acıq Səhmdar Cəmiyyəti. 2013-cü il üzrə büdcəsi 35 milyon manat müəyyənləşib. 2005-2012-ci illərdə bu quruma 67 milyon manata yaxın dövlət investisiyası yatırılıb. Dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasını fermerlərə icarəyə verməklə və ya dəyərini hissə-hissə satmaqla məşğuldur. Fermerlər ən çox əziyyəti elə texnikasızlıqdan çəkir. Onu də nəzərə çatdıraq ki, İsmət Abbasovla bağlı unikal.org-a ilginc məlumat daxil olub. Bu barədə sayta verilən məlumatda bildirilir ki, hələ kənd təsərrüfatı naziri olduğu dövrdən indiyə qədər İsmət Abbasovun Sumqayıtda (Bakı-Quba yolu ərazisində) hektarlarla ərazidə "istixana" kompleksi fəaliyyət göstərir. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, nazir həmin ərazidə hektarlarla torpaq alaraq istixana inşa etdirib. İstixanalarda yalnız pomidor becərilir. Həmin məhsulun isə təkcə Azərbaycana deyil, o cümlədən Rusiya və digər MDB ölkələrində satışını həyata keçirir. Bu günə kimi İsmət Abbasovun nazir olduğu dövrdə qazandığı milyonlarla bağlı mətbuatda davamlı yazılar dərc olunub. Diqqətli oxucular xatırlayır ki, bir müddət öncə məlumat verilmişdi ki, Azərbaycandan olan supervarlılar Londonun prestijli kvartallarında dəbdəbəli istirahət üçün gündə təxminən 15 min dollar ödəyirlər. Bu haqda "Business İnsider Australia" nəşri yazır. Nəşrin yazdığına görə, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər "başgicəlləndirici sərvətə malik" varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyirlər. Londonun daşınmaz əmlak agentliyi "EJ Harris" bu zənginlərin istirahət etdikləri olduqca dəbdəbəli mənzillərin bəzilərinin fotolarını da yayıb. Bu mənzillərin təkcə yataq otaqlarının sahəsi orta statistik britaniyalının mənzilinin ümumi sahəsindən çoxdur. Maraq üçün qeyd edək ki, iki il əvvəl o vaxtkı kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun məhz Londonda dəyəri bir neçə milyon dollara çatan mülkü aşkarlanmış və bu geniş rezonans doğurmuşdu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
|