“İdeal-İ-İnşaat”ın daha bir mənzil fırıldağı üzə çıxdı - ŞİKAYƏT VAR
Tarix: 11-03-2016, 12:35 | Çap et
Dünən «Təzadlar»a “İdeal-İnşaat” MMC-nin dələduzluğuna məruz qalmış on çox Bakı şəhər sakinləri şikayətə gəlmişdilər… Onlardan Fuad Nəzərov və digərlərinin söhbət-müsahibəsindən məlum oldu ki, adı çəkilən MMC-nin rəhbəri İsa Məmmədov onların külli miqdarda pul vəsaitlərini mənimsəyib. Belə ki, onlar mənzil almaq üçün əllərində olan son güman yeri olan pullarını verərək (müqavilə bağlanır, pullar qəbzlərlə kassaya ödənilir və s.)İsa Məmmədovun yağlı dilinə inanıblar və paytaxtın mərkəzində (keçmiş “Bakı» mehmanxanasının arxası, Səməd Vurğun bağının tini) tikilən yeni binada mənzil almaq istəyiblər… Lakin İsa Məmmədov onların arzularını 5 ildən çoxdur gözlərində qoyub. Nəinki bu illərdə mənzillər tikilib istifadəyə verilib, əksinə, indi məlum olub ki, ümumiyyətlə, onlar külli miqdarda pul verdikləri, müqavilə bağlayıb öhdəlik götürdükləri mənzilləri başqa adamlara satılıb…
İsa Məmmədovun yeni MMC yaratmaq fırıldağı… «Təzadlar»a təqdim edilən sənədlərdən məlum olur ki, İsa Məmmədov metronun «Xətai» stansiyasının yanında, keçmiş Şüşə zavodunun yerində inşaa etdiyi yaşayış kompleksini tikmək üçün «İdeal-İ-İnşaat» MMC, keçmiş «Bakı» Mehmanxanasının arxasında tikiləcək bina üçün isə «İdeal-V» MMC adlı, başqa ərazilərdə aparılan tikintilər üçün isə başqa adlı MMC yaradaraq tikinti işlərinə başlayıb. Dəbdəbəli adlar, əvvəli qaynar iş şəraiti ilə başlayan tikinti meydançaları, yaraşıqlı texnikalar, tikintinin sürətlə aparılacağına dair inşaat lövhələri… Bunlar, sən demə, İsa Məmmədovun alıcıları tora salmaq üçün istifadə edilən eyni senarilər, zahiri görüntülərdir. Amma atalar demiş, su çanağı suda sınar. Fəlsəfi mənası budur ki, tikinti fırıldaqçılarının da yolu hüquq mühafizə orqanlarının istintaqından, məhkəmə zallarından, həbsxanalardan…keçməlidir! Axı niyə halal yolla pul qazanmaq istəmir İsa Məmmədov və onun insanların başına çorab hörən, tora salan MMC-lərinin direktoru olan əmisi oğlu Çingiz Məmmədov??? Təsəvvür edirsinizmi, şikayətçilərin eləsi var ki, 2006-2007-ci illərdən (10 ildir) İsa Məmmədova 150-200 min manat pul veriblər. Onların sayı yüzlərlədir. Manatın 2006-2007-ci illərə aid dollara uyğun kursunu nəzərə alsaq, indiki məzənnə ilə bu məbləğin nə qədər olduğunu hesablamağı İsa Məmmədovun vicdanına buraxırıq… Bundan əlavə, əgər vətəndaş, məsələn, 200 min manatı 10 il müddətində banka qoyub divident alsaydı (illik 10-12 faizlə götürülsə, bu bir ilə təxminən 24 min manat, 10 ilə isə 240-250 min manat edir), indi vətəndaş təkcə həmin pulun faizinə əlavə bir mənzil də alardı. 10 il əvvəlki dolların kursunu nəzərə alsaq (1 dollar 78 qəpik), təbii ki, 10 il əvvəlki 200 min manat 256 min dollar edirdi. İndiyə qədərki faizi, necə deyərlər, İsa Məmmədovla Çingiz Məmmədovun kəilinə qurban, həmin məbləğ indiki kursla hesablansa, bu təxminən 500 min manatdan çox pul vəsaiti deməkdir! İndi görün bəzi dələduzlar vətəndaşların hüquqsuzluğundan necə sui-istifadə edib onları dövlətdən narazı salır, əmlaklarını əllərindən alıb quru yurdda qoymaqla son anda intihara sürükləyirlər! Redaksiyamızda olan şikayətçilərin 5-i danışırdı ki, mənzil almaq üçün İsa Məmmədova verdikləri pulların çox hissəsini borca, kreditə götürüblər, hələ də faiz ödəyirlər. Siz deyin, cənablar, belə də Allahsızlıq olarmı???
Zakir Qaralovun prokurorları mənzili ələ keçirilmiş vətəndaşların İsa Məmmədov tərəfindən hələ bir məhkəməyə də verilməsinə haqq qazandırıblar!
Şikayətçilərdən Fuad Nəzərovun bizə təqdim etdiyi sənədlərdə diqqətimizi bir məqam çəkdi: aldadılmış, dələduzluq yolu ilə pulları mənimsənilmiş, etibarlarından sui-istifadə olunmuş vətəndaşlar Baş Prokurorluğa şikayət edirlər ki, onları saxta müqavilə sənədləri tərtib edib avam, hüquqlarını bilməyən vətəndaşlara sırıyıb pullarını mənimsəmiş bu dələduzların əlindən alsınlar, onları cəzalandırsınlar… Baş Prokurorluqdan isə onların şikayətləri Bakı şəhər Prokurorluğuna göndərilir…
Niyə 200 manat rüşvət alan müəllim həbs edilir, 200 milyon pul atmış-mənimsəmiş İsa Məmmədov isə müdafiə edilir???
Halbuki Baş Prokurorluq fakt üzrə dərhal cinayət işi başlayıb işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərə bilərdi və İsa Məmmədov qanun qarşısında cavab verməli olardı… Amma hiss olunur ki, İsa Məmmədov artıq bu əməlinə vərdiş edib, bu əməlləri ilə peşəkarlaşıb… Söhbət vətəndaşların aldadılmasından gedir. Diqqətli oxucu sərt ifadələrimizə görə bizə irad tuta bilər ki, məhkəmə hökmü olmadan vətəndaşa dələduz, fırıldaqçı demək olarmı? Məsələ ondadır ki, artıq bəzi məhkəmələr də İsa Məmmədovun bu peşəkar fırıldaqlarına şərik edilməkdədir… buyurun, sual: niyə İsa Məmmədovun həi «İdeal-İ-İnşaat», həm də «İdeal-V» və digər MMC-lərində vətəndaşların bir mənzili bir neçə adama satılır? «Təzadlar»ın redaksiyasında indiyədək İsa Məmmədovun əməllərindən (aldatma senarisi eynidir) ziyan çəkmiş onlarla vətəndaşın ərizə və şikayətləri var. Bir deyil, iki deyil… İlin-günün bu vaxtında bun ə oyunbazlıqdır axı? Qayıdaq Baş Prokurorluqdan Bakı şəhər Prokurorluğuna göndərilmiş şikayət ərizələrinə: Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini Aynur xanım Osmanova 14 dekabr 2015-ci il tarixli cavab-bildiriş məktubu ilə zərərçəkmiş-şikayətçi Fuad Yusif oğlu Nəzərova və digərlərinə (çoxsaylı şikayətçilərdir) cavab yazır ki, Sizin şikayət araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərildi… Eyni məktub Bakı şəhər Prokurorluğuna göndərilir, prokurora tapşırılır ki, filankəslərin şikayətləri baxılması üçün Sizə göndərildi. Yəni araşdırıb tədbir görün!
Bakı şəhər Prokurorluğu İsa Məmmədovu toy-bayramla qarşılayır və…
…Şikayətçiləri ürək ağrısı ilə dinləyirik… Qadınlardan biri danışır ki, «…Bizə Baş Prokurorluqdan gələn bu bildirişi oxuyanda inanırdıq ki, artıq İsa Məmmədova sondur, haqlı tələbimiz təmin olunacaq. Axı illərdir kirayədə qalırıq. Müqafilədə bizə pulu tam ödətdirməyi öhdəlik qoyan, pullarımızı qısa zamanda ödətdirən İsa Məmmədov müqaviləsində binanı nə vaxt təhvil verəcək, bunu yazmayıb. Biz sonsuzluğa kimi gözləməliyikmi? Dövlət aktı ilə istismara qəbul edilməyən binaların bünövrə tökülən kimi satışı başlayır və müddət uzandıqca uzanır. Dövlət orqanları isə buna susur… Və sevincək az qala hər gün Bakı şəhər Prokurorluğuna gedirik ki, görək şikayətimiz necə araşdırılır. Günlərin birində İsa Məmmədovu təsadüfən Bakı şəhər Prokurorluğuna kədərli girib sevinc içində çıxdığını görürük…
Baş Prokurorluğun 14 dekabr tarixli məktubunu Bakı şəhər Prokurorluğu 14 dekabr tarixində necə cavablandıra bilərdi???
Hələ də başa düşə bilmirik ki, Baş Prokurorluq 14 dekabr 2015-ci ildə bizə və Bakı şəhər Prokurorluğuna məktub yazır, Bakı şəhər Prokurorluğunun Müraciətlərə baxılması şöbəsitnin rəisi Ceyhun Qurbanov ildırım surəti ilə, Baş Prokurorluğun həmin məktubunun mürəkkəbi qurumamış bizə eyni tarixdə-14 dekabr 2015-ci il tarixdə cavab yazır… Biz Baş Prokuror Zakir Qaralova çox inanırıq, amma bu işə hələ də mat-məəttəl qalmışıq. Düzdür, indii elektron əsridir, amma daha bu qədər də yox. Çünki həmin məktublar bizə də, Bakı şəhər Prokurorluğuna da zərf ilə göndərilib…». -Bəs Bakı şəhər Prokurorluğunda İsa Məmmədovu kim qarşılayıb, kim yola saldı? -Nədən Bakı şəhər Prokurorluğunda mülki mübahisə ilə CM-nin dələduzluq maddəsinə tövsif olunan əməl qarışıq salınıb? -İsa Məmmədovu Bakı şəhər Prokurorluğunda himayə edən yüksək çinli məmur kimdir? (Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
|