Etibar Pirverdiyev üçün çətin mərhələ... - Həbs təhlükəsi...
Tarix: 15-03-2016, 11:55 | Çap et
Bir müddət əvvəl «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin fəaliyyətinin təftiş ediləcəyinə dair yazdıqlarımız təsdiqini tapıb. «Unikal» adıçəkilən ASC-də yüz milyonlarla manatın qaranlıq taleyinin müəyyənləşdirilməsi üçün geniş miqyaslı yoxlamaların qaçılmazlığını xeyli əvvəldən anons etmişdi. Srağagün yayılan məlumata görə isə, Maliyyə Nazirliyi «Azərenerji» ASC-də istehsal edilən elektrik enerjisinin maya dəyərini və enerji istehsalında yanacaq sərfini araşdırmaqdan ötrü beynəlxalq məsləhətçi şirkət axtarır. Bildirildiyinə görə, artıq bu məqsədlə tender elan edilib. Tenderin qalibinə elektrik stansiyaları və enerji istehsalının, eləcə də enerji qurğularının səmərə baxımından diaqnostikasını aparmaq da tapşırılacaq. Rəsmi məlumatlara görə, son 10 ildə Azərbaycanda elektrik enerjisinin artırılmasına, enerjipaylayıcı şəbəkənin yenidən qurulmasına 4 milyard manat sərmayə qoyulub. Bu vəsaitin əsas qaynağı dövlət büdcəsi və xaricdən cəlb olunmuş kreditlərdir. 2007-2014-cü illərdə texniki itki kimi təqdim olunan enerjinin ümumi həcmi ölkədə bir ildə generasiya olunan enerjinin həcminə, yəni 28,5 milyard kilovat-saata bərabərdir. Enerji itkilərinin hələ də yüksək səviyyədə qalması artıq hökumətdə rahatsızlıq yaradıb. Enerji məsələləri üzrə ekspert İlham Şaban Maliyyə Nazirliyinin «Azərenerji» ASC ilə bağlı planlarını şərh edərkən deyib ki, istehsalçının maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığa dair cavabı açıq qalan xeyli sual var: «2015-ci ildə "Azərenerji”nin istilik enerji stansiyaları qazdan mazut rejiminə keçdi. Səbəb - istifadə olunmuş təbii qaza görə SOCAR-a yüz milyonlarla manat borcun yığılıb qalması idi. Neft şirkəti "Azərenerji”ni borca görə məhkəməyə verdi və qalib gəldi. Amma 382 milyon manatlıq borc problemi hələ də qalmaqdadır». Ekspertin sözlərinə görə, istehsala çəkilən xərclər baxımından Azərbaycanda elektrik enerjisinin maya dəyəri yüksək sayılmalıdır: «Bir kilovat elektrik enerjisinin maya dəyəri orta hesabla 2,7-2,8 qəpikdir. Enerji paylayıcı şəbəkəyə 3,5 qəpikdən ötürülür. Bununla belə, şirkət öhdəliklərini yerinə yetirə bilmir». Hökumət Mingəçevirdən ötürülən elektrik enerjisi itkilərini azaltmaq üçün bir neçə il öncə Şirvan şəhərində gücü 800 meqavat olan "Cənub” İES-i tikdi. Bu məqsədlə kredit götürüldüyündən həmin stansiya, az qala, 1 milyard ABŞ dollarına başa gəldi. Amma görünür, köhnə avadanlıq ucbatından indi həmin stansiya enerji sisteminə cəmi 300 meqavat elektrik ötürə bilir. Sənayenin və əhalinin əsas hissəsinin cəmləşdiyi Abşeron yarımadasında enerji təchizatı yenə də, əsasən, Mingəçevir elektrik stansiyası hesabına aparılır. Ekspertlər deyirlər ki, "Azərenerji”nin rəhbərliyi elektrik enerjisi sisteminin Avropa standartları səviyyəsində yenidən qurulması üçün gərəkli tədbirlərin görüldüyünü iddia edir. Ancaq Qərbin enerji şirkətləri «Azərenerji» ASC-nin problemləri ilə üzləşmir. Maliyyə hesabatına görə, ötən ilin əvvəlinə "Azərenerji"nin vergi, kredit və s. öhdəliklərinin ümumi məbləği 3 milyard 266 milyon manat olub. 2014-cü il ərzində gəlirlər 11,7 faiz artaraq 830 milyon 700 min manata çatıb. Bu qədər gəlirin qarşısında şirkətin xalis mənfəəti cəmi 19,6 milyon manat olub. «Unikal»ın əldə etdiyi məlumata görə, E.Pirverdiyev yaranmış bu vəziyyətdən narahatdır və fəaliyyətinin təftişə başlanmasından ciddi əndişə keçirir. O, gələcəyinin Əli Abbasov, Eldar Mahmudov kimi sabiq nazirlərinkindən fərqlənməyəcəyindən qorxur. Bunun üçün isə onun kifayət qədər əsası var: «Azərenerji» ASC-də korrupsiya dərin kök salıb və aparılacaq yoxlamalar zamanı ortaya ciddi mənimsəmə faktlarının çıxacağına şübhə yoxdur. Belədə isə Pirverdiyevin işsiz qalması, hətta daha ağır formada cəzalandırılması (söhbət həbs riskindən gedir) kifayət qədər real görünür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
|