Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” .....                     Cavan olmam bir də mən... .....                     Ermənistan silahlı münaqişə ilə üzləşə bilər .....                     Makronun Bakıya qarşı oyunu pozuldu: .....                     Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq .....                     Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu .....                     Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var .....                     Daha bir vətəndaş “TikTok”da aldandı: .....                     Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı .....                     Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? .....                     İşğaldakı 3 kənd Azərbaycana qaytarılır .....                     Neft ölkələri üçün SOS! .....                     Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu .....                     Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: .....                     Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək .....                     Hökumənin həyat yoldaşı kompensasiyadan .....                     "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, .....                     Paşinyan separatçıları ona görə müdafiə etmir ki... .....                     "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" .....                     Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib .....                     Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA .....                     Ermənistanın ikibaşlı oyunu: .....                     “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, .....                     AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                 

Bu gün Formula 1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür
Tarix: 28-04-2016, 17:51 | Çap et
Bu gün Formula 1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür
DİA.AZ: - Bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür.

DİA.AZ xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib:“Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır.
Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm.
Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.
Formula 1-in ən yeni şəhər treki özündə tarixiliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsünkar gözəlliyə sahib Dənizkənar Parkın trekin ətrafında yerləşməsi Bakını Formula 1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir.
Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir:
“Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir.
Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək.
Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək.”
Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.
17-19 iyun tarixlərində Bakıda pilot və azarkeşləri nələrin gözlədiyinə şahid olmaq istəyirsinizsə, Bakı və Formula 1-in ən yeni şəhər treki haqqında hazırlanmış video-materialı bu keçiddən izləyə bilərsiniz: www.bakucitycircuit.com/az/media/video
2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlər satışdadır!
Bu möhtəşəm şəhərin mərkəzi küçələrində dünyanın ən məşhur Formula 1 pilotlarının amansız rəqabətinə 7 həftənin qaldığı bir ərəfədə əməliyyat şirkəti bütün Formula 1 azarkeşlərinə qısa müraciət ünvanlamaq istəyir: Siz burada yarışdan artığına şahid olacaqsınız. Odur ki, indi var ikən bilet almağa tələsin!
2016-cı il Formula 1 Avropa Qran Prisinə bilet almaq və yarış ərəfəsində Bakıya səfərinizi indidən planlaşdırmaq istəyirsinizsə, bununla bağlı lazımi məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com
Bundan başqa, bilet almaq üçün Bakının qabaqcıl alış-veriş mərkəzlərində və şəhər əhalisinin sıx olduğu məkanlarda istifadəyə verilmiş bilet satışı məntəqələrinə yaxınlaşa bilərsiniz. Park Bulvar, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, Formula 1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yerləşən bu məntəqələr yarışadək həftənin hər günü fəaliyyət göstərəcək.
Media nümayəndələri üçün əlaqə vasitələri
Daha ətraflı məlumat üçün bu email vasitəsilə əlaqə saxlayın: [email protected]
Bakı Şəhər Halqasını Sosial Mediada izləyin
Siz Bakı Şəhər Halqasını sosial media platformalarında izləməklə 2016-cı il Formula 1 Avropa Qran Prisi haqqında ətraflı məlumat və yeniliklərdən xəbərdar ola bilərsiniz:
www.twitter.com/BakuCityCircuit
www.facebook.com/BakuCityCircuit
www.instagram.com/BakuCityCircuit










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27
Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02
“İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33
Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29
Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00
Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56
Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46
Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40
Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39
Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28
Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07
İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02
Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00
Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58
Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35
Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29
Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24
Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12
"Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58
Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53
Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41
“İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48
Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44
OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru