Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə təşkil edib
Tarix: 5-05-2016, 09:02 | Çap et
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Telefonica Open Future" proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib:
Flapus
QuizMindUp BraillePad Alkredit.az FoodLook Ustam Spinal Shrippy Tradimum MobChannel Kvotter
Wayra şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar.
"AppLab layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. "AppLab" layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89 ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib.
İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik" - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
"Azərbaycandan gələn startap layihələrinin keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki, Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür"-deyə Wayra UK şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib.
Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan "Telefonica Open Future" proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra "bulud" (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.
"Applab" icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
*** Wayra UK haqqında Wayra UK seçilmiş startaplara birbaşa maliyyələşdirmə və sürətləndirmə dəstəyi (birgə işləmək üçün mühit, əlaqələndirmə xidmətləri, mentorluq, Wayra-nın şəbəkəsi və "nou-hau"larına keçid, sahibkarlıq və biznes bilikləri üzrə təlimlər və s.) göstərir. Wayra UK şirkətlərdə bərabərlik payı müqabilində 50.000 ABŞ dolları həcmində maliyyə yatırımı və əlavə olaraq 70.000 ABŞ dolları dəyərində sürətləndirmə xidmətlərini və ya yerli valyuta ilə eyni ekvivalentdə məbləği təqdim edir. Yarandığı gündən etibarən dörd il ərzində Wayra 20-dən çox rəqəmsal sənayedə fəaliyyət göstərən 500-dən çox şirkət portfelinə malik olub. "Telefónica" tərəfindən təqdim olunan 18 milyon avrodan artıq məbləğlə yanaşı, Wayra startaplarına üçüncü tərəflər (dövlət və qeyri dövlət strukturları) tərəfindən 61 milyon avrodan çox vəsait yatırılıb. Hazırda portfeldə olan bütün şirkətlərin ümumilikdə maliyyə dəyəri 500 milyondan artıqdır. Wayra ümumilikdə "Telefónica Group" ilə əlaqəli sahibkarlıq və innovasiyaya aidiyyatı olan müxtəlif təşəbbüsləri özündə birləşdirən "Telefonica OpenFuture" açıq proqramının tərkib hissəsidir. Daha ətraflı məlumat üçün keçid: www.wayra.co.uk
Telefonica OpenFuture haqqında
"Telefónica OpenFuture" istedad və sahibkarlığın inkişafı istiqamətində "Telefónica"nın qlobal səviyyədə olan öhdəliyidir. 2014-cü ildən etibarən o, "Telefónica"nın açıq innovasiya təşəbbüsləri, müxtəlif fəaliyyətləri (Think Big, Talentum, Wayra, Telefónica Ventures, Amerigo and CIP´s açıq innovasiya fabrikləri fondu və birgə fəaliyyət məkanları) və layihə qruplarının koordinasiyası ilə məşğuldur. "Telefónica OpenFuture" fəaliyyətinin istənilən mərhələsində texnoloji yeniliklərə meyli olan, dövlət və qeyri-dövlət qurumları ilə tərəfdaşlıq edən və ya müstəqil çalışan insanlar və şirkətlərə maliyyə dəstəyi göstərməklə onları gücləndirir. Latın Amerikası, Avropa və Asiyada yerləşən 17 ölkədəki ofisləri və 600-dən çox startapları olan investisiya portfeli ilə Telefónica OpenFuture innovativ ideyaları müvəffəqiyyətli bizneslərə çevirməyə kömək edir. Daha ətraflı məlumat üçün keçid: www.openfuture.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|